Tapılan ümumi test sayı : 25

Yalnız sifətin suallarından ibarət cərgəni göstərin:
A) Necə, nə cür, hansı?
B) Nə, niyə, hansı?
C) Kim, necə, nə edir?
D) Kim, nə, hara?
Sifət qrammatik mənasına görə bildirir:
A) Ad
B) Miqdar
C) Hərəkət
D) Əlamət
Rəng bildirən sifətlər cərgəsini göstərin:
A) Uzun, nurani, armudu
B) Qoçaq, çərkəzi, dalğavarı
C) Hərbi, tibbi, sarışın
D) Gümüşü, bənövşəyi, mavi
Biri dad bildirən sifət deyil:
A) Gözəl
B) Turş
C) Acı
D) Şirin
Sözlərdən biri sifət deyil:
A) Qoca
B) Daş
C) Parlaq
D) Gözəl
Qoxusuz lalədir mənasız şeir, Qanadsız bir qusdur xülyasız şeir. Gözəlsiz, çalğısız məclisə bənzər, Məzmunsuz, ahəngsiz, ədasız şeir. Şeir parçasında işlənmiş sifətlərin sayını müəyyən edin:
A) 7
B) 10
C) 8
D) 9
E) 6
Sifət hansı cümlədə ismi əvəz edib?
A) Rahat həyat hamının arzusudur
B) Qaralar futbol komandasında seçilirdi
C) Azərbaycanın zəngin və qədim tarixi var
D) Birincilər məktəbin birinci gününə hazırlaşırdı
E) Al-Əlvan Çiçəklərin ətri ətrafı bürümüşdü
Sifət cümlədə əsasən hansı vəzifələrdə işlənir?
A) Tamamlıq və xəbər vəzifəsində.
B) Zərflik və təyin vəzifəsində.
C) Zərflik və tamamlıq vəzifəsində.
D) Təyin və xəbər vəzifəsində.
Hansı söz rəng bildirir?
A) qapı
B) qızılı
C) kitab
D) siçan
Hansı sifət azaltma dərəcəsində deyil?
A) Sarışın
B) Azacıq
C) Açıq-sarı
D) Açıq-aşkar
Sifət hansı nitq hissəsinə aid olur?
A) Ismə.
B) Əvəzliyə.
C) Zərfə.
D) Felə.
Sözlərdən biri həm isim, həm də sifət kimi işlənə bilər.
A) güləyən
B) sınıq
C) sevinc
D) yağış
E) geniş
Hansı cümlədə sifət yerində işlədilməyib
A) Qədim Bakı indiki İçəri şəhərdən ibarət olub
B) Mötəbər rəvayətlərə görə Maştağa qəsəbəsinin adı massaget tayfasının adından götürülmüşdür
C) Əqidəsi olmayan ən cəsur insan da gec-tez qorxağa çevrilir
D) Yalnız azad millət milli xarakterə malikdir
E) Xalqın iradəsi ən yaxşı qanundur
Sifət bildirir:
A) əşyanın sayını
B) heç biri
C) əşyanın necəliyini
D) əşyanın adını
E) əşyanın hərəkətini
Hansı cərgədəki sözlər zahiri əlamət bildirir?
A) şirin, acı, qısa
B) yumru, dairəvi, turş
C) maraqlı, əlverişli, uzun
D) enlikürək, qaragöz, uzunsaç
E) çalışqan, ağıllı, tənbəl
Sifətin halını göstərin
A) Sifətin halları yoxdur
B) Yerlik hal
C) Heç biri
D) Adlıq hal
E) Yönlük hal
Sifət cümlədə hansı vəzifəni daşıyır?
A) xitab
B) tamamlıq
C) xəbər və təyin
D) xəbər
E) mübtəda və xəbər
Sifət nə zaman hansı? sualına cavab verir?
A) hansı sualına cavab vermir
B) isimləşəndə
C) hallananda
D) şəxsə görə dəyişəndə
E) -dakı şəkilçisi qəbul edəndə
Sifətə aid olmayan xüsusiyyətləri göstərin
A) feli birləşmənin əsas tərəfi olmaq
B) əlamət bildirmək
C) təyin olmaq
D) dərəcə bildirmək
E) əşyaya aid olmaq
Hansı sifət həcm bildirir?
A) xırda
B) yaraşıqlı
C) buynuzvari
D) yumru
E) dairəvi
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top