Tapılan ümumi test sayı : 29

Məsnəvinin qafiyə quruluşunu göstərin:
A) aa, bb, ba
B) aa, ba,vv
C) aa, ba, ab
D) aa, bb, vv
E) aa, vv, ba
Aşıq Ələsgərin hansı şe`rində ilin dörd fəslinin e`cazkar təsviri verilir ?
A) "Yaylaq" qoşmasında
B) "Düşdü" qoşmasında
C) "Dağlar" gəraylısında
D) "Dağlar" qoşmasında
E) "Çıxıbdı" gəraylısında
Şifahi xalq ədəbiyyatının hansı növündə fikir daha yığcam, mə`nalı və müdrik şəkildə ifadə olunur ?
A) tapmacalarda
B) rəvayətlərdə
C) nağıllarda
D) atalar sözlərində
E) dastanlarda
"Hop-hop" imzası kimə məxsusdur ?
A) Mirzə Şəfi Vazehə
B) Abbas Səhhətə
C) Seyid Əzim Şirvaniyə
D) Mirzə Ələkbər Sabirə
E) Cəlil Məmmədquluzadəyə
Azərbaycan dilində çıxan ilk satirik mətbuat orqanını göstərin:
A) "Kəşkül"
B) "Kirpi"
C) "Zənbur"
D) "Dəbistan"
E) "Molla Nəsrəddin"
Seyid Əzim Şirvani hansı ədəbi məclisə başçılıq etmişdir ?
A) "Beytüs-səfa"
B) "Məclisi-üns"
C) "Məcməüş-şüəra"
D) "Fövcül-füsəha"
E) "Divani-hikmət"
İsmayıl bəy Qutqaşınlının əsəri hansıdır ?
A) "Hacı Qara"
B) "Anamın kitabı"
C) "Rəşid bəy və Səadət xanım"
D) "Müsibəti-Fəxrəddin"
E) "Nadir şah"
Molla Pənah Vaqifin əsəri hansıdır ?
A) "Görmədim"
B) "Məni candan usandırdı..."
C) "Dağlar"
D) "Keçdi növbəti-zimistan"
E) "Neçin gəlməz"
XII əsrdə yaşayıb-yaratmış və rübailəri ilə şöhrətlənmiş sənətkarı göstərin:
A) Qətran Təbrizi
B) Xaqani Şirvani
C) Məhsəti Gəncəvi
D) Əbdülüla Gəncəvi
E) Nizami Gəncəvi
"Nuşirəvan və bayquşların söhbəti" Nizaminin hansı əsərindəndir ?
A) "Xosrov və Şirin"
B) "Sirlər xəzinəsi"
C) "İsgəndərnamə"
D) "Leyli və Məcnun"
E) "Yeddi gözəl"
"Gəlməsələr hədə-qorxu, yada düşməz "Dədə Qorqud" - cümləsində budaq cümlənin növü hansıdır ?
A) qarşılıq-güzəşt
B) şərt
C) tamamlıq
D) mübtəda
E) xəbər
Hansı cümlədə xitab işlənməmişdir ?
A) Səbr ilə halva bişər, ey qora, səndən
B) Dinmə, danışma, yat, bala, sən deyən olmayıb hələ
C) Sözünü o kəslərə de ki, sənə qulaq asmırlar
D) Ey yanağı lalə, ləbləri püstə,
Ağzı nabat, şəkkər zəban, bəri bax
E) Ey könül, min namə yaz, bir gülüzarın eşqinə
Cümlələrdən hansının xəbəri sifətlə ifadə olunmuşdur ?
A) Heydər bəy, yoldaşların bunlardımı ?
B) Ən fərəhli yer insanın ev tikəcəyi yerdir
C) Sel kimi töküldü göydən yağışlar
D) Məni görcək hönkürtü ilə ağlaşdılar
E) Ay quşcuğazlar, nə yaraşıqlısınız ?
Hansı cümlədə mübtəda məsdərlə ifadə olunmuşdur ?
A) Sən oxumaq bilmirsən.
B) Yorulmaq bilməmiş insanın əli.
C) Atam isə işləməkdən doymurdu.
D) O, şəhəri seyr etməkdə idi.
E) Oxumaq yaxşıdır.
"Ana torpaq, əlin açıq, gözün tox,
Bu dünyada nəyim varsa, sənindir" - nümunəsində xitab nə ilə ifadə olunmuşdur ?
A) isimlə
B) fe`li sifətlə
C) I növ ismi birləşmə ilə
D) II növ ismi birləşmə ilə
E) III növ ismi birləşmə ilə
Dəqiqləşdirici ədatların sırasını göstərin:
A) bircə, kaş
B) məhz, elə
C) təki, barı
D) gör, bax
E) da, ha
Ancaq zaman zərfləri olan sıranı göstərin:
A) həmişə, indi, çoxdan
B) bərkdən, sonra, yavaşca
C) dünən, xeyli, əlüstü
D) yuxarı, istidən, axşam
E) asta, bu gün, qəfildən
Öz, hər, bütün sözləri əvəzliyin hansı növünə aiddir ?
A) sual əvəzliyi
B) tə`yini əvəzliklər
C) qeyri-müəyyən əvəzlik
D) işarə əvəzliyi
E) qayıdış əvəzliyi
Hansı sıradakı fe`llər qarşılıq-birgəlik növdədir ?
A) sevişmək, atışmaq, yazışmaq
B) süzmək, basıb-bağlamaq, boşalmaq
C) şadlanmaq, qızınmaq, öyünmək
D) gəzdirtmək, kəsdirmək, qaldırtmaq
E) yazdırılmaq, yoxlanılmaq, oxudulmaq
Yalnız tə`sirsiz fellər verilən cərgəni göstərin:
A) oxu, çim, yu
B) gəz, aç, gəl
C) düş, bağla, get
D) gör, eşit, dinlə
E) bax, çalış, fərəhlən
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top