Tapılan ümumi test sayı : 30
1)
İncə saitlərin yerləşdiyi sıranı göstərin:
Xəta bildir
A)
i, u, ə, ö, a
B)
ə, e, ö, ü, i
C)
a, ö, ü, e, ı
D)
ı, ə, e, u, a
E)
u, i, o, a, ü
2)
"Xəmsə"ni və müxəmməsi birləşdirən ümumi cəhət nədir ?
Xəta bildir
A)
Hər ikisi beş rəqəmi ilə bağlıdır.
B)
"Xəmsə" müxəmməs janrında yazılmışdır.
C)
Hər ikisinə yalnız Nizami yaradıcılığında təsadüf edilir.
D)
Hər ikisi şe`r janrıdır.
E)
Hər ikisi yalnız Azərbaycan ədəbiyyatına xasdır.
3)
S.Vurğun Nizami Gəncəvinin hansı poemasını Azərbaycan dilinə tərcümə etmişdir ?
Xəta bildir
A)
"Yeddi gözəl"
B)
"Leyli və Məcnun"
C)
"Xosrov və Şirin"
D)
"İsgəndərnamə"
E)
"Sirlər xəzinəsi"
4)
Verilmiş şe`r parçası əruz vəzninin hansı bəhrindədir:
Millət necə tarac olur olsun, nə işim var ?
Düşmənlərə möhtac olur olsun, nə işim var ? (M.Ə.Sabir)
Xəta bildir
A)
rəcəz
B)
xəfif
C)
səri
D)
rəməl
E)
həcəz
5)
Verilmiş şe`r parçasında misralar hansı qayda ilə bölgülərə ayrılmalıdır ?
Yaxşı gündə yarı yoldaş çox olur,
Yaman gündə heç bulunmaz, yox olur.
Yad ellərin tə`nə sözü ox olur,
Bir gün olur "vətən" deyib ağlarsan. (Vidadi)
Xəta bildir
A)
6+5
B)
4+3+4
C)
5+6
D)
4+4+3
E)
3+4+4
6)
"Ustad dərin, kamal dərin, söz dərin;
Birin boşa, birin boşla, birin sat" - misralarında işlənmiş bədii ifadə vasitəsi hansıdır ?
Xəta bildir
A)
litota
B)
mübaliğə
C)
bədii sual
D)
təkrir
E)
təzad
7)
"Məndə sığar iki cahan..." qəzəlində Nəsimi nəyi göstərmək istəmişdir ?
Xəta bildir
A)
Eşqin ucalığını
B)
ədalətin qələbə çalmasını
C)
insan duyğularının saflığı
D)
insanın böyüklüyünü
E)
insan elminin gücünü
8)
C.Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" əsərindən götürülmüş aşağıdakı parçada nöqtələrin yerinə hansı surətin adı yazılmalıdır ?
"... ortabab, qara və arıq övrətdi. Yaşı olar qırx, bəlkə də bir az artıq.
... Xudayar bəyə gələn gələn vaxtlarda atası Xudayar bəyin atasından heç bir cəhətdə əskik deyil idi. Amma rüzigar belə gətirdi ki, atası öldü, sonra anası öldü, iki qardaşı öldü, qaldı tək Xudayarın ümidinə. Xudayar bəy də axır vaxtda oldu katda, yə`ni hörməti artdı və övrətinə nisbətən özü oldu ağa, övrəti oldu qaravaş".
Xəta bildir
A)
İzzət
B)
Fizzə
C)
Şərəf
D)
Zeynəb
E)
Ziba
9)
On yaşa girəndə bu nadir cavan
Otuz yaşlıları qoyurdu heyran.
Şirlər pəncəsinə pəncə verərdi,
Qılıncla sütunu yerə sərərdi.
Beytlərdə Nizaminin "Xosrov və Şirin" poemasının hansı qəhrəmanı təsvir edilir ?
Xəta bildir
A)
Şiruyə
B)
Şirin
C)
Şapur
D)
Fərhad
E)
Xosrov
10)
Yalnız məhəbbət dastanları verilmiş cərgəni göstərin:
Xəta bildir
A)
"Kitabi-Dədə Qorqud", "Qaçaq Nəbi"
B)
"Dastani-Əhməd Harami", "Koroğlu"
C)
"Aşıq Qərib", "Abbas və Gülgəz"
D)
"Koroğlu", "Aşıq Qərib"
E)
"Şah İsmayıl", "Qaçaq Nəbi"
11)
Azərbaycan dilində rübai yazan şair kimdir ?
