Tapılan ümumi test sayı : 58

Verilənlərdən biri mexaniki sistemə misal ola bilər:
A) Maşınların hərəkəti
B) Günəş sistemi
C) Endogen proseslər
D) Ekzogen hərəkətlər
Qüvvələrin superpozisiyası nədir?
A) İstənilən mexaniki sistemə təsir göstərən bütün daxili qüvvələrin cəmi sıfra bərabərdir
B) Verilmiş cismə tətbiq olunan qüvvələrin əvəzləyicisi hər bir cismin ayrı – ayrılıqda ona təsir göstərdiyi qüvvələrin həndəsi cəminə bərabərdir
C) Cisimlər sisteminin kütləsi sistemin ayrı – ayrı cisimlərinin kütlələri cəminə bərabərdir
D) Daxili qüvvələr mexaniki sistemə bütövlükdə təcil verə bilməz, ona yalnız xarici qüvvələr təcil verə bilər
“ Təsir və əks – təsir qüvvələri həmişə qiymətcə bərabər, istiqamətə görə əksdir ” bu hansı qanundur?
A) Elektroliz üçün Faradey qanunu
B) Nyutonun üçüncü qanunu
C) Ümumdünya cazibə qüvvəsi
D) Kulon qanunu
Bərabərliklərdən hansı Nyutonun üçüncü qanununu ifadə edir?
A)
B)
C)
D)
Bir cisim digər cismə hansı qüvvə ilə təsir edirsə ikinci cisim də birinci cismə modulca bərabər və əks istiqamətə yönələn qüvvə ilə təsir edir.bu qanun adlanır:
A) Nyutonun ikinci qanunu
B) Paskal qanunu
C) Nyutonun üçüncü qanunu
D) Ümumdünya cazibə qanunu
Nyutonun üçüncü qanunu hansı düsturla ifadə olunur?
A) F=ma
B) N/m2
C) Düsturu yoxdur
D) P=Ft/s
E) F1=-f2
Cismin hərəkət təcili ona təsir edən qüvvələrin əvəzləyicisi ilə düz, kütləsi ilə tərs mütənasib olub, əvəzləyici qüvvənin istiqamətində yönəlir.bu adlanır:
A) Nyutonun birinci qanunu
B) Qalileyin ətalət prinsipi
C) Nyutonun üçüncü qanunu
D) Nyutonun ikinci qanunu
Düsturlardan hansı Nyutonun ikinci qanununu ifadə edir?
A)
B)
C)
D)
Qüvvəni ölçən cihaz adlanır:
A) Barometr
B) Areometr
C) Monometr
D) Dinamometr
BS – də kütlənin vahidi:
A) kq
B) m
C) sm
D) dm
Kütləsi 1kq olan cismə 1m/san2 təcil verən qüvvə adlanır:
A) 1 nyuton
B) 1 hers
C) 1 coul
D) 1 vatt
10 kg kütləli cisim 25 m/san2 təcili nə qədər qüvvə ilə alır?
A) 50N
B) 25N
C) 30MN
D) 0.25kN
E) 245N
Cisimə edən əvəzləyici qüvvə 100N qüvvə ilə dartılır cisim 20m\\san2 təcillə hərəkət edir cisimin kütləsini hesablayın
A) 20n
B) 3n
C) 5n
D) 50n
E) 10n
Kütləsi 5kq olan cisim 10m/san sürətlə düzxətli bərabərsürətli hərəkət edirsə, ona təsir edən əvəzləyici qüvvə nəyə bərabərdir?
A) 5n
B) 50n
C) 500n
D) 0
E) 0, 5n
Bir biri ilə qarşılıqlı təsirdə olan m1 və m2 kütləli iki cismin təcilləri uyğun olaraq a1=2 m/san2, a2=3m/san2 -a bərabərdir. Bu cisimlərin kütlələri cəmi Aşağıdakılardan hansına bərabər ola bilər?
A) 2.5m1
B) 5m2
C) 1.5m2
D) 2.5m2
Dinamikanın əsasını təşkil edir:
A) Nyutonun üç qanunu
B) Qaliley prinsipi
C) Paskal qanunu
D) Coul – lens qanunu
Cismə başqa cisimlər təsir etmirsə və ya ona edilən təsirlər bir – birini tarazlaşdırırsa, onda o, sükunət və yaxud düzxətli bərabərsürətli hərəkət halını saxlayır. Bu qanun adlanır:
A) Nyutonun birinci qanunu
B) Nyutonun üçüncü qanunu
C) Qalileyin ətalət prinsipi
D) Nyutonun ikinci qanunu
Cisim xarici təsirə məruz qalmazsa, ya sükunətdə qalar, yaxud sabit sürətlə hərəkət edər. bu fikir adlanır:
A) Nyutonun üçüncü qanunu
B) Paskal qanunu
C) Nyutonun ikinci qanunu
D) Qalileyin ətalət prinsipi
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top