Tapılan ümumi test sayı : 30

İncə saitlərin yerləşdiyi sıranı göstərin:
A) a, ö, ü, e, ı
B) u, i, o, a, ü
C) ə, e, ö, ü, i
D) i, u, ə, ö, a
E) ı, ə, e, u, a
"Xəmsə"ni və müxəmməsi birləşdirən ümumi cəhət nədir ?
A) Hər ikisi yalnız Azərbaycan ədəbiyyatına xasdır.
B) Hər ikisi beş rəqəmi ilə bağlıdır.
C) Hər ikisinə yalnız Nizami yaradıcılığında təsadüf edilir.
D) Hər ikisi şe`r janrıdır.
E) "Xəmsə" müxəmməs janrında yazılmışdır.
S.Vurğun Nizami Gəncəvinin hansı poemasını Azərbaycan dilinə tərcümə etmişdir ?
A) "İsgəndərnamə"
B) "Xosrov və Şirin"
C) "Sirlər xəzinəsi"
D) "Leyli və Məcnun"
E) "Yeddi gözəl"
Verilmiş şe`r parçası əruz vəzninin hansı bəhrindədir:
Millət necə tarac olur olsun, nə işim var ?
Düşmənlərə möhtac olur olsun, nə işim var ?    (M.Ə.Sabir)
A) səri
B) rəməl
C) xəfif
D) həcəz
E) rəcəz
Verilmiş şe`r parçasında misralar hansı qayda ilə bölgülərə ayrılmalıdır ?
Yaxşı gündə yarı yoldaş çox olur,
Yaman gündə heç bulunmaz, yox olur.
Yad ellərin tə`nə sözü ox olur,
Bir gün olur "vətən" deyib ağlarsan. (Vidadi)
A) 5+6
B) 4+4+3
C) 3+4+4
D) 6+5
E) 4+3+4
"Ustad dərin, kamal dərin, söz dərin;
Birin boşa, birin boşla, birin sat" - misralarında işlənmiş bədii ifadə vasitəsi hansıdır ?
A) təkrir
B) litota
C) təzad
D) mübaliğə
E) bədii sual
"Məndə sığar iki cahan..." qəzəlində Nəsimi nəyi göstərmək istəmişdir ?
A) insan duyğularının saflığı
B) insan elminin gücünü
C) insanın böyüklüyünü
D) Eşqin ucalığını
E) ədalətin qələbə çalmasını
C.Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" əsərindən götürülmüş aşağıdakı parçada nöqtələrin yerinə hansı surətin adı yazılmalıdır ?
"... ortabab, qara və arıq övrətdi. Yaşı olar qırx, bəlkə də bir az artıq.
... Xudayar bəyə gələn gələn vaxtlarda atası Xudayar bəyin atasından heç bir cəhətdə əskik deyil idi. Amma rüzigar belə gətirdi ki, atası öldü, sonra anası öldü, iki qardaşı öldü, qaldı tək Xudayarın ümidinə. Xudayar bəy də axır vaxtda oldu katda, yə`ni hörməti artdı və övrətinə nisbətən özü oldu ağa, övrəti oldu qaravaş".
A) İzzət
B) Fizzə
C) Ziba
D) Zeynəb
E) Şərəf
On yaşa girəndə bu nadir cavan
Otuz yaşlıları qoyurdu heyran.
Şirlər pəncəsinə pəncə verərdi,
Qılıncla sütunu yerə sərərdi.
Beytlərdə Nizaminin "Xosrov və Şirin" poemasının hansı qəhrəmanı təsvir edilir ?
A) Şapur
B) Xosrov
C) Şiruyə
D) Fərhad
E) Şirin
Yalnız məhəbbət dastanları verilmiş cərgəni göstərin:
A) "Kitabi-Dədə Qorqud", "Qaçaq Nəbi"
B) "Aşıq Qərib", "Abbas və Gülgəz"
C) "Şah İsmayıl", "Qaçaq Nəbi"
D) "Dastani-Əhməd Harami", "Koroğlu"
E) "Koroğlu", "Aşıq Qərib"
Azərbaycan dilində rübai yazan şair kimdir ?
A) Nizami Gəncəvi
B) İmadəddin Nəsimi
C) Qətran Təbrizi
D) Məhsəti Gəncəvi
E) Əfzələddin Xaqani
Verilmiş tabeli mürəkkəb cümlənin birinci tərəfi nədir: Biz sahildən yenicə aralanmışdıq ki, duman çökməyə başladı.
A) yer budaq cümləsi
B) baş cümlə
C) mübtəda budaq cümləsi
D) zaman budaq cümləsi
E) səbəb budaq cümləsi
"Biz hamımız qarşıdakı imtahanlara ciddi hazırlaşırıq" - nümunəsində  cümlə üzvlərinin düzümünü göstərin:
A) mübtəda - tamamlıq - tə`yin - xəbər
B) tə`yin - mübtəda - zərflik - xəbər
C) mübtəda - tə`yin - tamamlıq - zərflik - xəbər
D) mübtəda - tamamlıq - tə`yin - zərflik - xəbər
E) mübtəda - zərflik - tamamlıq - xəbər
"Azərbaycan tanımışdır vaxtsız qapı döyənləri" - cümləsində tamamlıq nə ilə ifadə olunmuşdur ?
A) ismi birləşmə ilə
B) fe`li sifət tərkibi ilə
C) fe`llə
D) sifətlə
E) fe`li sifətlə
Hansı cümlədə mübtəda fe`li sifətlə ifadə olunmuşdur ?
A) Ata nə qədər ciddi və tələbkar olarsa, oğul bir o qədər tərbiyəli və intizamlı olar.
B) Oxuyan bülbüldür, dinləyən qazdır.
C) Dünyanın hər bir bucağına səpələnən soydaşlarımızın əsəs dərdi vətən dərdidir.
D) Sizin sözünüzün kəsəri azdır.
E) Söz var, gələr keçər, söz var, dələr keçər.
Aşağıdakı cümlədə II növ ismi birləşməni (tə`yini söz birləşməsini) göstərin:
Mənim yaxın dostum Faiq də şahmat yarışında iştirak etmək istəyir.
A) yaxın dostum
B) dostum Faiq
C) iştirak etmək
D) mənim dostum
E) şahmat yarışında
Yalnız təqlidi sözlərdən ibarət olan cərgəni göstərin:
A) şırıltı, gurultu, civilti, nərilti
B) hey, vay, paho, axıntı
C) mışıltı, sıxıntı, çöküntü, göyümtül
D) zarıltı, tapıntı, çıxıntı, mələmək
E) yumru-yumru, yastı-yastı, miyoltu, xorultu
Tərkibində zaman zərfi olan cümləni göstərin:
A) Ordumuz cəsarətlə irəliləyirdi.
B) İstidən nəfəsi tutulurdu.
C) Firidun cəld ayağa durdu.
D) Samirə içəri daxil oldu.
E) Axşam güclü yağış yağdı.
Hansı cümlədə məsdər vardır ?
A) Əmək insanı ucaldar.
B) Demək, evi tapmadınız ?
C) Yemək dostundan uzaq ol.
D) Burada çimmək qadağandır.
E) Dadaş qardaşına kömək etti.
Cümlələrin hansında nəqli keçmiş zamana aid nümunə yoxdur:
A) Gözəl, səndə bir nişanə görmüşəm.
B) İlahim veribdi dərdi bol mana.
C) Neçə şair yola salıb.
D) İşarət eylədim, dərdimi bildi.
E) Bir qaməti əlif bağrımı dəlib.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top