Tapılan ümumi test sayı : 221

Qazaxıstan Respublikasının paytaxtı haradır?
A) Astana
B) Alma-Ata
C) Aşqabaq
D) Daşkənd
Qazaxıstan Respublikasının pul vahidi nədir?
A) Som
B) Təngə
C) Sum
D) Manat
Xan-Tenqri massivi harada yerləşir?
A) Türkmənistanda
B) Türkiyədə
C) Qazaxıstanda
D) Özbəkistanda
Əhalinin 60%-i şəhərdə yaşayır, əvvəl paytaxtı Alma-Ata olub:
A) Özbəkistan
B) Qazaxıstan
C) Qırğızıstan
D) Türkmənistan
Müvafiq olaraq Azərbaycanla su və quru sərhədinə malik ölkə:
A) Gürcüstan, Türkiyə
B) Rusiya, İran
C) Qazaxıstan, Türkmənistan
D) Qazaxıstan, Türkiyə
Türkiyə və Qazaxıstan üçün fərqli cəhət:
A) Türk dövlətləridir
B) Yarımada ölkələridir
C) İki qitədə yerləşir
D) Asiya qitəsinə aiddirlər
Türkiyəni Qazaxıstandan fərqləndirən cəhət:
A) Türk dövləti olması
B) Materik daxili olması
C) Aralıq dənizi iqlim tipində yerləşməsi
D) Azərbaycanla su sərhədinə malik olması
Qazaxıstan Respublikasına aid deyil:
A) Alagöl
B) Balxaş
C) Zaysan
D) Aral
E) İsukkul
Sahəsinə görə 9-cu ölkə hansıdır?
A) Qazaxıstan
B) Avstraliya
C) Türkiyə
D) Monqolustan
E) Hindistan
Qədim yunanlar Mərkəzi Asiyanı adlandırmışlar:
A) Turan
B) Türkmənistan
C) Skifiya
D) Türküstan
Mərkəzi Asiya regionu üçün səciyyəvidir:
A) Mülayim iqlim
B) Kəskin kontinental iqlim
C) Subekvatorial iqlim
D) Subtropik iqlim
Mərkəzi Asiyanın əsas ekoloji problemlərinə aid deyil:
A) Nüvə silahı sınaqlarının keçirilməsi nəticəsində yaranmış ekoloji problemlər
B) Xəzər dənizində su balansının pozulması
C) Aral dənizində su balansının pozulması
D) Regionun şimalında milyonlarca hektar torpaq sahəsinin güclü külək eroziyasına məruz qalması
Mərkəzi Asiyanın iqliminə təsir edir:
A) 4 okeanla da əhatə olunması
B) Hər tərəfdən hündür dağ sistemləri ilə əhatə olunması, Atlantik, Hind və Sakit okeanlarından çox uzaqda yerləşməsi
C) Hər tərəfdən dağlarla əhatə olunması və Şimal Buzlu okeandan uzaqda yerləşməsi
D) Şimal Buzlu və Sakit okeana yaxın yerləşməsi
Mərkəzi Asiyanın əksər hissəsində inkişaf etmişdir:
A) Səhra landşaftı
B) Bataqlıq landşaftı
C) Meşə və meşə - çöl landşaftı
D) Meşə landşaftı
Təqribi hesablamalara görə dünya ölkələrində azərbaycanlıların sayı:
A) 25 milyondan artıqdır
B) 70 milyondan artıqdır
C) 30 milyondan artıqdır
D) 50 milyondan artıqdır
Azərbaycan ərazisində əsasən hansı iqlim hakimdir?
A) Subtropik
B) Tropik
C) Mülayim kontinental
D) Mülayim
Azərbaycan neftinin dünya bazarına ixracını təmin edən boru kəmərlərindən biri deyil:
A) Bakı – Novorossiysk
B) Bakı – Supsa
C) Bakı – Tiflis – Ceyhan
D) Bakı – Ərzurum
Şimali Kipr Türk Respublikasının sahəsi və əhalisi:
A) 17,1 min km2, 600 min nəfər
B) 3,4 min km2, 260 min nəfər
C) 12,5 min km2, 1,2 mln. nəfər
D) 6,2 min km2, 2 mln. nəfər
Şimali Kiprin əsas faydalı qazıntılarına aid deyil:
A) Dəmir
B) Mis
C) Asbest
D) Neft – qaz
Şimali Kiprdə banan əkilir:
A) Morru rayonunda
B) Kireniya sahillərində
C) Mesaoriya vadisində
D) Lefkosiya sahillərində
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top