Tapılan ümumi test sayı : 48

Hiposentri 10 – 60 km dərinlikdə yerləşən zəlzələlər adlanır:
A) Çox böyük dərinlik zəlzələləri
B) Dərinlik və ya Aralıq zəlzələləri
C) Normal zəlzələlər
D) Səth zəlzələləri
Dərinlik və ya Aralıq zəlzələlərinin hiposentri yerləşir:
A) 10 km dərinlikdə
B) 10 – 60 km dərinlikdə
C) 60 – 300 km dərinlikdə
D) 300 – 700 km dərinlikdə
Kaldera adlanır:
A) Su buxarının səthə çıxdığı dairəvi çökəklik
B) Diametrləri 1,5 – 2 km – dən artıq olan kraterlər
C) Yer səthinə çıxan maqma
D) Partlayış nəticəsində yaranan qıfabənzər çökəkliklər
Nə zaman yer səthinə turş tərkibli lavalar çıxır?
A) Əgər vulkanizm prosesi tez – tez baş verərsə
B) Əgər vulkanizm prosesi soyuq zonalarda baş verərsə
C) Əgər vulkanizm prosesi materik tipli tavalarda baş verərsə
D) Əgər vulkanizm prosesi okean tipli tavalarda baş verərsə
Hər bir qeyzerdə su buxarının səthə çıxdığı dairəvi çökəklik adlanır:
A) Kaldera
B) Qeyzerit
C) Qrifon
D) Krater
Psevdo nədir?
A) Fəaliyyətdə olan vulkan
B) Sönmüş lava
C) Palçıq vulkanı
D) Sönmüş vulkan
Kükürdlü qeyzer sularının əmələ gətirdiyi süxur:
A) Qeyzerit
B) Qrifon
C) Salza
D) Psevdo
Zəlzələnin 2tipi hansıdır?
A) Səth və dərinlik
B) Vulkanizm,tektonik mənşəli
C) Təbii və süni
D) Daxili və xarici
Kaledon qırışıqlığında yaranmışdır:
A) Tyan – Şan, Altay, Sayan dağlarının cənub hissələri
B) Ural, Altay, Böyük Xinqan
C) Kordilyer, Ural, Sayan dağları
D) Tyan – Şan, Altay, Sayan dağlarının şimal hissələri
Hertsin qırışıqlığında əmələ gəlmişdir:
A) Böyük Suayırıcı, Böyük Xinqan dağları
B) And, Əjdaha, Kordilyer
C) Himalay, Kordilyer, Tibet
D) Ural, Altay, Appalaç
Alp qırışıqlığı baş verməyə başlamışdır:
A) Mezozoyda
B) Paleozoyda
C) Kriptozoyda
D) Kaynozoyda
Alp – Himalay dağlıq qurşağı yaranmışdır:
A) Sakit okean tavasının Avrasiya və Hind Avstraliya tavaları ilə toqquşması nəticəsində
B) Sakit okean tavasının Şimali və Cənubi Amerika tavaları ilə toqquşması nəticəsində
C) Sakit okean tavasının Avrasiya tavası ilə toqquşması nəticəsində
D) Afrika və Hind Avstraliya tavalarının Avrasiya tavası ilə toqquşması nəticəsində
Yer kürəsinin ən hündür dağı:
A) And
B) Kordilyer
C) Appalaç
D) Himalay
"Dəniz" dövrü hansı erada baş vermişdir?
A) Proterozoy
B) Paleozoy
C) Kaynozoy
D) Mezozoy
Hansı dağlar yenidən törənmiş adlanır?
A) Pamir,Tyan-Şan
B) And,Kordilyer
C) Himalay,Alp
D) Altay ,Sayan
Müasir materiklərin üfüqi istiqamətdə yerdəyişmələri fikrini irəli sürmüşdür:
A) İ. Kant
B) O. Y. Şmidt
C) P. Laplas
D) A. Vegener
Dərinsulu okean novları əmələ gəlmişdir:
A) Okean tipli litosfer tavalarının bir – birindən aralandıqları zonada
B) Okean tipli litosfer tavalarının toqquşma zonasında
C) Materik və okean tipli litosfer tavalarının aralanması zonasında
D) Okean tavası daha qalın materik tavasının altına girdiyi zaman
Cavan platformalara aid deyil:
A) Braziliya
B) Turan
C) Qərbi Sibir
D) Şərqi Avropa
Platformalara aiddir:
A) Nazik olması
B) Qeyri – sabit olması
C) Bərk olması
D) Fəal seysmiklik
Tetis okeanının qapanması nəticəsində daxili dənizlərə çevrilmişdir:
A) Xəzər, Azov, Egey dənizləri
B) Azov, Qara, Aralıq dənizləri
C) Egey, Qara, Xəzər dənizləri
D) Egey, Qara, Aralıq dənizləri
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top