Tapılan ümumi test sayı : 81

Felin əmr şəkli haqqında aşağıdakılardan biri yanlışdır:
A) Felin əmr şəkli ikinci şəxsin təkində şəxs sonluğu qəbul edir
B) Felin kökü əmr şəklinə uyğun olur
C) Felin əmr şəklini əmələ gətirmək üçün heç bir şəkilçidən istifadə olunmur
D) Felin əmr şəklinin əsas mənası əmr bildirməkdir
Babək neçənci ildən azadlıq hərəkatına başçılıq etməyə başlamışdı?
A) 817
B) 813
C) 815
D) 816
E) 891
(488-531)-ci ildə hakimiyyətdə olan Sasani şahənşahı?
A) I Cəsur Vaçaqan
B) I Şahpur
C) II Yezdəgerd
D) I Qubad
E) Xosrov Ənuşiravani
Şirvanşahlar dövləti nə vaxt yaranıb?
A) 1561
B) 761
C) 861
D) 642
E) 1382
Felə aid olan fikirlərdən biri səhvdir:
A) Qrammatik cəhətdən geniş mənalı termindir
B) Felin quruluşca iki növü var
C) Felin cümlədə əsas rolu xəbər olmaqdır
D) Hərəkət bildirən sözlərə fel deyilir
Aşağıdakı fikirlərdən biri səhvdir:
A) Sərbəst söz birləşmələrinin tərkibindəki sözlər ayrı – ayrılıqda leksik mənaya malik olmurlar
B) Sabit söz birləşmələri frazeoloji birləşmələr adlanır
C) Frazeoloji vahidlər bütövlükdə bir məna ifadə edir
D) Dildə iki cür söz birləşməsi mövcuddur
Biri mürəkkəb xüsusi isim deyil:
A) Soyqırım
B) Kürdəmir
C) Ağdaş
D) Qarabağ
Dil haqqında verilənlərdən hansı səhvdir?
A) Dil mənsub olduğu xalqın həyatı ilə sıx bağlıdır
B) Dil ünsiyyət prosesidir
C) Dil irqi və irsi cəhətlərlə bağlı deyil
D) Dil ancaq insana məxsusdur
“ Uğur olsun, Yaxşı yol ” sözləri nitq etiketlərinin hansı növünə aiddir?
A) Təbrik
B) Görüşmə
C) Alqış
D) Ayrılma
İlk kimya laboratoriyasını quran alim kimdir?
A) Vahab Əliyev
B) Mendeleyev
C) Cabir Hayyan
D) Şevrel
E) Bertlo
Elmi üslubun xüsusiyyətləri hansılardır?
A) Məntiqilik, obrazlılıq, ardıcıllıq, konkretlik
B) Dəqiqlik, emosionallıq, konkretlik
C) Məntiqilik, dəqiqlik, ardıcıllıq, konkretlik
D) Obrazlılıq, dəqiqlik, emosionallıq
ZSFSR-in təşkili
A) 1925
B) 1920
C) 1922
D) 1923
E) 1921
Zaman əlaqəli tabesiz mürəkkəb cümlə hansıdır?
A) Küçədə maşın səsi eşidildi, qapı döyüldü, ev sahibi həyətə çıxdı
B) Günəş batdı, göylər qaraldı
C) Axşam düşdü, lampalar yandı
D) Ana nağıl danışır, uşaqlar diqqətlə qulaq asırdılar
Xaricilər tələb edirdilər
A) Xilafət qoşunlarının sayının artırılması
B) xilafətin ayrı- ayrı dövlətlərə parçalanmasını
C) islamı qəbul etməyən əhalinin Xilafətdən qovulması
D) xəlifənin xalq tərəfindən seçilməsini
Mübarizə aparmayıb :
A) Xürrəmilər ərəblərə qarşı
B) Qızılbaşlar monqollara qarşı
C) Cəlalilər osmanlılara qarşı
D) Məzdəkilər sasanilərə qarşı
E) Hurufilər teymurilərə qarşı
1139-cu ilin sentyabrında nə baş vermişdir?
A) Eldənizlər dövlətinin yaranması
B) Şamaxıda zəlzələnin vurduğu ziyanını hesaba alınması
C) Didqori döyüşündə Gürcülərin qələbə çalması
D) Albaniyanın siyasi müstəqilliyi ləğv olundu
E) Gəncədə zəlzələnin olması
XVII əsrin II yarısından sonra mahallara kim başçılıq edirdi?
A) Hampalar
B) Qolbəyilər
C) Sultanlar
D) Xanlar
E) Naiblər
Sultan I Suleymanın Azərbaycana birinci yürüşündən 100 il sonra :
A) Səfəvilərlə Osmanlılar arasında Qəsri Şirin müqaviləsi imzalandı
B) Səfəvi şahı I Səfi mərkəzi Təbriz olan Azərbaycan bəylərbəylini yaratdı
C) Səfəvi şahı I Abbas Gəncəni osmanlı işğalından azad etdi
D) Sultan IV Muradın başçılığı altında Osmanlı qoşunu Azərbaycana yürüş etdi
E) Səfəvi ordusu Bağdadla birliklə İraqı ələ keçirdi
E.ə. IV-III əsrlər və IX əsrin ikinci yarısında Azərbaycan tarixində oxşar cəhət :
A) Milli əsarətə qarşı ölkədə güclü üsyanların baş verməsi
B) Yadelli əsarətinin dağılması nəticəsində  müstəqil dövlətlərin yaranması
C) Cənub torpaqlarında mərkəzləşdirilmiş dövlətlərin meydana gəlməsi
D) Azərbaycanın bütün tarixi torpaqlarının vahid dövlət halında birləşdirilməsi
E) Xarici hücumlar nəticəsində ölkənin yadellilər tərəfindən bölüşdürülməsi
Azərbaycanda kənd cəmiyyətləri haqqında qanunun verilməsindən neçə il əvvəl Rusiyada təhkimçilik hüququ ləğv edilmişdir?
A) 23
B) 12
C) 9
D) 4
E) 19
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top