Tapılan ümumi test sayı : 25

Yalnız sifətin suallarından ibarət cərgəni göstərin:
A) Kim, nə, hara?
B) Kim, necə, nə edir?
C) Nə, niyə, hansı?
D) Necə, nə cür, hansı?
Sifət qrammatik mənasına görə bildirir:
A) Hərəkət
B) Əlamət
C) Ad
D) Miqdar
Rəng bildirən sifətlər cərgəsini göstərin:
A) Gümüşü, bənövşəyi, mavi
B) Hərbi, tibbi, sarışın
C) Uzun, nurani, armudu
D) Qoçaq, çərkəzi, dalğavarı
Biri dad bildirən sifət deyil:
A) Gözəl
B) Acı
C) Şirin
D) Turş
Sözlərdən biri sifət deyil:
A) Qoca
B) Parlaq
C) Daş
D) Gözəl
Qoxusuz lalədir mənasız şeir, Qanadsız bir qusdur xülyasız şeir. Gözəlsiz, çalğısız məclisə bənzər, Məzmunsuz, ahəngsiz, ədasız şeir. Şeir parçasında işlənmiş sifətlərin sayını müəyyən edin:
A) 9
B) 8
C) 6
D) 10
E) 7
Sifət hansı cümlədə ismi əvəz edib?
A) Birincilər məktəbin birinci gününə hazırlaşırdı
B) Al-Əlvan Çiçəklərin ətri ətrafı bürümüşdü
C) Qaralar futbol komandasında seçilirdi
D) Azərbaycanın zəngin və qədim tarixi var
E) Rahat həyat hamının arzusudur
Sifət cümlədə əsasən hansı vəzifələrdə işlənir?
A) Tamamlıq və xəbər vəzifəsində.
B) Zərflik və tamamlıq vəzifəsində.
C) Zərflik və təyin vəzifəsində.
D) Təyin və xəbər vəzifəsində.
Hansı söz rəng bildirir?
A) kitab
B) qapı
C) qızılı
D) siçan
Hansı sifət azaltma dərəcəsində deyil?
A) Açıq-aşkar
B) Sarışın
C) Azacıq
D) Açıq-sarı
Sifət hansı nitq hissəsinə aid olur?
A) Ismə.
B) Felə.
C) Zərfə.
D) Əvəzliyə.
Sözlərdən biri həm isim, həm də sifət kimi işlənə bilər.
A) sevinc
B) geniş
C) güləyən
D) yağış
E) sınıq
Hansı cümlədə sifət yerində işlədilməyib
A) Əqidəsi olmayan ən cəsur insan da gec-tez qorxağa çevrilir
B) Xalqın iradəsi ən yaxşı qanundur
C) Qədim Bakı indiki İçəri şəhərdən ibarət olub
D) Yalnız azad millət milli xarakterə malikdir
E) Mötəbər rəvayətlərə görə Maştağa qəsəbəsinin adı massaget tayfasının adından götürülmüşdür
Sifət bildirir:
A) əşyanın adını
B) heç biri
C) əşyanın hərəkətini
D) əşyanın sayını
E) əşyanın necəliyini
Hansı cərgədəki sözlər zahiri əlamət bildirir?
A) çalışqan, ağıllı, tənbəl
B) şirin, acı, qısa
C) yumru, dairəvi, turş
D) maraqlı, əlverişli, uzun
E) enlikürək, qaragöz, uzunsaç
Sifətin halını göstərin
A) Yönlük hal
B) Heç biri
C) Yerlik hal
D) Adlıq hal
E) Sifətin halları yoxdur
Sifət cümlədə hansı vəzifəni daşıyır?
A) xitab
B) xəbər və təyin
C) tamamlıq
D) xəbər
E) mübtəda və xəbər
Sifət nə zaman hansı? sualına cavab verir?
A) -dakı şəkilçisi qəbul edəndə
B) hallananda
C) isimləşəndə
D) hansı sualına cavab vermir
E) şəxsə görə dəyişəndə
Sifətə aid olmayan xüsusiyyətləri göstərin
A) dərəcə bildirmək
B) əlamət bildirmək
C) feli birləşmənin əsas tərəfi olmaq
D) əşyaya aid olmaq
E) təyin olmaq
Hansı sifət həcm bildirir?
A) yumru
B) yaraşıqlı
C) dairəvi
D) buynuzvari
E) xırda
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top