Tapılan ümumi test sayı : 144

Hansı ibtidai orqanizmin hüceyrəsində böyük və kiçik nüvələr var?
A) Yaşıl evqlenanın
B) İnfuzor - tərliyin
C) Adi amöbün
D) Dizenteriya amöbünün
İnfuzor - tərlikdə qeyri – cinsi çoxalma nə qədər müddətdən sonra təkrar olunur?
A) 300 dəqiqədən sonra
B) 24 saatdan sonra
C) 12 saat 20 dəqiqədən sonra
D) 500 dəqiqədən sonra
Tərlikdəki ifrazat vakuolları neçə saniyədə bir yığılıb açılırlar?
A) 5 – 10
B) 15 – 20
C) 25 – 30
D) 20 – 25
Həzm olunmamış qida qalıqları infuzor - tərlikdə hansı hissədən xaric olunur?
A) Tullantı dəliyindən
B) Bədən səthindən
C) İfrazat qovuqcuğundan
D) Ağız dəliyindən
Infuzor tərlik necə çoxalır?
A) çoxalmır
B) yalnız cinsi
C) yalnız qeyri-cinsi
D) konyuqasiya
E) qeyri-cinsi və cinsi
Malyariya parazitinin daşıyıcısı - ...
A) it
B) daşıyıcısı yoxdur
C) bütün heyvanlar
D) ağcaqanad
E) arı
Malyariya parazitini insana yoluxdurur:
A) Se – se milçəyi
B) Birələr
C) Ev milçəyi
D) Malyariya ağcaqanadları
Malyariya parazitində yumurta hüceyrəsinin mayalanması harada başa çatır?
A) İnsanın qaraciyərində
B) İnsanın qan hüceyrəsində
C) Ağcaqanadın mədəsində
D) Ağcaqanadın tüpürcək vəzisində
Malyariya paraziti cinsi çoxalma mərhələsini harada keçirir?
A) İnsanın qırmızı qan hüceyrələrində
B) İnsanın qaraciyərində
C) İnsanın əzələsində
D) Ağcaqanadın bədənində
Malyariya parazitinə ( xəstəliyinə ) tutulmuş adamlarda hansı hallar müşahidə edilir?
A) Bədən temperaturu 2 – 3 gündən bir 40 - 41ºC – yə qədər qalxar, titrədib qızdırar
B) Bədən temperaturu 2 – 3 gündən sonra 34 - 35ºC – yə qədər enir, insanda üşütmə və titrəmə olur
C) Bədən temperaturu 2 – 3 gündən bir qalxır və enir titrəmə əmələ gətirir
D) Bədən temperaturu 3 – 4 gündən bir 40 - 41ºC – yə qədər qalxar, belə adam titrədib qızdırar
Hansı sırada ancaq parazit birhüceyrəli ibtidai orqanizmlər verilib?
A) Yaşıl evqlena və volvoks
B) Dizenteriya amöbü və malyariya paraziti
C) Adi amöb və dizenteriya amöbü
D) Adi amöb və volvoks
Volvoks harada yaşayır?
A) quşların orqanizmində
B) şirin su hövzəsində
C) pişik bağırsağında
D) havada
E) insanın nazik bağırsağında
Dərisitikanlılar tipinə neçə sinif aiddir
A) Heç bir sinif aid deyil
B) 8 sinif
C) 5 sinif
D) 6 sinif
E) 3 sinif
Yaşıl evqlenanın qamçısı işıqda nəyə xidmət edir?
A) Düşməndən qorunmağa
B) Qidalanma və hərəkətə
C) Yalnız qidalanmaya
D) Yalnız hərəkətə
Göstərilən ibtidailərdən hansında gözcük var?
A) İnfuzor - tərlikdə
B) Adi amöbdə
C) Malyariya parazitində
D) Yaşıl evqlenada
Hansı ibtidai heyvan koloniya halında yaşayır?
A) Volvoks
B) İnfuzor - tərlik
C) Adi amöb
D) Malyariya paraziti
Leyşmaniya hansı xəstəliyi əmələ gətirir?
A) İl yarası
B) Qanlı ishal
C) Dizenteriya
D) Malyariya
Qamçılılar hansı əlamətlərinə görə kökayaqlılardan fərqlənir?
A) Çoxalma və ifrazat
B) Qidalanma və hərəkət
C) Qıcıqlanma və hərəkət
D) Qidalanma və çoxalma
Bağırsaq bosluqlular tipi neçə sinfə bölünür?
A) 6
B) 3
C) 1
D) 2
E) 4
Dinamometr hansı iş prinsipinə əsaslanır?
A) Nyutonun 1-ci qanununa
B) Çəkiyə
C) Elastiklik deformasiyalara
D) Huk qanununa
E) İtələmə qüvvəsinə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top