Tapılan ümumi test sayı : 23

Orqanizmdə uyğunlaşma əlaməti nəyin nəticəsində yaranır?
A) Mutasiyalarla
B) Divergensiya ilə
C) Məşq etdirməklə
D) Təbii seçmə ilə
Orqanizmlərin mühitə nisbi uyğunlaşmaları və təkmilləşməsi hansı bioloji hadisə sahəsində baş verir?
A) Yaşamaq uğrunda mübarizənin
B) İrsi dəyişkənliyin
C) Süni seçmənin
D) Təbii seçmənin
Çoxalma intensivliyi hansı heyvanlarda daha güclü inkişaf etmişdir?
A) Kütləvi məhvə məruz qalan orqanizmlərdə
B) Az nəsil verən növlərdə
C) Mühitə yaxşı uyğunlaşan orqanizmlərdə
D) Dəyişkənliyə məruz qalan orqanizmlərdə
Populyasiyada təbii seçmə nə xarakter daşıyır?
A) İstiqamətli
B) Mübarizə
C) Məhdudlaşdırıcı
D) Dağıdıcı
Təbii seçmə nəyin əmələ gəlməsi ilə nəticələnir?
A) Növlərin – yarımnövlərin və populyasiyaların
B) Yarımnövlərin – populyasiyaların və növlərin
C) Yeni populyasiyaların – növlərin və yarımnövlərin
D) Yeni populyasiyaların – yarımnövlərin – növlərin
Hansı dırnaqlı heyvan təbii seçmə nəticəsində meydana gəlmişdir?
A) Qatır
B) Tur
C) Arxarmerinos
D) Merinos
Hansı bitki təbii seçmə nəticəsində əmələ gəlmişdir?
A) Brüssel kələmi
B) Meşə çiyələyi
C) Gül kələm
D) Bağ çiyələyi
Hansı bitki təbii seçmə nəticəsində əmələ gəlmişdir?
A) Ağbaş kələm
B) Yabanı kələm
C) Qırmızıbaş kələm
D) Kolrabı
Süni seçmənin məhsulu nədir?
A) Yeni populyasiyalar
B) Yeni mutasiyalar
C) Sort və cinslər
D) Yeni növlər
Mədəni bitki sortları öz keyfiyyətini nə zaman itirir?
A) Yaxşı qulluq edildikdə
B) Daha artıq şəkildə çoxaldıqda
C) Təbii seçmənin təsiri gücləndikdə
D) Uzun müddət eyni şəraitdə yetişdirildikdə
Dirrik kələm sortlarının əcdadına yabanı şəkildə harada rast gəlinir?
A) Afrikada
B) Avropanın qərb sahillərində
C) Cənubi Amerikada
D) Mərkəzi Amerikada
Süni seçmə nəticəsində insanlar metodik seçmə aparmaqla nəyə nail olurlar?
A) İnsanın təsərrüfat marağına uyğun mövcud növlərin təkmilləşməsinə
B) İnsanın təsərrüfat marağına uyğun yeni növlərin yaranmasına
C) İnsanın təsərrüfat marağına uyğun yeni sort və cinslərin yaranmasına
D) İnsanın təsərrüfat marağına uyğun mövcud sort və cinslərin təkmilləşməsinə
Aşağıdakılardan hansı süni seçmə üçün xarakterik deyil?
A) Yeni heyvan cinslərinin alınması
B) Yeni bitki sortlarının alınması
C) Yeni növlərin əmələ gəlməsi
D) İrsi dəyişkənlik
Aşağıdakılardan hansı təbii və süni seçmə üçün ümumi sayılır?
A) Yeni növlərin əmələ gəlməsi
B) Yeni bitki sortlarının alınması
C) İrsi dəyişkənlik
D) İnsan tərəfindən aparılması
İrsiyyətin maddi əsasını nə təşkil edir?
A) Zülalların tərkibindəki nuklein turşuları
B) Xromosomlarda yerləşən genlər
C) Nüvənin tərkibindəki m – RNT – si
D) DNT – də olan nukleotidlər
Bütün orqanizmlərin əcdadlarının quruluş xüsusiyyətlərini və funksiyalarını qoruyub nəslə vermək kimi ümumi xassəsi nədir?
A) Dəyişkənlik
B) İrsiyyət
C) Yarımnöv
D) Populyasiya
Ağbaş kələmdə baş əmələ gətirmə hansı dəyişkənlik növünə aiddir?
A) İrsi olmayan dəyişkənliyə
B) İrsi dəyişkənliyə
C) Nisbi dəyişkənliyə
D) Kombinativ dəyişkənliyə
Populyasiyalarda çarpazlaşma nə mənbəyi hesab olunur?
A) Nisbətli dəyişkənlik
B) Kombinativ dəyişkənlik
C) Modifikasiya dəyişkənliyi
D) Mutasiya dəyişkənliyi
Növün hansı kriteri bir növün fərdləri üçün xromosom quruluşundakı oxşarlığı əks etdirir?
A) Genetik
B) Fizioloji
C) Morfoloji
D) Ekoloji
Hansı kriteri növün areal tutmasına əsaslanır?
A) Morfoloji
B) Biokimyəvi
C) Coğrafi
D) Genetik
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top