Tapılan ümumi test sayı : 147

Kartofçuluq üstünlük təşkil edir:
A) Cəlilabadda
B) Astarada
C) Lerikdə
D) Lənkəranda
Meşəsu müalicəxanası fəaliyyət göstərir, əhalinin 25% - i şəhərdə yaşayır, orta sıxlıq hər km2 – də 135 nəfərdən çoxdur, təbii artım orta respublika göstəricisindən yüksəkdir:
A) Aran iqtisadi - coğrafi rayonunda
B) Gəncə - Qazax iqtisadi - coğrafi rayonunda
C) Lənkəran – Astara iqtisadi - coğrafi rayonunda
D) Naxçıvan iqtisadi - coğrafi rayonunda
Qərzəkli,tumlu,sitrus meyvəçilik üzrə uyğunluğu tapın
A) Şəki-Zaqatala,Quba-Xaçmaz,Lənkəran-Astara
B) Quba-Xaçmaz,Aran,Abşeron
C) Şəki-Zaqatala,Naxçıvan,Lənkəran-Astara
D) Aran,Quba-Xaçmaz,Abşeron
Lənkəran-Astara iqtisadi rayonu üçün doğru deyil:
A) Meşə ehtiyyatı ilə zəngindir
B) Xəzərlə sərhəddir
C) Bir respublika tabeli şəhəri var
D) Cənubda yerləşir
E) Gecyetişən tərəvəzçilik üzrə ixtisaslaşıb
Hansı iqtisadi rayonlar İran və Xəzərlə sərhəddir?
A) Aran Lənkəran
B) Naxçıvan Yuxarı Qarabağ
C) Quba-Xaçmaz Aran
D) Lənkəran Naxçıvan
Hansı respublika tabelidir?
A) Yardımlı
B) Astara
C) Lerik
D) Lənkəran
E) Masallı
Lənkəran-Astara iqtisadi-coğrafi rayonuna neçə inzibati rayon daxildir?
A) 6
B) 4
C) 2
D) 8
Faraş tərəvəzçilik üzrə hansı rayon ixtisaslaşıb?
A) Aran
B) Lənkəran
C) Naxçıvan
D) Quba-Xaçmaz
Sənayenin 90%-i hansı sahəyə düşür?
A) Yüngül
B) Yeyinti
C) Çayçılıq
D) Meşə
Lənkəran-Astara iqtisadi rayonu üçün doğrudur:
A) Xarici ölkə ilə sərhəd deyil
B) Aranla sərhəddir
C) Türkiyə ilə sərhəddir
D) Respublika tabeli şəhər yoxdur
Hansı sahə inkişaf etməyib?
A) Tərəvəzçilik
B) Metallurgiya
C) Şərabçılıq
D) Ağac emalı
E) Çayçılıq
Sarı torpaq və sitrus meyvəçilik hansı rayona xasdır?
A) Quba-Xaçmaz
B) Lənkəran
C) Aran
D) Abşeron
Lənkəran-Astara iqtisadi-coğrafi rayonunda hansı mineral bulaqlar var?
A) Meşəsu,Ərkivan
B) Xaltan,Qalaaltı
C) Vayxır,Sirab
D) Cimi,Xaşı
Lənkəran-Astara rayonuna aid deyil:
A) Yardımlı
B) Lerik
C) Beyləqan
D) Masallı
Rütubətli subtropik əkinçilik hansı rayona aiddir?
A) Gəncə-Qazax
B) Aran
C) Abşeron
D) Lənkəran-Astara
Çayçılıq inkişaf edən iqtisadi rayon?
A) Aran
B) Quba-Xaçmaz
C) Abşeron
D) Lənkəran-Astara
Ən yüksək təbii artıma malik iqtisadi rayon:
A) Quba-Xaçmaz
B) Gəncə-Qazax
C) Şəki-Zaqatala
D) Lənkəran-Astara
Sitrus və faraş tərəvəzçilik hansı iqlim tipinə aiddir?
A) Rütubətli subtropik
B) Quru subtropik
C) Quru tropik
D) Soyuq iqlim
Lənkəran-Astara vilayətində uzun ömürlülər diyarı hansıdır?
A) Lerik
B) Masallı
C) Yardımlı
D) Astara
E) Lənkəran
Sitrus meyvəçiliyinə aid deyil:
A) Quru subtropik iqlim
B) Rütübətli subtropik iqlim
C) Sarı torpaqlar
D) Lənkəran-Astara
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top