Tapılan ümumi test sayı : 23

Orqanizmdə uyğunlaşma əlaməti nəyin nəticəsində yaranır?
A) Təbii seçmə ilə
B) Məşq etdirməklə
C) Mutasiyalarla
D) Divergensiya ilə
Orqanizmlərin mühitə nisbi uyğunlaşmaları və təkmilləşməsi hansı bioloji hadisə sahəsində baş verir?
A) Yaşamaq uğrunda mübarizənin
B) Təbii seçmənin
C) İrsi dəyişkənliyin
D) Süni seçmənin
Çoxalma intensivliyi hansı heyvanlarda daha güclü inkişaf etmişdir?
A) Dəyişkənliyə məruz qalan orqanizmlərdə
B) Mühitə yaxşı uyğunlaşan orqanizmlərdə
C) Kütləvi məhvə məruz qalan orqanizmlərdə
D) Az nəsil verən növlərdə
Populyasiyada təbii seçmə nə xarakter daşıyır?
A) İstiqamətli
B) Mübarizə
C) Məhdudlaşdırıcı
D) Dağıdıcı
Təbii seçmə nəyin əmələ gəlməsi ilə nəticələnir?
A) Növlərin – yarımnövlərin və populyasiyaların
B) Yarımnövlərin – populyasiyaların və növlərin
C) Yeni populyasiyaların – növlərin və yarımnövlərin
D) Yeni populyasiyaların – yarımnövlərin – növlərin
Hansı dırnaqlı heyvan təbii seçmə nəticəsində meydana gəlmişdir?
A) Qatır
B) Tur
C) Arxarmerinos
D) Merinos
Hansı bitki təbii seçmə nəticəsində əmələ gəlmişdir?
A) Meşə çiyələyi
B) Gül kələm
C) Bağ çiyələyi
D) Brüssel kələmi
Hansı bitki təbii seçmə nəticəsində əmələ gəlmişdir?
A) Yabanı kələm
B) Qırmızıbaş kələm
C) Kolrabı
D) Ağbaş kələm
Süni seçmənin məhsulu nədir?
A) Yeni mutasiyalar
B) Yeni növlər
C) Sort və cinslər
D) Yeni populyasiyalar
Mədəni bitki sortları öz keyfiyyətini nə zaman itirir?
A) Uzun müddət eyni şəraitdə yetişdirildikdə
B) Yaxşı qulluq edildikdə
C) Daha artıq şəkildə çoxaldıqda
D) Təbii seçmənin təsiri gücləndikdə
Dirrik kələm sortlarının əcdadına yabanı şəkildə harada rast gəlinir?
A) Avropanın qərb sahillərində
B) Mərkəzi Amerikada
C) Afrikada
D) Cənubi Amerikada
Süni seçmə nəticəsində insanlar metodik seçmə aparmaqla nəyə nail olurlar?
A) İnsanın təsərrüfat marağına uyğun mövcud sort və cinslərin təkmilləşməsinə
B) İnsanın təsərrüfat marağına uyğun yeni növlərin yaranmasına
C) İnsanın təsərrüfat marağına uyğun mövcud növlərin təkmilləşməsinə
D) İnsanın təsərrüfat marağına uyğun yeni sort və cinslərin yaranmasına
Aşağıdakılardan hansı süni seçmə üçün xarakterik deyil?
A) Yeni heyvan cinslərinin alınması
B) İrsi dəyişkənlik
C) Yeni bitki sortlarının alınması
D) Yeni növlərin əmələ gəlməsi
Aşağıdakılardan hansı təbii və süni seçmə üçün ümumi sayılır?
A) İnsan tərəfindən aparılması
B) İrsi dəyişkənlik
C) Yeni bitki sortlarının alınması
D) Yeni növlərin əmələ gəlməsi
İrsiyyətin maddi əsasını nə təşkil edir?
A) Zülalların tərkibindəki nuklein turşuları
B) Nüvənin tərkibindəki m – RNT – si
C) Xromosomlarda yerləşən genlər
D) DNT – də olan nukleotidlər
Bütün orqanizmlərin əcdadlarının quruluş xüsusiyyətlərini və funksiyalarını qoruyub nəslə vermək kimi ümumi xassəsi nədir?
A) İrsiyyət
B) Dəyişkənlik
C) Yarımnöv
D) Populyasiya
Ağbaş kələmdə baş əmələ gətirmə hansı dəyişkənlik növünə aiddir?
A) Kombinativ dəyişkənliyə
B) İrsi dəyişkənliyə
C) Nisbi dəyişkənliyə
D) İrsi olmayan dəyişkənliyə
Populyasiyalarda çarpazlaşma nə mənbəyi hesab olunur?
A) Modifikasiya dəyişkənliyi
B) Kombinativ dəyişkənlik
C) Nisbətli dəyişkənlik
D) Mutasiya dəyişkənliyi
Növün hansı kriteri bir növün fərdləri üçün xromosom quruluşundakı oxşarlığı əks etdirir?
A) Fizioloji
B) Ekoloji
C) Morfoloji
D) Genetik
Hansı kriteri növün areal tutmasına əsaslanır?
A) Biokimyəvi
B) Coğrafi
C) Genetik
D) Morfoloji
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top