Tapılan ümumi test sayı : 30

Dünya təsərrüfatının müasir simasını müəyyən edir:
a) qloballaşma b) ETİ c) təmərküzləşmə d) regionlaşma
A) c,d
B) a,b
C) b,c
D) a,d
Qloballaşma prosesini daha da sürətləndirir:
A) Transmilli şirkətlər ( TMŞ )
B) Təmərküzləşmə
C) Azad iqtisadi zonalar
D) ETİ
Qloballaşmanın əsas formalarını göstərin:
A) Beynəlxalq podrat sisteminin inkişafı, beynəlxalq nəqliyyat yollarının çəkilməsi
B) Beynəlxalq müqavilələrin bağlanması, beynəlxalq nəqliyyat yollarının çəkilməsi
C) Müəssisələrin birləşməsi, “ texnopolislər ” in yaradılması
D) Müəssisələrin birləşməsi, beynəlxalq müqavilələrin bağlanması
Hansı ərazilərdə Azad iqtisadi zonalar yaradılmışdır:
A) Qərbi Avropada, Cənub – Qərbi Asiyada
B) Avstraliyada, Şərqi Asiyada
C) Şimali Amerikada, Latın Amerikasında
D) Latın Amerikasında, Şərqi Asiyada
Trans Qafqaz dəhlizi və yaxud “ Avrasiya dəhlizi ” rolu oynayır:
A) Azərbaycan
B) Qazaxıstan
C) Gürcüstan
D) Türkmənistan
İstehsalın yerləşdirilməsinə təsir edən amillər:
a) ərazi amili b) insan amili c) İCM amili d) siyasi amil e) nəqliyyat amili
A) b,e
B) a,b
C) a,e
D) c,d
Sinqapurun yüksək inkişafına təsir göstərir:
A) Avropa və Yaxın Şərq ölkələrindən Yaponiyaya gedən yollar üzərində yerləşməsi
B) Geniş əraziyə malik olması
C) Təbii ehtiyatların bolluğu
D) Yaponiya ilə qonşuluq mövqeyi
İqtisadiyyatında təbii resurs amili mühüm rol oynadığı ölkələr:
A) Sinqapur, CAR
B) Avstraliya, Kanada
C) Kanada, Yaponiya
D) Rusiya, Avstriya
Əlverişsiz İCM - ə malik olmalarına baxmayaraq, nəqliyyat sahələrinin inkişafı ilə iqtisadiyyatı inkişaf etmiş ölkələr:
A) Yaponiya və Rusiya
B) Avstriya və İsveçrə
C) Kanada və Avstraliya
D) Türkiyə və Rusiya
Təbii ehtiyat amilinin az olmasına baxmayaraq, iqtisadiyyatı yüksək inkişaf etmiş ölkələr:
a) Kanada b) Yaponiya c) C. Koreya d) Türkiyə e) Avstraliya
A) d,e
B) a,e
C) b,c
D) a,c
Postsənaye adlanır:
A) Ölkə iqtisadiyyatında aqrar – sənaye sahələrinin rolunun yüksəlməsi
B) Ölkə iqtisadiyyatında qeyri – istehsal sahələrinin rolunun yüksəlməsi
C) Ölkə iqtisadiyyatında sənaye sahələrinin rolunun yüksəlməsi
D) Ölkə iqtisadiyyatında istehsal sahələrinin rolunun yüksəlməsi
Emaledici sənaye sahələri içərisində hansıların rolu artmaqdadır?
a)tikinti
b) kimya
c) maşınqayırma
d) yüngül
e) yeyinti
A) d,e
B) a,d,e
C) a,c,d
D) b,c
Biri köhnə sənaye regionudur:
A) Osaka ( Yaponiya )
B) Paris ( Fransa )
C) Kaliforniya ( ABŞ )
D) Lotaringiya ( Fransa )
Sənayenin zəif inkişaf etdiyi, başlıca olaraq kənd təsərrüfatının və aqrar sənaye sahələrinin inkişafı ilə seçilən, elmtutumlu sənaye sahələrinin, digər infrastrukturların az olduğu ərazilər adlanır:
A) Yüksək inkişaf etmiş region
B) Yeni mənimsənilən rayon
C) Aqrar rayon
D) Köhnə sənaye regionu
Yeni mənimsənilən rayonlara aid deyil:
A) Amazon ovalığı
B) Rusiyanın Sibir hissəsi
C) Alyaska ( ABŞ )
D) AFR – in cənubu
Geridə qalmış rayonların iqtisadiyyatının yüksəlməsi üçün görülən tədbirlər necə adlanır?
A) Demoqrafik siyasət
B) Regional siyasət
C) Beynəlxalq siyasət
D) Demarkasiya
ETİ – nin tərkib hissələrinə aid deyil:
A) Texnika və texnologiya
B) Elm
C) İstehlak
D) İdarəetmə
Geoinformatikanın yaranmasına səbəb olmuşdur:
A) İstehsalın artması
B) İstehlakın artması
C) Biotexnologiyanın sürətli inkişafı
D) İnformasiya bolluğu
ETİ dövründə istehsal bu istiqamət üzrə inkişaf etmir:
A) Kompleks avtomatlaşdırma
B) İnsan əməyinin rolunun artırılması
C) Kosmikləşmə
D) Yeni materiallar istehsalı
ETİ -nin səciyyəvi əlamətlərindən biri deyil:
A) Elmin istehsal prosesinin tərkib hissəsinə çevrilməsi
B) Universallığı və əhatəliliyi
C) Yavaş bir şəkildə inkişaf etməsi, elmi yeniliklərin istehsala gec tətbiq olunması
D) İstehsal prosesində insanın rolunun dəyişməsi
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top