Xəta bildir
A)
Məhsəti Gəncəvi
B)
Nizami Gəncəvi
C)
İmadəddin Nəsimi
D)
Əfzələddin Xaqani
E)
Qətran Təbrizi
12)
Verilmiş tabeli mürəkkəb cümlənin birinci tərəfi nədir: Biz sahildən yenicə aralanmışdıq ki, duman çökməyə başladı.
Xəta bildir
A)
mübtəda budaq cümləsi
B)
yer budaq cümləsi
C)
zaman budaq cümləsi
D)
baş cümlə
E)
səbəb budaq cümləsi
13)
"Biz hamımız qarşıdakı imtahanlara ciddi hazırlaşırıq" - nümunəsində cümlə üzvlərinin düzümünü göstərin:
Xəta bildir
A)
tə`yin - mübtəda - zərflik - xəbər
B)
mübtəda - tə`yin - tamamlıq - zərflik - xəbər
C)
mübtəda - zərflik - tamamlıq - xəbər
D)
mübtəda - tamamlıq - tə`yin - xəbər
E)
mübtəda - tamamlıq - tə`yin - zərflik - xəbər
14)
"Azərbaycan tanımışdır vaxtsız qapı döyənləri" - cümləsində tamamlıq nə ilə ifadə olunmuşdur ?
Xəta bildir
A)
ismi birləşmə ilə
B)
fe`llə
C)
fe`li sifətlə
D)
sifətlə
E)
fe`li sifət tərkibi ilə
15)
Hansı cümlədə mübtəda fe`li sifətlə ifadə olunmuşdur ?
Xəta bildir
A)
Söz var, gələr keçər, söz var, dələr keçər.
B)
Dünyanın hər bir bucağına səpələnən soydaşlarımızın əsəs dərdi vətən dərdidir.
C)
Sizin sözünüzün kəsəri azdır.
D)
Oxuyan bülbüldür, dinləyən qazdır.
E)
Ata nə qədər ciddi və tələbkar olarsa, oğul bir o qədər tərbiyəli və intizamlı olar.
16)
Aşağıdakı cümlədə II növ ismi birləşməni (tə`yini söz birləşməsini) göstərin:
Mənim yaxın dostum Faiq də şahmat yarışında iştirak etmək istəyir.
Xəta bildir
A)
dostum Faiq
B)
şahmat yarışında
C)
yaxın dostum
D)
mənim dostum
E)
iştirak etmək
17)
Yalnız təqlidi sözlərdən ibarət olan cərgəni göstərin:
Xəta bildir
A)
hey, vay, paho, axıntı
B)
şırıltı, gurultu, civilti, nərilti
C)
zarıltı, tapıntı, çıxıntı, mələmək
D)
mışıltı, sıxıntı, çöküntü, göyümtül
E)
yumru-yumru, yastı-yastı, miyoltu, xorultu
18)
Tərkibində zaman zərfi olan cümləni göstərin:
Xəta bildir
A)
Samirə içəri daxil oldu.
B)
İstidən nəfəsi tutulurdu.
C)
Axşam güclü yağış yağdı.
D)
Firidun cəld ayağa durdu.
E)
Ordumuz cəsarətlə irəliləyirdi.
A)
Yemək dostundan uzaq ol.
B)
Dadaş qardaşına kömək etti.
C)
Demək, evi tapmadınız ?
D)
Əmək insanı ucaldar.
E)
Burada çimmək qadağandır.
20)
Cümlələrin hansında nəqli keçmiş zamana aid nümunə yoxdur:
Xəta bildir
A)
İlahim veribdi dərdi bol mana.
B)
İşarət eylədim, dərdimi bildi.
C)
Bir qaməti əlif bağrımı dəlib.
D)
Neçə şair yola salıb.
E)
Gözəl, səndə bir nişanə görmüşəm.
Cavabların yoxlanılması üçün ən azı bir testə cavab verilməlidir
Düzgün cavabların sayı : 0
Yalnış cavabların sayı : 0
Cavab verilməmiş sulların sayı : 0
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Cavabları yoxla
Səhifəni yenilə
Sizin seçdiyiniz cavab
Doğru cavab