Tapılan ümumi test sayı : 29

Məsnəvinin qafiyə quruluşunu göstərin:
A) aa, vv, ba
B) aa, bb, vv
C) aa, bb, ba
D) aa, ba,vv
E) aa, ba, ab
Aşıq Ələsgərin hansı şe`rində ilin dörd fəslinin e`cazkar təsviri verilir ?
A) "Dağlar" gəraylısında
B) "Çıxıbdı" gəraylısında
C) "Yaylaq" qoşmasında
D) "Dağlar" qoşmasında
E) "Düşdü" qoşmasında
Şifahi xalq ədəbiyyatının hansı növündə fikir daha yığcam, mə`nalı və müdrik şəkildə ifadə olunur ?
A) dastanlarda
B) tapmacalarda
C) rəvayətlərdə
D) nağıllarda
E) atalar sözlərində
"Hop-hop" imzası kimə məxsusdur ?
A) Seyid Əzim Şirvaniyə
B) Abbas Səhhətə
C) Mirzə Şəfi Vazehə
D) Mirzə Ələkbər Sabirə
E) Cəlil Məmmədquluzadəyə
Azərbaycan dilində çıxan ilk satirik mətbuat orqanını göstərin:
A) "Kirpi"
B) "Zənbur"
C) "Kəşkül"
D) "Molla Nəsrəddin"
E) "Dəbistan"
Seyid Əzim Şirvani hansı ədəbi məclisə başçılıq etmişdir ?
A) "Fövcül-füsəha"
B) "Məclisi-üns"
C) "Məcməüş-şüəra"
D) "Beytüs-səfa"
E) "Divani-hikmət"
İsmayıl bəy Qutqaşınlının əsəri hansıdır ?
A) "Anamın kitabı"
B) "Nadir şah"
C) "Müsibəti-Fəxrəddin"
D) "Rəşid bəy və Səadət xanım"
E) "Hacı Qara"
Molla Pənah Vaqifin əsəri hansıdır ?
A) "Neçin gəlməz"
B) "Məni candan usandırdı..."
C) "Görmədim"
D) "Dağlar"
E) "Keçdi növbəti-zimistan"
XII əsrdə yaşayıb-yaratmış və rübailəri ilə şöhrətlənmiş sənətkarı göstərin:
A) Məhsəti Gəncəvi
B) Nizami Gəncəvi
C) Əbdülüla Gəncəvi
D) Xaqani Şirvani
E) Qətran Təbrizi
"Nuşirəvan və bayquşların söhbəti" Nizaminin hansı əsərindəndir ?
A) "Leyli və Məcnun"
B) "Sirlər xəzinəsi"
C) "Xosrov və Şirin"
D) "İsgəndərnamə"
E) "Yeddi gözəl"
"Gəlməsələr hədə-qorxu, yada düşməz "Dədə Qorqud" - cümləsində budaq cümlənin növü hansıdır ?
A) şərt
B) tamamlıq
C) mübtəda
D) qarşılıq-güzəşt
E) xəbər
Hansı cümlədə xitab işlənməmişdir ?
A) Dinmə, danışma, yat, bala, sən deyən olmayıb hələ
B) Sözünü o kəslərə de ki, sənə qulaq asmırlar
C) Ey yanağı lalə, ləbləri püstə,
Ağzı nabat, şəkkər zəban, bəri bax
D) Səbr ilə halva bişər, ey qora, səndən
E) Ey könül, min namə yaz, bir gülüzarın eşqinə
Cümlələrdən hansının xəbəri sifətlə ifadə olunmuşdur ?
A) Ay quşcuğazlar, nə yaraşıqlısınız ?
B) Ən fərəhli yer insanın ev tikəcəyi yerdir
C) Məni görcək hönkürtü ilə ağlaşdılar
D) Heydər bəy, yoldaşların bunlardımı ?
E) Sel kimi töküldü göydən yağışlar
Hansı cümlədə mübtəda məsdərlə ifadə olunmuşdur ?
A) Sən oxumaq bilmirsən.
B) O, şəhəri seyr etməkdə idi.
C) Oxumaq yaxşıdır.
D) Yorulmaq bilməmiş insanın əli.
E) Atam isə işləməkdən doymurdu.
"Ana torpaq, əlin açıq, gözün tox,
Bu dünyada nəyim varsa, sənindir" - nümunəsində xitab nə ilə ifadə olunmuşdur ?
A) isimlə
B) II növ ismi birləşmə ilə
C) I növ ismi birləşmə ilə
D) fe`li sifətlə
E) III növ ismi birləşmə ilə
Dəqiqləşdirici ədatların sırasını göstərin:
A) gör, bax
B) da, ha
C) bircə, kaş
D) məhz, elə
E) təki, barı
Ancaq zaman zərfləri olan sıranı göstərin:
A) bərkdən, sonra, yavaşca
B) dünən, xeyli, əlüstü
C) həmişə, indi, çoxdan
D) yuxarı, istidən, axşam
E) asta, bu gün, qəfildən
Öz, hər, bütün sözləri əvəzliyin hansı növünə aiddir ?
A) işarə əvəzliyi
B) tə`yini əvəzliklər
C) sual əvəzliyi
D) qayıdış əvəzliyi
E) qeyri-müəyyən əvəzlik
Hansı sıradakı fe`llər qarşılıq-birgəlik növdədir ?
A) gəzdirtmək, kəsdirmək, qaldırtmaq
B) yazdırılmaq, yoxlanılmaq, oxudulmaq
C) süzmək, basıb-bağlamaq, boşalmaq
D) şadlanmaq, qızınmaq, öyünmək
E) sevişmək, atışmaq, yazışmaq
Yalnız tə`sirsiz fellər verilən cərgəni göstərin:
A) bax, çalış, fərəhlən
B) gəz, aç, gəl
C) oxu, çim, yu
D) gör, eşit, dinlə
E) düş, bağla, get
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top