Tapılan ümumi test sayı : 30

Döyüşlərdən hansı ikinci dünya müharibəsinə aid deyil?
A) Arden yaxınlığındaki
B) Əl-Əlameyn yaxınlığındaki
C) Verden altındaki
D) Miduey arasındaki
E) Pyorol-Xarbor üzərinə hücum
Keçmiş SSRİ Respublikasından Hansı tam dövlət suverenliyini birinci elan etmişdir?
A) Estoniya
B) Ukrayna
C) Gürcüstan
D) Moldova
E) Litva
Stolipin islahatlarının əsas məqsədini göstərin. 
A) icmaları ləğv etməklə varlı kəndli təsərrüfatı yaratmaq
B) torpaq üzərində mülkədarların hökmranlığını ləğv etmək
C) sənayeni kənd təsərrüfatı məhsulları ilə təmin etmək
D) kədlilərin var yoxda çıxarılması prosesini dayandırmaq
E) kəndlilər üzərində bolşevik təsirinin güclənməsinə imkan verməmək
Rusiya hökmdarlarından hansının hakimiyyəti dövründə Ryuriklər sülaləsi süqut etmişdir?
A) IV İvan
B) III Vasili
C) Fyodr
D) II Nikolay
E) III İvan
İnqilabi xalqçılığın əsas cərəyanları hansı cavabda düzgün göstərilmişdir?
A) İstehsalçı, qəsdçi və maarifçi
B) Qiyamçı, təbliğatçı və qəsdçi
C) İstehsalçı, maarifçi və təbliğatçı
D) İstehsalçı, qiyamçı və qəsdçi
E) İstehsalçı, qiyamçı və maarifçi
XX əsrin əvvəllərində Yaponiyanın uzaq şərqdə siyasi hegemonluğunu təsdiqləyən rəsmi sülh müqaviləsi:
A) Portsmunt müqaviləsi
B) Paris müqaviləsi
C) Nerçin müqaviləsi
D) Berlin müqaviləsi
E) Pekin müqaviləsi
XIX əsrin II yarısında ABŞ-da sürətli iqtisadi inkişafın başlıca şərtləri:
A) Federal dövlət hakimiyyətinin gücləndirilməsi və ayrı-ayrı ştatların hüquqlarının məhdudlaşdırılması
B) Quldarlığın ləğvi, qərbdəki torpaqların məskunlaşdırılması, Avropadan kapital axını və elmi kəşflərdən istifadə
C) İspaniya ilə müharibənin müvəffəqiyyətlə başa çatması və Panama kanalının tikintisi
D) Müstəmləkələrdəki təbii sərvətlərin və əhalinin mütəşəkkil istismarı, kapital ixracı
E) Avropadan daimi mühacir axını və yerli əhalinin öz torpaqlarında qovulması
Adları çəkilən ölkələrdən hansı başqa dövlətin ərazisində özünü imperiya elan etmişdir?
A) Fransa imperiyası 
B) Osmanlı imperiyası
C) Rusiya imperiyası
D) Britaniya imperiyası
E) Almaniya imperiyası
Aşağıda göstərilən ifadələrdən hansı "Denonsasiya" məfhumuna müvafiqdir?
A) Bütövlükdə cəmiyyət və hər bir vətəndaş üzərində tam nəzarət edən siyasi sistem
B) beynəlxalq müqavilənin qüvvədə olma müddətinin uzadılması
C) dövlətin başladığı beynəlxalq müqavilədən qanuniləşdirilmiş qaydada imtina etməsi
D) ali dövlət orqanı tərəfindən beynəlxalq müqavilənin yaxud sazişin təsdiq edilməməsi
E) totalitar rejimə qarşı qeyri-zorakı hərəkətlə çıxış edilməsi
Müqəddəs Roma imperiyası imeratorlarından kim həm də Çexiyanın kralı olmuşdur?
A) II Filipp
B) I Kral
C) I Otton
D) V Kral
E) Fridrix Barbarossa
Hansı dünya sivilizasiyası təkəri tanımırdı?
A) qədim Şumer sivilizasiyası
B) qədim Çin sivilizasiyası
C) tropik Afrika tayfalarının sivilizasiyası
D) amerika hindularının sivilizasiyası
E) qədim Hindistan sivilizasiyası
"Müsavat" partiyasının I qurultayı nə zaman çağırılmışdır?
A) Petroqradda, Oktyabr çevrilişi ilə eyni
B) XI Qızıl Ordunun Azərbaycana soxulması zamanı
C) Petroqradda, Oktyabr çevrilişinə qədər
D) I Dövlət Dumasına seçkilər zamanı
E) Petroqradda, Oktyabr çevrilişindən sonra
Roma imperatorlarından hansını xristian kilsəsi müqəddəs elan etmişdi?
A) Konstantini
B) Avqustu
C) Trayanı
D) Mark Avreli
E) Diokletianı
Qədim Yunanistanda təqvim ilinin başlamasıhansı hadisə ilə bağlı idi?
A) e.ə 1500-cu ildə, Baş allah Zevsin anadan olması ilə
B) e.ə 900-cu ildə, Afina şəhərinin bünövrəsinin qoyulması ilə
C) e.ə 776-cı ildə, birinci olimpiya Oyunlarının başlaması ilə
D) e.ə 1245-ci ildə, Yunanların Troya müharibəsindəki qələbəsi ilə
E) e.ə 1057-ci ildə dorilərin Yunanistana soxulması ilə
Aşağıda göstərilən kəşflərdən hansı Çin mənşəli deyil?
A) ipək
B) əlifba
C) barıt
D) kağız
E) kompas
"Qarabağ münaqişə"sinin dinc yolla nizamlanmasına hansı beynəlxalq təşkilat rəhbərlik edir?
A) BMT
B) NATO
C) ATƏM
D) AB
E) MDB
Azərbaycanda Xəzər dənizinin dərinliklərindən nə vaxt neft çıxarılmağa başlanmışdır?
A) XIX əsrin axırlarında
B) 1953-cü ildə
C) 1949-cu ildə
D) 1929-cu ildə
E) 1937-ci ildə
Azərbaycan Demokratik respublikasını rəsmi tanımış ilk dövlət:
A) Türkiyə
B) İngiltərə
C) Sovet Rusiyası
D) Gürcüstan respublikası
E) İran
XIX əsrinaxırları XX əsrin əvvəllərində Azərbaycanda neft hasilatı nə qədər idi?
A) Rusiyada hasil olan neftin 50%-i
B) ABŞ-da hasil olunan qədər
C) Dünya neft hasilatının 50%-i, Rusiya neft hasilatının isə 95%-i
D) Dünya neft hasilatının 30%-i, Rusiya neft hasilatının isə 75%-i
E) ABŞ-da hasil olunandan az
Prezident F.Ruzveltin "Yeni kurs" siyasətinin əsas xətti.
A) böyük biznesə himayədarlıq
B) sosial məsələlərin həllini diqqət mərkəzində saxlamaq
C) əsas diqqəti kənd təsərrüfatına yönəltmək
D) Dövlətin iqtisadi həyata müdaxiləsi
E) xırda biznesə arxalanmaq
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top