Tapılan ümumi test sayı : 109

Respublikamızın tikinti sənayesinə və mebel istehsalına lazım olan taxta – şalban və müxtəlif ağac məmulatları:
A) Tuğay meşələrindən təmin olunur
B) Ukraynadan gətirilir
C) Yerli ehtiyatlar hesabına ödənilir
D) Rusiyadan gətirilir
Ağac tədarükü tullantılarına aiddir:
A) Budaq, yarpaq
B) Yarpaq, yonqar
C) Ağac qabığı, yarpaq
D) Taxta kəpəyi, ağac qabığı
Tikinti sənayesi müəssisələrinin böyük hissəsi cəmlənmişdir:
A) Abşeronda
B) Qubada
C) Gəncədə
D) Naxçıvanda
Respublikamızın əsas sement istehsalı müəssisəsi:
A) Şüvəlan sement zavodu
B) Güzdək sement zavodu
C) Korgöz sement zavodu
D) Qaradağ sement zavodu
Qazax – Gəncə iqtisadi rayonunda daş karxanaları mövcuddur:
a) Zəyəmdə
b) Şirvanda ( Əli Bayramlıda )
c) Qazaxda
d) Şəkidə
ə) Ağdamda
A) a,d
B) b,c,d
C) b,d,ə
D) a,c,ə
Aşağı Kür tikinti materialları sənayesi əhatə edir:
a) İmişli
b) Sabirabad
c) Bəhramtəpə
d) Saatlı
e) Hacıqabul
ə) Şirvan ( Əli Bayramlı)
A) a,b,c
B) b,d,e,ə
C) a,d,ə
D) a,c,e,ə
Dəmir – beton məmulatı istehsalı ilə fərqlənir:
A) Bəhramtəpə
B) İmişli
C) Şirvan ( Əli Bayramlı )
D) Quba – Xaçmaz
Tikinti materialları sənayesinə aid olmayan məhsul:
A) Gübrə
B) Şifer
C) Şüşə
D) Linoleum
Dağ – mədən kimyası yerləşdirilir:
A) Magistral qaz kəməri yaxınlığında
B) Neft emalı rayonlarında
C) Xammal mənbələrində
D) Tələbat rayonlarında
Azərbaycanda ilk kimya zavodu tikilmişdir:
A) 1879 – cu ildə Bakıda
B) 1864 – cü ildə Gəncədə
C) 1954 – cü ildə Sumqayıtda
D) 1879 – cu ildə Bakıda
Polimerlər kimyasına aiddir:
A) Turşu, mineral gübrələrin alınması
B) Yarımfabrikat istehsalı, polietilen hazırlanması
C) Plastik kütlə, kauçuk, müxtəlif lif alınması
D) Şin, duz, polietilen hazırlanması
Azərbaycanın ən böyük kimya zavodu:
A) Məişət Kimyası Birliyi
B) “ Kimyasənaye ” İstehsalat Birliyi
C) Bakı Neft – Yağ zavodu
D) Yeni Bakı Neftayırma zavodu
Respublikamızda kimya sənayesi məhsulları istehsal edilir:
A) Astarada, Şəkidə, Bakıda
B) Neftçalada, Salyanda, Mingəçevirdə
C) Zaqatalada, Qubada, Gəncədə
D) Gəncədə, Qubada, Salyanda
Kimya zavodu yoxdur?
A) Bakı
B) Kürdəmir
C) Neftçala
D) Sumqayıt
Qara metallurgiyanın son məhsulu:
A) Polad
B) Dəmir
C) Prokat
D) Çuqun
Ağır metallara aiddir:
A) Mis, qalay
B) Titan, nikel
C) Qurğuşun, maqnezium
D) Titan, sink
Yüngül metal istehsal edən müəssisələrin harada yerləşməsi əsas şərtdir:
A) Enerji mənbələrinə yaxın
B) Tələbat ərazilərinə yaxın
C) Su bol olan ərazilərdə
D) Xammal mənbələri yaxınlığında
Respublikamızda qara metallurgiya sənayesi əsasən yaranmağa başlamışdır:
A) 60 – cı illərdə
B) 50 – ci illərdə
C) 80 – ci illərdə
D) 30 – cu illərdə
1939 – cu ildən istehsal edilir:
A) Gəncə - gil torpaq zavodu
B) Sumqayıt boru – prokat zavodu
C) Naxçıvandakı Parağaçay və Gümüşlü sink – qurğuşun yataqları
D) Qazaxdakı bentonit gili yatağı
Böyük Qafqaz vilayətində olan filiz yataqları hansılardır?
A) Agyataq ; Katexcay
B) Mehmana ; Filizcay
C) Katexcay ; Gumuslu
D) Gumuslu ; Filizcay
E) Filizcay ; Katexcay
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top