Tapılan ümumi test sayı : 130

Əhliləşdirmənin aparıcı amili nədir?
A) Təbii seçmə
B) Süni seçmə
C) Çarpazlaşdırma
D) Mühit amilləri
Mədəni bitkilərin müxtəlifliyi və coğrafi yayılmasını kim öyrənmişdir?
A) T.Q. Morqan
B) N.İ. Vavilov
C) Q. Hardi və V. Vayenberq
D) Q. Mendel
Kələmin vətəni haradır?
A) Həbəşistan
B) Aralıq dənizi sahilləri
C) Cənubi Amerika
D) Şərqi – Afrika
Kartofun vətəni haradır?
A) Həbəşistan
B) Mərkəzi Amerika
C) Şərqi Asiya
D) Cənubi Amerika
N. İ. Vavilov homoloji sıralar qanununu hansı canlılar üzərində müəyyən etmişdir?
A) Heyvanlar
B) İnsanlar
C) Çiçəkli bitkilər
D) Taxıl bitkiləri
Hardi – Vayenberq qanunu nə vaxt özünü doğrulda bilmir?
A) Populyasiya böyük olmadıqda, yeni mutasiyalar yarandıqda, başqa növlərlə genotipli miqrasiya baş verərsə
B) Yeni mutasiyalar baş verərsə, başqa genotipli miqrasiya baş verərsə
C) Yeni mutasiyaların yaranması, populyasiya böyük olmadıqda
D) Populyasiya böyük olduqda, yeni mutasiyalar yarandıqda və miqrasiya baş verdikdə
Sərbəst çarpazlaşma zamanı genlərin nisbi tezliyi nəsildən – nəslə keçdikcə dəyişmir. Bu nə qanunudur?
A) Morqanın ilişikli irsiyyət qanunu
B) Hardi – Vayenberq qanunu
C) Vavilovun homoloji sıralar qanunu
D) Mendelin I qanunu
Alellər və genotiplər arasındakı riyazi asılılığı ilk dəfə kim kəşf etmişdir?
A) O. Hardi və V. Vayenberq
B) Vavilov
C) Q. Mendel
D) T. Q. Morqan
Genofond nədir?
A) Dəyişməyən genlərin cəmi
B) Dəyişən genlərin cəmi
C) Xromosomların cəmi
D) Bütün genlərin cəmi
Dominant genin rastgəlmə tezliyi ilə resessiv genin rastgəlmə tezliyinin cəmi nəyə bərabərdir?
A) 1
B) 0,99
C) 0.02
D) 0,01
Xromosom quruluşunda baş verən və işıq mikroskopu altında müşahidə edilən mutasiyalar hansıdır?
A) Gen
B) Xromosom
C) Haploid
D) Poliploid
Dəyişkənliyin hansı formasında eyni genotipə malik olan fərdlərdə müxtəlif mühit şəraitində genotipik əlamətlər fərqli ola bilər?
A) Kombinativ
B) İrsi
C) Nisbətli
D) Modifikasiya
Hansı mutasiya DNT molekulunda nukleotidlərin ardıcıllığının dəyişməsinə səbəb olur?
A) Genom
B) Gen
C) Poliploid
D) Hamısı
Hansı mutasiyalar irsən nəslə keçmir?
A) Genom
B) Samotik
C) Gen
D) Xromosom
Letal mutasiyalar nədir?
A) Genom mutasiyalar
B) Homoziqot vəziyyətdə olan öldürücü mutasiyalar
C) Samotik mutasiyalar
D) Hetereziqot vəziyyətdə olan mutasiyalar
Hansı mülahizə düz deyil?
A) Modifikasiya dəyişkənliyi nəsilə ötürülmür
B) Modifikasiya dəyişkənliyi genlərə güclü təsir edə bilir
C) Modifikasiya dəyişkənliyi genlərin dəyişməsinə səbəb olur
D) Modifikasiya dəyişkənliyi genlərin dəyişməsi ilə əlaqədar olmur
Variasiya sırasını nəyə əsasən qurmaq olar?
A) Keyfiyyətə görə
B) Ölçü ilə bitən əlamətlərə görə
C) Fenotip dəyişkənliyə görə
D) Seçilən əlamətlərə görə
Hansı əlamətlər daha çox dəyişir?
A) Reaksiya norması məhdud olanlar
B) Reaksiya norması orta olanlar
C) Reaksiya norması olmayanlar
D) Reaksiya norması geniş olanlar
Variasiyanın yaranmasına səbəb nədir?
A) Daxili və xarici amillər
B) Daxili amillər
C) Xarici mühit amilləri
D) Genotiplərin çoxluğu
Nə üçün variasiya sırasında orta variantlara tez – tez rast gəlinir?
A) Orta variantlarda əlamətlər məhduddur
B) Orta variantlarda əlamətlər çoxdur
C) Orta variantlarda rastgəlmə tezliyi azdır
D) Orta variantlarda rastgəlmə tezliyi çoxdur
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top