Tapılan ümumi test sayı : 51

İran mütləqiyyətinin 1905-ci ilin dekabrında Şah Əbdülhəzimin bəstə oturanlara və onların tələblərinə münasibəti
A) Bəstçilər silah gücünə dağıdıldı
B) Bəstə oturanların rəhbərləri həbs edildi
C) Bəstçilərin bir sıra tələbləri qəbul edildi
D) Mütləqiyyətin bəstə oturanlara etina etməməsi onların dağılışıb getməsinə səbəb oldu
E) Bəstçilərin tələbləri rədd edildi
1907-ci ildə keçirilən yığıncaqda HMK-nin qərarı
A) İngilis müstəmləkəçilərinə qarşı silahlı üsyana hazırlaşmaq
B) Milli azadlıq və antifeodal çıxışları yatırmaqda müstəmləkəçilərə yardım etmək
C) Müstəmləkəçilərə qarşı silahlı üsyana başlamaq
D) İngilis müstəmləkəçilərinə qarşi dinc etiraz çıxışlarına başlamaq
E) Müstəmləkəçilərə qarşı kütləvi çıxışları dayandırmaq
HMK-də B.Tilakın başçılıq etdiyi xırda burjua demokratlarının tələbi nə idi?
A) Müstəmləkəçilərə qarşı çıxışların dayandırılması
B) İngilislərin ölkədən çıxarılması
C) Hindistan Respublikasının yaradılması
D) Hindistanın Konstitusiyasının hazırlanması və qəbulu
E) Siyasi hüquq və azadlıqlarının verilməsi
1909-cu ilin noyabrında açılmış II İran məclisinin I Məclisdən fərqi nədə idi?
A) Deputatların sayının ikiqat çox olması
B) I Məclisdən daha demokratik olması
C) İkipalatalı olması
D) Bu məclisdə Azərbaycandan seçilmiş nümayəndələrin say üstünlüyünə malik olması
E) I Məclisdən daha irticaçı olması
1908-ci ildə Bombeydə fəhlə sinfinin 6 günlük siyasi tətilinin səbəbi
A) Amritsar və Lahorda əhalinin çıxışlarına divan tutulması
B) Lord Kerzonun maliyyə islahatı
C) İngilislərin ağır müstəmləkə zülmü
D) Əmək haqqının aşağı olması
E) B.Tilakın həbs olunaraq mühakimə edilməsi
İran inqilabının birinci mərhələsi başa çatdı
A) Şahın Konstitusiya haqqında fərmanının dərc edilməsi ilə
B) İran Məclisinə seçkilərin keçirilməsi ilə
C) Müzəfərəddin şahın oğlu Məhəmmədəlinin taxta çıxması ilə
D) Müzəfərəddin şahın Konstitusiyanın birinci hissəsini təsdiq etməsi ilə
E) Konstitusiyanın II hissəsinin təsdiq edilməsi ilə
İranda antifeodal xalq inqilabının məğlub olma səbəblərindən deyil
A) Hərəkatda bütün xalq kütlələrinin birgə hərəkət etməməsi
B) Rusiya və İngiltərənin hərbi müdaxiləsi
C) Xalqın oyanması və onun istibdada qarşı mübarizə aparmaq əzmində olması
D) İnqilaba rəhbərliyin zəifliyi
E) Əhalinin inqilabi mübarizə təcrübəsinin olmaması
XX əsrin əvvəllərində Iranda xalqın vəziyyətinin pisləşməsinə səbəb olan amillərdən deyil
A) Feodal münasibətlərinin mövcudluğu
B) İranın asılı vəziyyətə düşməsi
C) Kəsbkarlığa gedənlərin sayının artması
D) Şahlığın mühafizə edilib saxlanılması
E) Xarici kapitalın mövqeyinin möhkəmlənməsi
HMK-də “sol cinaha” rəhbərlik edirdi
A) Seyid Əhməd
B) M.Qandi
C) Lord Kerzon
D) R.Taqor
E) B.Tilak
1907-ci ildə Hindistanda kütləvi çıxışların milli azadlıq və antifeodal xarakter alması qorxuya salmışdı
A) Milli burjuaziyanın bütün təbəqələrini
B) İngilis müstəmləkəçilərini
C) Xırda burjua demokratlarını
D) Din xadimlərini
E) Liberalları
1905-ci ilin dekabrında 5 mindən artıq nümayişçi Tehranın cənubunda bəstə oturdu
A) Ali ruhanilərin çağırışı ilə
B) Fəhlələrin çağırışı ilə
C) Tələbələrin çağırışı ilə
D) İran milli burjuaziyasının çağırışı ilə
E) İran Demokrat Partiyasının çağırışı ilə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top