Tapılan ümumi test sayı : 55

200 qr 30%-li məhlulu 20%-li məhlula çevirmək üçün onun üzərinə neçə qram su əlavə etmək lazımdır?
A) 200 q
B) 140 q
C) 400 q
D) 300 q
E) 100 q
420q 10%-li H2SO4 məhluluna 80q SO3 əlavə etdikdə alınan məhlulda H2SO4-ün kütlə payını hesablayın.
A) 20%
B) 98%
C) 16 %
D) 19,6 %
E) 28%
40%-li məhluldan 60%-li məhlul almaq üçün hansı məhluldan istifadə etmək lazımdır?
A) 76%
B) 20%
C) 45%
D) 60%
E) 23%
438q 10%-li NaOH məhluluna 62q Na2O əlavə etdikdə alınmış məhlulda həll olan maddənin kütlə payını  hesablayın?(%-lə)
A) 43,8%
B) 62%
C) 31%
D) 24,76%
E) 75,24%
3 hissəyə bölünmüş şüşə qabda X maddəsinin aşağıdakı göstərilən qaydada məhlulları hazırlanmışdır.
I hissədə 20q X və 18q su
II.50q X və 150q su
III.80q X və 120q su
Arakəsmə götürüldükdən sonra məhlulda X maddəsinin kütlə payını tapın
A) 25
B) 15
C) 10
D) 30
E) 20
8M NaOH məhlulu almaq üçün 400 ml 2M NaOH məhlulundan neçə qr su buxarlandırmaq lazımdır?
A) 300
B) 150
C) 200
D) 100
E) 250
A və B qablarının həcmi eynidir. Bu qablarda eyni həcmli şəkər məhlulları var. Məhlullarda şəkərin kütləsi müxtəlifdir. Bu məhlullar üçün hansı ifadələr doğrudur?
I.sıxlıqları müxtəlifdir   II.Kimyəvi xassələri eynidir
III. kütlə payları eynidir
A) I,III
B) I,II
C) II
D) I
E) II,III
Kütlə payı 10% olan 200q KCl məhlulundakı duzun kütləsini müəyyən edin
A) 180q
B) 20q
C) 50q
D) 10q
E) 25q
Hansı birləşmələrin doymuş məhlulu qatıdır?
I.Mg(OH)2    II.C12H22O11       III.NaOH    IV,CaSO4
A) III,IV
B) yalnızII
C) I,II
D) I,IV
E) II,III
Hansı məhlulların qatılıqları eynidir?
I. 12q şəkər və 48q su
II. 20q şəkər və 30q su
III. 9q şəkər və 36q su
IV.30q şəkər və 20 q su
A) II,IV
B) I,II
C) II,III
D) I,IV
E) I,III
Kütlə payı 10% olan 200q kalium-xlorid məhlulundakı suyun kütləsini müəyyən edin
A) 90
B) 20
C) 40
D) 160
E) 180
300ml 4M NaOH məhlulu üzərinə 200 ml su əlavə etsək məhlul neçə molyar olar?
A) 4.4
B) 5
C) 0.5
D) 2.4
E) 2
650 qr suyun üzərinə neçə qram duz əlavə etmək lazımdır ki 20%-li məhlul almaq olar?
A) 162.5
B) 150
C) 172, 5
D) 200
E) 160
İridispers sistemlərə nələr daxildir? (tam cavabı seçin)
A) asılqanlar
B) asılqanlar və həqiqi məhlullar
C) həqiqi və kolloid məhlullar
D) asılqanlar və kolloid məhlullar
E) asılqanlar, həqiqi və kolloid məhlullar
Dispers latıncadan tərcümədə nə deməkdir?
A) bitişmə
B) fərqlilik
C) eynilik
D) dəyişilmə
E) səpələnmə
Məhlulun eyni aqreqat halına malik komponentlərdən əmələ gəlməsi zamanı isə miqdarca çoxluq təşkil edən komponent nə hesab olunur?
A) dispers element
B) dispers sistem
C) kimyəvi element
D) həlledici
E) dominant komponent
İçərisində dispers faza paylanmış komponent necə adlanır?
A) kimyəvi mühit
B) kimyəvi faza
C) dispers faza
D) cavabların heç biri doğru deyil
E) dispers mühit
Sistemin asılı olmayan tərkib hissəsini təşkil edən fərdi maddələrə nə deyilir?
A) komponentlər
B) dispers sistemlər
C) kimyəvi birləşmələr
D) kimyəvi maddələr
E) atomlar
Məhlulda həll olan maddənin hissəciklərinin sayının artması sırası ilə düzün.
I həqiqi məhlul      II.emulsiya       III. kolloid məhlul
A) II<III<I
B) I<II<III
C) II<I<III
D) III<II<I
E) I<III<II
İki və ya daha artıq hissəcikdən təşkil olunmuş birfazalı sistem necə adlanır?
A) kimyəvi element
B) saf maddə
C) məhlul
D) dispers maddə kimyəvi element
E) mürəkkəb maddə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top