Tapılan ümumi test sayı : 33

Məhlulları və ərintiləri elektrik cərəyanı keçirən maddələr ( duz, turşu və qələvi ) adlanır:
A) Elektrolit
B) Elektroliz
C) İonlaşma
D) İon keçiriciliyi
Elektrolitdən cərəyan keçərkən elektrodlar üzərinə maddə toplanması prosesi adlanır:
A) Qalvanoplastika
B) Qalvanostegiya
C) Elektrolit
D) Elektroliz
Elektrolitin elektrokimyəvi ekvivalentinin ifadəsi hansıdır?
A) jt
B)
C) m/q
D) kx
Elektrolitik məhlulda elektrik cərəyanı müsbət və mənfi ionların nizamlı hərəkəti adlanır:
A) Elektroliz
B) Dissosiasiya dərəcəsi
C) İonlaşma
D) İon keçiriciliyi
Ədədi qiymətcə elektrod üzərində kimyəvi ekvivalentə bərəbər miqdarda maddə kütləsi ayırmaq üçün elektrolit məhlulundan keçən elektrik yükünə bərəbər kəmiyyətdir:
A) Paskal qanunu
B) Elektroliz üçün Faradey sabiti
C) Elektromaqnit induksiya qanunu
D) Qapalı dövrə üçün Om qanunu
Qazlarda elektrik cərəyanının əsas yükdaşıyıcıları olmayan zərrəciklər hansılardır?
A) Elektronlar
B) Müsbət ionlar
C) Mənfi ionlar
D) Protonlar
Neytral qaz atomunun və ya molekulunun elektron alması və verməsi hesabına iona çevrilmə prosesi adlanır:
A) Boşalma
B) Qaz boşalması
C) İonlaşma
D) Elektrik qövsü
Elektronların neytral atomlarla ( və ya molekullarla ) birləşməsi nəticəsində əmələ gəlir:
A) Neytronlar
B) Müsbət ionlar
C) Mənfi ionlar
D) Protonlar
Qazdan elekrtik cərəyanının keçmə prosesinə nə deyilir?
A) Alovsuz boşalma
B) Qaz boşalması
C) İonlaşma
D) Taclı boşalma
İonlaşdırıcının təsiri altında baş verən qaz boşalması adlanır:
A) Müstəqil boşalma
B) Taclı boşalma
C) Qeyri – müstəqil boşalma
D) Alovsuz boşalma
Elektrokimyəvi ekvivalent asılıdır.
A) Maddənin növü ilə
B) Maddənin kütləsiylə
C) Zamanla
D) Cərəyan şiddətiylə
E) Faradey sabitiylə
Elektronun metalı tərk edərək vakuuma çıxması üçün lazım olan enerjinin minimum qiyməti:
A) Çıxış işi
B) Elektron şüa borusu
C) Elektron emissiyası
D) Vakuum diodu
Yüksək temperaturda elektronların metalı tərk etməsi ( “ buxarlanması ”) hadisəsi adlanır:
A) Vakuum diodu
B) Elektron emissiya
C) Çıxış işi
D) Termoelektron emissiya
Termoelektron emissiyası hadisəsini kim kəşf etmişdir?
A) N.D. Papaleski
B) R. Tolmen
C) İ.İ. Mandelştam
D) T.A. Edison
Birtərəfli keçiriciliyə malikdir və ondan elektrik cərəyanını düzləndirmək üçün istifadə edilir;
Verilənlər aiddir:
A) Ossiloqrafa
B) Dioda
C) Doyma cərəyanına
D) Elektron şüa borusuna
Bir çox metallar üçün termoelektron emissiyası baş verir:
A) 1000ºK temperaturda
B) 1500ºK temperaturda
C) 500ºK temperaturda
D) 2000ºK temperaturda
Yüklü zərrəciklərə təsir edən və elektrostatik təbiətə malik olmayan bütün qüvvələr adlanır:
A) Elektrik hərəkət qüvvəsi
B) Konservativ qüvvələr
C) Daxili qüvvələr
D) Kənar qüvvələr
Volt BS – də hansı fiziki kəmiyyətin vahididir?
A) Müqavimətin
B) EHQ – nin
C) Uzunluğun
D) Sıxlığın
Voltmetrlə hansı fiziki kəmiyyəti ölçürlər?
A) Cərəyan şiddətini
B) Müqaviməti
C) Təzyiqi
D) EHQ – ni
Tam dövrə üçün Om qanununun riyazi ifadəsi hansıdır?
A) JU
B) ma
C) JRt
D) ε/(R+r)
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top