Tapılan ümumi test sayı : 43

Buluddan yaranan atmosfer yağıntılarına aid deyil:
A) Qar
B) Dolu
C) Yağış
D) Şeh
Su buxarı atmosferin Yer səthinə çox yaxın qatında kondensasiyaya məruz qalırsa əmələ gətirir:
A) Duman
B) Qırov
C) Şeh
D) Sırsıra
Atmosferin aşağı qatı:
A) Troposfer
B) Ekzosfer
C) Termosfer
D) Mezosfer
Sublimasiya nəticəsində yaranan yağıntı:
A) Şeh
B) Leysan
C) Yağış
D) Dolu
Normal təzyiq bərabərdir:
A) 766 mm c.s. – na
B) 677 mm c.s. – na
C) 670 mm c.s. – na
D) 760 mm c.s. – na
Ekvatorial hava kütlələrinə aid deyil:
A) İki yarımtipə ayrılır
B) İfrat rütubətlənmə ilə seçilir
C) Alçaq təzyiq qurşağında yerləşir
D) Yüksək temperatura malik olur
Bu yarımtip quru səthi üzərində formalaşır, yüksək temperaturu, quru və tozlu olması ilə digər hava kütlələrindən fərqlənir:
A) Kontinental Arktik
B) Kontinental mülayim
C) Kontinental tropik
D) Dəniz tropik havası
Aşağıdakı hava tiplərində biri heç bir yarımtipə bölünmür:
A) Ekvatorial
B) Mülayim
C) Arktik
D) Tropik
Soyuq cəbhəyə aid deyil:
A) Bu ərazilərdə nadir hallarda şimşək çaxır
B) Soyuq hava kütlələri isti hava kütlələrini sıxışdırır
C) Ərazidə topa buludlar, ildırım və şimşək çaxması müşahidə olunur
D) Leysan xarakterli bol yağıntı olur
Külək gülü vasitəsilə nəyi təyin etmək olur?
A) Hakim küləyi
B) Küləyin gücü
C) Brizləri
D) Küləyin növü
Dağın ətəyində atmosfer təzyiqi 760mm.C.S, zirvəsində isə 560mm.C.S olduğunu nəzərə alaraq dağın hündürlüyünü tapın
A) 2km
B) 3000m
C) 4000m
D) 2m
E) 200m
Hansı enlikdə qalxan hava, alçaq təzyiq sahəsi yaranır?
A) Belə təzyiq sahəsi yoxdur
B) Ekvatorial
C) Tropik
D) Qütb
Eyni təzyiqə malik olan məntəqələri birləşdirən xəttə nə deyilir?
A) İzoqalin
B) İzogiyet
C) İzobat
D) İzobar
Düz radiasiya nədir?
A) Vahid zaman ərzində Yer atmosferinin üst sərhəddinə 1 sm2 səthə düşən Günəş şüasının miqdarı
B) Atmosferdə qaz molekulları, aerozollar, su buxarı, buludlar tərəfindən səpələnən və Yer səthinə göy qübbəsinin bütün istiqamətlərindən daxil olan Günəş şüaları
C) Atmosferdən birbaşa keçərək Yer səthinə çatan Günəş şüaları
D) Yer səthi tərəfindən udulan radiasiya
Hündürlüyə doğru temperaturun aşağı düşməsi bəzi hallarda pozulur, yəni hündürlükdə temperatur gözləniləndən yüksək olur. Bu hal adlanır:
A) Temperatur inversiyası
B) Kondensasiya
C) Atmosferin ümumi sirkulyasiyası
D) Sublimasiya
Meteorologiya elmində temperaturun ölçülməsi üçün istifadə olunan şkalalardan biri deyil:
A) Selsi
B) Farenheyt
C) Kelvin
D) Rixter
Ən yüksək temperatur ekvator boyu deyil, tropiklərdə müşahidə olunur, buna səbəb nədir?
A) Meşələr
B) Dağlar
C) Səhralar
D) Okeanlar
E) Buludluluq
Atmosferin yer səthi ilə təmasda olan alt təbəqəsi:
A) Mezosfer
B) Termosfer
C) Stratosfer
D) Troposfer
Atmosfer təbəqələrinin ardıcıllığı:
A) Troposfer, termosfer, mezosfer, ionosfer, ekzosfer
B) Troposfer, stratosfer, ionosfer, termosfer, ozon qatı
C) Troposfer, stratosfer, mezosfer, termosfer, ekzosfer
D) İonosfer, ekzosfer, termosfer, stratosfer, troposfer
Onun yuxarı sərhəddi 80 km hündürlükdədir. Havanın sıxlığı Yer səthinə nisbətən 200 – 220 dəfə azdır və burada güclü elektrik cərəyanı axınları müşahidə edilir, “ qütb parıltıları ” yaranır:
A) Mezosferdə
B) Stratosferdə
C) Ekzosferdə
D) Troposferdə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top