Tapılan ümumi test sayı : 48

Hiposentri 10 – 60 km dərinlikdə yerləşən zəlzələlər adlanır:
A) Çox böyük dərinlik zəlzələləri
B) Səth zəlzələləri
C) Dərinlik və ya Aralıq zəlzələləri
D) Normal zəlzələlər
Dərinlik və ya Aralıq zəlzələlərinin hiposentri yerləşir:
A) 10 km dərinlikdə
B) 300 – 700 km dərinlikdə
C) 60 – 300 km dərinlikdə
D) 10 – 60 km dərinlikdə
Kaldera adlanır:
A) Yer səthinə çıxan maqma
B) Diametrləri 1,5 – 2 km – dən artıq olan kraterlər
C) Su buxarının səthə çıxdığı dairəvi çökəklik
D) Partlayış nəticəsində yaranan qıfabənzər çökəkliklər
Nə zaman yer səthinə turş tərkibli lavalar çıxır?
A) Əgər vulkanizm prosesi okean tipli tavalarda baş verərsə
B) Əgər vulkanizm prosesi soyuq zonalarda baş verərsə
C) Əgər vulkanizm prosesi materik tipli tavalarda baş verərsə
D) Əgər vulkanizm prosesi tez – tez baş verərsə
Hər bir qeyzerdə su buxarının səthə çıxdığı dairəvi çökəklik adlanır:
A) Qeyzerit
B) Qrifon
C) Kaldera
D) Krater
Psevdo nədir?
A) Sönmüş lava
B) Palçıq vulkanı
C) Fəaliyyətdə olan vulkan
D) Sönmüş vulkan
Kükürdlü qeyzer sularının əmələ gətirdiyi süxur:
A) Qeyzerit
B) Psevdo
C) Salza
D) Qrifon
Zəlzələnin 2tipi hansıdır?
A) Daxili və xarici
B) Təbii və süni
C) Vulkanizm,tektonik mənşəli
D) Səth və dərinlik
Kaledon qırışıqlığında yaranmışdır:
A) Tyan – Şan, Altay, Sayan dağlarının şimal hissələri
B) Tyan – Şan, Altay, Sayan dağlarının cənub hissələri
C) Ural, Altay, Böyük Xinqan
D) Kordilyer, Ural, Sayan dağları
Hertsin qırışıqlığında əmələ gəlmişdir:
A) Ural, Altay, Appalaç
B) Himalay, Kordilyer, Tibet
C) Böyük Suayırıcı, Böyük Xinqan dağları
D) And, Əjdaha, Kordilyer
Alp qırışıqlığı baş verməyə başlamışdır:
A) Kriptozoyda
B) Mezozoyda
C) Kaynozoyda
D) Paleozoyda
Alp – Himalay dağlıq qurşağı yaranmışdır:
A) Sakit okean tavasının Avrasiya tavası ilə toqquşması nəticəsində
B) Sakit okean tavasının Şimali və Cənubi Amerika tavaları ilə toqquşması nəticəsində
C) Sakit okean tavasının Avrasiya və Hind Avstraliya tavaları ilə toqquşması nəticəsində
D) Afrika və Hind Avstraliya tavalarının Avrasiya tavası ilə toqquşması nəticəsində
Yer kürəsinin ən hündür dağı:
A) Appalaç
B) Himalay
C) Kordilyer
D) And
"Dəniz" dövrü hansı erada baş vermişdir?
A) Proterozoy
B) Paleozoy
C) Kaynozoy
D) Mezozoy
Hansı dağlar yenidən törənmiş adlanır?
A) And,Kordilyer
B) Pamir,Tyan-Şan
C) Himalay,Alp
D) Altay ,Sayan
Müasir materiklərin üfüqi istiqamətdə yerdəyişmələri fikrini irəli sürmüşdür:
A) P. Laplas
B) İ. Kant
C) O. Y. Şmidt
D) A. Vegener
Dərinsulu okean novları əmələ gəlmişdir:
A) Materik və okean tipli litosfer tavalarının aralanması zonasında
B) Okean tipli litosfer tavalarının toqquşma zonasında
C) Okean tipli litosfer tavalarının bir – birindən aralandıqları zonada
D) Okean tavası daha qalın materik tavasının altına girdiyi zaman
Cavan platformalara aid deyil:
A) Şərqi Avropa
B) Braziliya
C) Turan
D) Qərbi Sibir
Platformalara aiddir:
A) Fəal seysmiklik
B) Bərk olması
C) Qeyri – sabit olması
D) Nazik olması
Tetis okeanının qapanması nəticəsində daxili dənizlərə çevrilmişdir:
A) Azov, Qara, Aralıq dənizləri
B) Egey, Qara, Xəzər dənizləri
C) Egey, Qara, Aralıq dənizləri
D) Xəzər, Azov, Egey dənizləri
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top