Tapılan ümumi test sayı : 144

Həyat tərzinə görə kirpikli qurdlar sinfi soruculardan nə ilə fərqlənir?
A) Sahib dəyişmə və yırtıcılığına görə
B) Parazitliyinə və yırtıcılığına görə
C) Sərbəst həyat tərzi və parazitliyə görə
D) Yırtıcılıq və sərbəst həyat tərzinə görə
Aşağıdakı heyvanlardan hansında şüalı simmetriya var?
A) sorucu qurdlar sinfi
B) hidrozoalar sinfi
C) sifoid
D) Hidra
Qaraciyər sorucusunun törətdiyi xəstəlik necə adlanır?
A) Rifi
B) Sianea
C) Fassilyoz
D) Protonefri
E) Planari
Qaraciyər sorucusu insana hansı mərhələdə yoluxur?
A) Heç biri
B) Quyruqlu sürfə
C) Yetkin fərd
D) Kirpikli sürfə
E) Sista
Ağ planarinin dəri-əzələ kisəsini hansı əzələlər əmələ gətirir?
A) həlqəvi və uzununa
B) heç biri
C) həlqəvi
D) eninə
E) uzununa
Sifoid meduzalar hansılardır
A) planula
B) musterek
C) sianea
D) ağ planari
E) mercan
Ağ planarinin bədən uzunluğu nə qədərdir?
A) 10 – 20 mm
B) 7 – 8 mm
C) 20 – 25 mm
D) 10 – 13 mm
Ağ planaridə rəvan hərəkət nəyin köməyi ilə olur?
A) Bədəni örtən kirpikciklərin hesabına
B) Bədənin önündə olan əzələlər hesabına
C) Qarın hissədəki əzələlər hesabına
D) Arxa hissədəki uzununa əzələlər hesabına
Ağ planarinin dəri - əzələ kisəsi hansı əzələlərdən ibarətdir?
A) Halqaşəkilli və uzununa əzələlərdən
B) Yalnız uzununa əzələlərdən
C) Yalnız halqaşəkilli və eninə əzələlərdən
D) Bel və qarın əzələlərindən
Ağ planaridə sinir sistemi necədir və hansı hissələrdən ibarətdir?
A) Udlaqaltı düyünlərdən və qarın sinir zəncirindən
B) Sinir düyünü, sinir kələfi və çıxıntılardan
C) Ulduzşəkilli sinir hüceyrəsi və çıxıntılardan
D) Sinir düyünü, sinir özəyi və sinir atmalarından
Aşağıda göstərilən heyvanların hansında sadə quruluşlu ifrazat sistemi olur?
A) Mərcan polipində
B) Ağ planaridə
C) Şirin su hidrasında
D) İnfuzor – tərlikdə
Şirin su hidrasının qamçıya malik olan hüceyrələri hansılardır?
A) Dalayıcı hüceyrələr
B) Sinir hüceyrələri
C) Aralıq hüceyrələr
D) Spermatozoidlər
Refleks qövsünə malik olan heyvan hansıdır?
A) İnfuzor – tərlik
B) Şirin su hidrası
C) Malyariya paraziti
D) Adi amöb
Aşağıda verilmiş heyvanlardan hansı daha sadə quruluşlu sinir sisteminə malikdir?
A) Göl ilbizi
B) Soxulcan
C) Ağ planari
D) Şirin su hidrası
Bağırsaqboşluqlulardan hansıları gəmiçiliyin işini çətinləşdirən qayalıqlar əmələ gətirirlər?
A) Şirin su hidrası
B) Mərcan polipi
C) Aureliya meduzu
D) Kökayaq meduz
Aşağıda verilən bağırsaqboşluqlulardan hansının skletindən bəzək şeyləri hazırlanır?
A) Aureliyadan
B) Qırmızı mərcan polipindən
C) Aktiniyadan
D) Kökağız meduzdan
Dəniz bağırsaqboşluqlularının hansı nümayəndəsi insan dənizdə çimən zaman ona toxunarsa yandırıcı ağrı əmələ gətirir?
A) Şirin su polipi
B) Aktiniya
C) Kökağız meduz
D) Aureliya
Bağırsaqboşluqlular tipinin hansı nümayəndəsini dəniz çiçəkləri adlandırırlar?
A) Aktiniya
B) Sifoid meduzaları
C) Stavro meduzalar
D) Şirin su hidrası
Sifoid meduzalarının hansı növləri insanlar tərəfindən ovlanıb yeyilir?
A) Qulaqlı meduza, ropilema
B) Sianea, ropilema
C) Qulaqlı meduza, kökağız meduza
D) Ropilema, aureliya
“polip” sözünün mənası nə deməkdir?
A) sabit
B) çoxhüceyrəli
C) dəyişkən
D) çoxayaqlı
E) rüşeym
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top