Tapılan ümumi test sayı : 30

Döyüşlərdən hansı ikinci dünya müharibəsinə aid deyil?
A) Miduey arasındaki
B) Əl-Əlameyn yaxınlığındaki
C) Pyorol-Xarbor üzərinə hücum
D) Arden yaxınlığındaki
E) Verden altındaki
Keçmiş SSRİ Respublikasından Hansı tam dövlət suverenliyini birinci elan etmişdir?
A) Gürcüstan
B) Moldova
C) Ukrayna
D) Estoniya
E) Litva
Stolipin islahatlarının əsas məqsədini göstərin. 
A) icmaları ləğv etməklə varlı kəndli təsərrüfatı yaratmaq
B) torpaq üzərində mülkədarların hökmranlığını ləğv etmək
C) kəndlilər üzərində bolşevik təsirinin güclənməsinə imkan verməmək
D) sənayeni kənd təsərrüfatı məhsulları ilə təmin etmək
E) kədlilərin var yoxda çıxarılması prosesini dayandırmaq
Rusiya hökmdarlarından hansının hakimiyyəti dövründə Ryuriklər sülaləsi süqut etmişdir?
A) II Nikolay
B) Fyodr
C) IV İvan
D) III Vasili
E) III İvan
İnqilabi xalqçılığın əsas cərəyanları hansı cavabda düzgün göstərilmişdir?
A) İstehsalçı, qiyamçı və qəsdçi
B) İstehsalçı, maarifçi və təbliğatçı
C) Qiyamçı, təbliğatçı və qəsdçi
D) İstehsalçı, qəsdçi və maarifçi
E) İstehsalçı, qiyamçı və maarifçi
XX əsrin əvvəllərində Yaponiyanın uzaq şərqdə siyasi hegemonluğunu təsdiqləyən rəsmi sülh müqaviləsi:
A) Pekin müqaviləsi
B) Berlin müqaviləsi
C) Paris müqaviləsi
D) Portsmunt müqaviləsi
E) Nerçin müqaviləsi
XIX əsrin II yarısında ABŞ-da sürətli iqtisadi inkişafın başlıca şərtləri:
A) Quldarlığın ləğvi, qərbdəki torpaqların məskunlaşdırılması, Avropadan kapital axını və elmi kəşflərdən istifadə
B) İspaniya ilə müharibənin müvəffəqiyyətlə başa çatması və Panama kanalının tikintisi
C) Federal dövlət hakimiyyətinin gücləndirilməsi və ayrı-ayrı ştatların hüquqlarının məhdudlaşdırılması
D) Avropadan daimi mühacir axını və yerli əhalinin öz torpaqlarında qovulması
E) Müstəmləkələrdəki təbii sərvətlərin və əhalinin mütəşəkkil istismarı, kapital ixracı
Adları çəkilən ölkələrdən hansı başqa dövlətin ərazisində özünü imperiya elan etmişdir?
A) Almaniya imperiyası
B) Rusiya imperiyası
C) Britaniya imperiyası
D) Osmanlı imperiyası
E) Fransa imperiyası 
Aşağıda göstərilən ifadələrdən hansı "Denonsasiya" məfhumuna müvafiqdir?
A) dövlətin başladığı beynəlxalq müqavilədən qanuniləşdirilmiş qaydada imtina etməsi
B) totalitar rejimə qarşı qeyri-zorakı hərəkətlə çıxış edilməsi
C) beynəlxalq müqavilənin qüvvədə olma müddətinin uzadılması
D) ali dövlət orqanı tərəfindən beynəlxalq müqavilənin yaxud sazişin təsdiq edilməməsi
E) Bütövlükdə cəmiyyət və hər bir vətəndaş üzərində tam nəzarət edən siyasi sistem
Müqəddəs Roma imperiyası imeratorlarından kim həm də Çexiyanın kralı olmuşdur?
A) II Filipp
B) I Kral
C) I Otton
D) Fridrix Barbarossa
E) V Kral
Hansı dünya sivilizasiyası təkəri tanımırdı?
A) amerika hindularının sivilizasiyası
B) qədim Şumer sivilizasiyası
C) qədim Çin sivilizasiyası
D) qədim Hindistan sivilizasiyası
E) tropik Afrika tayfalarının sivilizasiyası
"Müsavat" partiyasının I qurultayı nə zaman çağırılmışdır?
A) XI Qızıl Ordunun Azərbaycana soxulması zamanı
B) I Dövlət Dumasına seçkilər zamanı
C) Petroqradda, Oktyabr çevrilişi ilə eyni
D) Petroqradda, Oktyabr çevrilişindən sonra
E) Petroqradda, Oktyabr çevrilişinə qədər
Roma imperatorlarından hansını xristian kilsəsi müqəddəs elan etmişdi?
A) Avqustu
B) Diokletianı
C) Mark Avreli
D) Trayanı
E) Konstantini
Qədim Yunanistanda təqvim ilinin başlamasıhansı hadisə ilə bağlı idi?
A) e.ə 1245-ci ildə, Yunanların Troya müharibəsindəki qələbəsi ilə
B) e.ə 900-cu ildə, Afina şəhərinin bünövrəsinin qoyulması ilə
C) e.ə 776-cı ildə, birinci olimpiya Oyunlarının başlaması ilə
D) e.ə 1500-cu ildə, Baş allah Zevsin anadan olması ilə
E) e.ə 1057-ci ildə dorilərin Yunanistana soxulması ilə
Aşağıda göstərilən kəşflərdən hansı Çin mənşəli deyil?
A) əlifba
B) kompas
C) kağız
D) ipək
E) barıt
"Qarabağ münaqişə"sinin dinc yolla nizamlanmasına hansı beynəlxalq təşkilat rəhbərlik edir?
A) AB
B) MDB
C) NATO
D) ATƏM
E) BMT
Azərbaycanda Xəzər dənizinin dərinliklərindən nə vaxt neft çıxarılmağa başlanmışdır?
A) 1937-ci ildə
B) 1949-cu ildə
C) 1953-cü ildə
D) XIX əsrin axırlarında
E) 1929-cu ildə
Azərbaycan Demokratik respublikasını rəsmi tanımış ilk dövlət:
A) Türkiyə
B) İran
C) İngiltərə
D) Gürcüstan respublikası
E) Sovet Rusiyası
XIX əsrinaxırları XX əsrin əvvəllərində Azərbaycanda neft hasilatı nə qədər idi?
A) Dünya neft hasilatının 50%-i, Rusiya neft hasilatının isə 95%-i
B) Rusiyada hasil olan neftin 50%-i
C) Dünya neft hasilatının 30%-i, Rusiya neft hasilatının isə 75%-i
D) ABŞ-da hasil olunandan az
E) ABŞ-da hasil olunan qədər
Prezident F.Ruzveltin "Yeni kurs" siyasətinin əsas xətti.
A) Dövlətin iqtisadi həyata müdaxiləsi
B) böyük biznesə himayədarlıq
C) sosial məsələlərin həllini diqqət mərkəzində saxlamaq
D) əsas diqqəti kənd təsərrüfatına yönəltmək
E) xırda biznesə arxalanmaq
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top