Tapılan ümumi test sayı : 221

Qazaxıstan Respublikasının paytaxtı haradır?
A) Daşkənd
B) Astana
C) Alma-Ata
D) Aşqabaq
Qazaxıstan Respublikasının pul vahidi nədir?
A) Manat
B) Som
C) Sum
D) Təngə
Xan-Tenqri massivi harada yerləşir?
A) Türkmənistanda
B) Türkiyədə
C) Özbəkistanda
D) Qazaxıstanda
Əhalinin 60%-i şəhərdə yaşayır, əvvəl paytaxtı Alma-Ata olub:
A) Qırğızıstan
B) Qazaxıstan
C) Özbəkistan
D) Türkmənistan
Müvafiq olaraq Azərbaycanla su və quru sərhədinə malik ölkə:
A) Qazaxıstan, Türkmənistan
B) Gürcüstan, Türkiyə
C) Rusiya, İran
D) Qazaxıstan, Türkiyə
Türkiyə və Qazaxıstan üçün fərqli cəhət:
A) İki qitədə yerləşir
B) Yarımada ölkələridir
C) Asiya qitəsinə aiddirlər
D) Türk dövlətləridir
Türkiyəni Qazaxıstandan fərqləndirən cəhət:
A) Azərbaycanla su sərhədinə malik olması
B) Aralıq dənizi iqlim tipində yerləşməsi
C) Türk dövləti olması
D) Materik daxili olması
Qazaxıstan Respublikasına aid deyil:
A) Alagöl
B) İsukkul
C) Balxaş
D) Zaysan
E) Aral
Sahəsinə görə 9-cu ölkə hansıdır?
A) Qazaxıstan
B) Türkiyə
C) Hindistan
D) Monqolustan
E) Avstraliya
Qədim yunanlar Mərkəzi Asiyanı adlandırmışlar:
A) Skifiya
B) Türkmənistan
C) Türküstan
D) Turan
Mərkəzi Asiya regionu üçün səciyyəvidir:
A) Kəskin kontinental iqlim
B) Mülayim iqlim
C) Subekvatorial iqlim
D) Subtropik iqlim
Mərkəzi Asiyanın əsas ekoloji problemlərinə aid deyil:
A) Xəzər dənizində su balansının pozulması
B) Nüvə silahı sınaqlarının keçirilməsi nəticəsində yaranmış ekoloji problemlər
C) Regionun şimalında milyonlarca hektar torpaq sahəsinin güclü külək eroziyasına məruz qalması
D) Aral dənizində su balansının pozulması
Mərkəzi Asiyanın iqliminə təsir edir:
A) Hər tərəfdən dağlarla əhatə olunması və Şimal Buzlu okeandan uzaqda yerləşməsi
B) Şimal Buzlu və Sakit okeana yaxın yerləşməsi
C) Hər tərəfdən hündür dağ sistemləri ilə əhatə olunması, Atlantik, Hind və Sakit okeanlarından çox uzaqda yerləşməsi
D) 4 okeanla da əhatə olunması
Mərkəzi Asiyanın əksər hissəsində inkişaf etmişdir:
A) Səhra landşaftı
B) Bataqlıq landşaftı
C) Meşə landşaftı
D) Meşə və meşə - çöl landşaftı
Təqribi hesablamalara görə dünya ölkələrində azərbaycanlıların sayı:
A) 30 milyondan artıqdır
B) 50 milyondan artıqdır
C) 25 milyondan artıqdır
D) 70 milyondan artıqdır
Azərbaycan ərazisində əsasən hansı iqlim hakimdir?
A) Mülayim kontinental
B) Tropik
C) Mülayim
D) Subtropik
Azərbaycan neftinin dünya bazarına ixracını təmin edən boru kəmərlərindən biri deyil:
A) Bakı – Tiflis – Ceyhan
B) Bakı – Novorossiysk
C) Bakı – Supsa
D) Bakı – Ərzurum
Şimali Kipr Türk Respublikasının sahəsi və əhalisi:
A) 3,4 min km2, 260 min nəfər
B) 17,1 min km2, 600 min nəfər
C) 12,5 min km2, 1,2 mln. nəfər
D) 6,2 min km2, 2 mln. nəfər
Şimali Kiprin əsas faydalı qazıntılarına aid deyil:
A) Neft – qaz
B) Mis
C) Asbest
D) Dəmir
Şimali Kiprdə banan əkilir:
A) Kireniya sahillərində
B) Lefkosiya sahillərində
C) Mesaoriya vadisində
D) Morru rayonunda
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top