Tapılan ümumi test sayı : 38

Əhalisinin sayını artırmağa çalışan ölkə:
A) Pakistan
B) Misir
C) İran
D) Rusiya
Hansı ölkənin 2030 – cu ildə əhalisinin sayına görə dünyada birinci yerə çıxacağı proqnozlaşdırılır:
A) İndoneziyanın
B) Hindistanın
C) Çinin
D) Pakistanın
Demoqrafik böhran xarakterikdir:
A) Latın Amerikası ölkələri
B) İEOÖ
C) İEÖ
D) Şərqi Avropa ölkələri
Dünyada illik əhali artımı:
A) 60 – 70 mln nəfər
B) 80 – 90 mln nəfər
C) 100 – 150 mln nəfər
D) 20 – 30 mln nəfər
Təbii artımın hansı tipində cəmiyyətdə qocalma prosesi gedir?
A) Keçid
B) Ənənəvi
C) Heç birində
D) Müasir
"Əhalinin yoxsulluğunun əsas səbəbi sürətli təbii artımdır. Əhali həndəsi silsilə ilə, maddi nemətlər isə ədədi silsilə ilə artır. Ona görə də əhali artıqlığı ciddi problem yaradacaq". Sözləri kimə aiddir?
A) Maltus
B) Lomonosov
C) Nyuton
D) Aristotel
Hansı ölkə əhalinin artırılması üçün demoqrafik siyasət aparmır?
A) Rumıniya
B) Belarus
C) İndoneziya
D) Ukrayna
Azərbaycanın potensial səhralaşma rayonları:
A) Şəki – Zaqatala, Naxçıvan
B) Abşeron – Qobustan, Gəncə - Qazax
C) Kür – Araz, Abşeron – Qobustan, Naxçıvan
D) Acınohur – Ceyrançöl, Quba – Xaçmaz
Səhralaşmanın qarşısını almaq üçün görülən tədbirlərə aiddir:
A) Dəmyə əkinçiliyinin genişlənməsi
B) Torpaq, bitki örtüyünün bərpa edilməsi
C) Meşələrin qırılması
D) Əkində gübrələrdən geniş istifadə edilməsi
Landşaftın, ekoloji problemlərin tam pozulmadığı ölkələr:
A) Fransa, Almaniya, Avstriya, Hollandiya
B) Fransa, Almaniya, Belçika, Danimarka
C) Böyük Britaniya, Almaniya, Polşa
D) İsveç, Norveç, İsveçrə, İslandiya
Səhralaşma qurunun səhralarla birgə neçə faizini əhatə edir?
A) 69% - ə yaxın
B) 28% - ə yaxın
C) 52% - ə yaxın
D) 49% - ə yaxın
Antropogen səhralar qurunun neçə faizini tutur?
A) 6,7% - ni
B) 11% - ni
C) 17% - ni
D) 5,1% - ni
Ətraf mühitin çirkləndirilməsi nə deməkdir?
A) Atmosferə zəhərli qazların qarışması, çay və göllərə çirkab suların axıdılması
B) İnsan fəaliyyəti nəticəsində ətraf mühitə müxtəlif maddə və birləşmələrin daxil olması və ətraf mühitin xassələrinin dəyişməsi
C) Havaya zəhərli qazların qarışması, meşələrin qırılması
D) Təsərrüfat fəaliyyəti nəticəsində təbii ehtiyatların tükənməsi
E) Torpaqların eroziyası, atmosferdə azon qatının deşilməsi
Kiçik qlobal problemlərə aid deyil:
A) Bürokratizm
B) Fərdiyyətçilik
C) Eqoizm
D) Kosmosun fəthi
Dünyanın “ qaynar nöqtələri ” nə aiddir:
a) Cənub – Qərbi Asiya
b) Cənubi Afrika
c) Cənubi Asiya
d) Şimali Asiya
e) Cənub – Şərqi Asiya
A) b,d
B) a,d
C) b,d,e
D) a,c,e
Siyasi və sosial xarakterli problemlər:
A) Biosferin mühafizəsi, urbanizasiya
B) Sülhün qorunması, davamlı, sabit inkişafa nail olmaq
C) Ərzaq problemi, milli münaqişələr
D) Eqoizm, texnoloji qəzalar
Siyasi – iqtisadi xarakterli problemlər:
A) Sağlamlığın qorunması, içməli su
B) Sülhün qorunması, qlobal istiləşmə
C) Uzunmüddətli proqnozlaşdırma, milli münaqişə
D) Urbanizasiya, bürokratizm
Ekoloji problemlərə daxil deyil:
A) Meşələrin qırılması
B) İstixana effekti
C) Sağlamlığın qorunması
D) Qlobal istiləşmə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top