Tapılan ümumi test sayı : 81

Felin əmr şəkli haqqında aşağıdakılardan biri yanlışdır:
A) Felin əmr şəkli ikinci şəxsin təkində şəxs sonluğu qəbul edir
B) Felin kökü əmr şəklinə uyğun olur
C) Felin əmr şəklini əmələ gətirmək üçün heç bir şəkilçidən istifadə olunmur
D) Felin əmr şəklinin əsas mənası əmr bildirməkdir
Babək neçənci ildən azadlıq hərəkatına başçılıq etməyə başlamışdı?
A) 817
B) 815
C) 816
D) 813
E) 891
(488-531)-ci ildə hakimiyyətdə olan Sasani şahənşahı?
A) I Şahpur
B) Xosrov Ənuşiravani
C) II Yezdəgerd
D) I Cəsur Vaçaqan
E) I Qubad
Şirvanşahlar dövləti nə vaxt yaranıb?
A) 1382
B) 861
C) 761
D) 642
E) 1561
Felə aid olan fikirlərdən biri səhvdir:
A) Felin cümlədə əsas rolu xəbər olmaqdır
B) Felin quruluşca iki növü var
C) Qrammatik cəhətdən geniş mənalı termindir
D) Hərəkət bildirən sözlərə fel deyilir
Aşağıdakı fikirlərdən biri səhvdir:
A) Sabit söz birləşmələri frazeoloji birləşmələr adlanır
B) Sərbəst söz birləşmələrinin tərkibindəki sözlər ayrı – ayrılıqda leksik mənaya malik olmurlar
C) Dildə iki cür söz birləşməsi mövcuddur
D) Frazeoloji vahidlər bütövlükdə bir məna ifadə edir
Biri mürəkkəb xüsusi isim deyil:
A) Ağdaş
B) Soyqırım
C) Qarabağ
D) Kürdəmir
Dil haqqında verilənlərdən hansı səhvdir?
A) Dil irqi və irsi cəhətlərlə bağlı deyil
B) Dil ünsiyyət prosesidir
C) Dil ancaq insana məxsusdur
D) Dil mənsub olduğu xalqın həyatı ilə sıx bağlıdır
“ Uğur olsun, Yaxşı yol ” sözləri nitq etiketlərinin hansı növünə aiddir?
A) Alqış
B) Ayrılma
C) Görüşmə
D) Təbrik
İlk kimya laboratoriyasını quran alim kimdir?
A) Bertlo
B) Vahab Əliyev
C) Mendeleyev
D) Cabir Hayyan
E) Şevrel
Elmi üslubun xüsusiyyətləri hansılardır?
A) Məntiqilik, dəqiqlik, ardıcıllıq, konkretlik
B) Dəqiqlik, emosionallıq, konkretlik
C) Obrazlılıq, dəqiqlik, emosionallıq
D) Məntiqilik, obrazlılıq, ardıcıllıq, konkretlik
ZSFSR-in təşkili
A) 1922
B) 1920
C) 1923
D) 1921
E) 1925
Zaman əlaqəli tabesiz mürəkkəb cümlə hansıdır?
A) Ana nağıl danışır, uşaqlar diqqətlə qulaq asırdılar
B) Küçədə maşın səsi eşidildi, qapı döyüldü, ev sahibi həyətə çıxdı
C) Axşam düşdü, lampalar yandı
D) Günəş batdı, göylər qaraldı
Xaricilər tələb edirdilər
A) xəlifənin xalq tərəfindən seçilməsini
B) islamı qəbul etməyən əhalinin Xilafətdən qovulması
C) Xilafət qoşunlarının sayının artırılması
D) xilafətin ayrı- ayrı dövlətlərə parçalanmasını
Mübarizə aparmayıb :
A) Xürrəmilər ərəblərə qarşı
B) Hurufilər teymurilərə qarşı
C) Məzdəkilər sasanilərə qarşı
D) Qızılbaşlar monqollara qarşı
E) Cəlalilər osmanlılara qarşı
1139-cu ilin sentyabrında nə baş vermişdir?
A) Gəncədə zəlzələnin olması
B) Şamaxıda zəlzələnin vurduğu ziyanını hesaba alınması
C) Albaniyanın siyasi müstəqilliyi ləğv olundu
D) Didqori döyüşündə Gürcülərin qələbə çalması
E) Eldənizlər dövlətinin yaranması
XVII əsrin II yarısından sonra mahallara kim başçılıq edirdi?
A) Sultanlar
B) Xanlar
C) Naiblər
D) Qolbəyilər
E) Hampalar
Sultan I Suleymanın Azərbaycana birinci yürüşündən 100 il sonra :
A) Səfəvilərlə Osmanlılar arasında Qəsri Şirin müqaviləsi imzalandı
B) Səfəvi şahı I Abbas Gəncəni osmanlı işğalından azad etdi
C) Sultan IV Muradın başçılığı altında Osmanlı qoşunu Azərbaycana yürüş etdi
D) Səfəvi şahı I Səfi mərkəzi Təbriz olan Azərbaycan bəylərbəylini yaratdı
E) Səfəvi ordusu Bağdadla birliklə İraqı ələ keçirdi
E.ə. IV-III əsrlər və IX əsrin ikinci yarısında Azərbaycan tarixində oxşar cəhət :
A) Azərbaycanın bütün tarixi torpaqlarının vahid dövlət halında birləşdirilməsi
B) Cənub torpaqlarında mərkəzləşdirilmiş dövlətlərin meydana gəlməsi
C) Xarici hücumlar nəticəsində ölkənin yadellilər tərəfindən bölüşdürülməsi
D) Milli əsarətə qarşı ölkədə güclü üsyanların baş verməsi
E) Yadelli əsarətinin dağılması nəticəsində  müstəqil dövlətlərin yaranması
Azərbaycanda kənd cəmiyyətləri haqqında qanunun verilməsindən neçə il əvvəl Rusiyada təhkimçilik hüququ ləğv edilmişdir?
A) 19
B) 23
C) 9
D) 4
E) 12
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top