Tapılan ümumi test sayı : 28

"Nuşirəvan və bayquşların söhbəti" Nizaminin hansı əsərindəndir ?
A) "Xosrov və Şirin"
B) "Sirlər xəzinəsi"
C) "Leyli və Məcnun"
D) "İsgəndərnamə"
E) "Yeddi gözəl"
Məsnəvinin qafiyə quruluşunu göstərin:
A) av, vv, ba
B) aa, bb, ba
C) aa, ba, ab
D) aa, bb, vv
E) ab, ba, vv
Aşıq Ələsgərin hansı şe`rində ilin dörd fəslinin e`cazkar təsviri verilir ?
A) "Dağlar" gəraylısında
B) "Dağlar" qoşmasında
C) "Düşdü" qoşmasında
D) "Yaylaq" qoşmasında
E) "Çıxıbdı" gəraylısında
Şifahi xalq ədəbiyyatının hansı növündə fikir daha yığcam, mə`nalı və müdrik şəkildə ifadə olunur ?
A) dastanlarda
B) atalar sözündə
C) rəvayətlərdə
D) nağıllarda
E) tapmacalarda
Hop-hop imzası kimə məxsusdur ?
A) Abbas Səhhətə
B) Mirzə Ələkbər Sabirə
C) Cəlil Məmmədquluzadəyə
D) Mirzə Şəfi Vazehə
E) Seyid Əzim Şirvaniyə
Azərbaycan dilində çıxan ilk satirik mətbuat orqanını göstərin:
A) "Molla Nəsrəddin"
B) "Kəşkül"
C) "Zənbur"
D) "Dəbistan"
E) "Kirpi"
Seyid Əzim Şirvani hansı ədəbi məclisə başçılıq etmişdir ?
A) "Beytüs-səfa"
B) "Divani-hikmət"
C) "Məcməüş-şüəra"
D) "Məclisi-üns"
E) "Fövcül-füsəha"
İsmayıl bəy Qutqaşınlının əsəri hansıdır ?
A) "Rəşid bəy və Səadət xanım"
B) "Anamın kitabı"
C) "Müsibəti-Fəxrəddin"
D) "Hacı Qara"
E) "Nadir şah"
Molla Pənah Vaqifin əsəri hansıdır?
A) "Neçin gəlməz"
B) "Keçdi növbəti-zimistan"
C) "Görmədim"
D) "Məni candan usandırdı..."
E) "Dağlar"
XII əsrdə yaşayıb-yaratmış və rübailəri ilə şöhrətlənmiş sənətkarı göstərin:
A) Xaqani Şirvani
B) Əbdülüla Gəncəvi
C) Nizami Gəncəvi
D) Məhsəti Gəncəvi
E) Qətran Təbrizi
Yalnız kar samitlərdən ibarət olan cərgəni göstərin :
A) l, m, ş, s, n, d
B) p, f, x, t, q, y
C) x, b, t, v, ş, ğ
D) k,z, g, ç, h, j
E) p, t, ş, s, x, f
Gəlməsələr hədə-qorxu, yada düşməz "Dədə Qorqud" - cümləsində budaq cümlənin növü hansıdır ?
A) qarşılıq-güzəşt
B) xəbər
C) şərt
D) mübtəda
E) tamamlıq
Hansı cümlədə xitab işlənməmişdir ?
A) Dinmə, danışma, yat, bala, sən deyən olmayıb hələ
B) Sözünü o kəslərə de ki, sənə qulaq asmırlar
C) Səbr ilə halva bişər, ey qora, səndən
D) Ey könül, min namə yaz, bir gülüzarın eşqinə
E) Ey yanağı lalə, ləbləri püstə,
Ağzı nabat, şəkkər zəban, bəri bax
Cümlələrdən hansının xəbəri sifətlə ifadə olunmuşdur ?
A) Məni görcək hönkürtü ilə ağlaşdılar
B) Ən fərəhli yer insanın ev tikəcəyi yerdir
C) Heydər bəy, yoldaşların bunlardımı?
D) Sel kimi töküldü göydən yağışlar
E) Ay quşcuğazlar, nə yaraşıqlısınız
Hansı cümlədə mübtəda məsdərlə ifadə olunmuşdur ?
A) Yorulmaq bilməmiş insanın əli.
B) Sən oxumaq bilmirsən.
C) O, şəhəri seyr etməkdə idi.
D) Atam isə işləməkdən doymurdu.
E) Oxumaq yaxşıdır.
"Ana torpaq, əlin açıq, gözün tox,
Bu dünyada nəyim varsa, sənindir" - nümunəsində xitab nə ilə ifadə olunmuşdur ?
A) isimlə
B) fe`li sifətlə
C) I növ ismi birləşmə ilə
D) III növ ismi birləşmə ilə
E) II növ ismi birləşmə ilə
Dəqiqləşdirici ədatların sırasını göstərin:
A) da, ha
B) məhz, elə
C) bircə, kaş
D) təki, barı
E) gör, bax
Ancaq zaman zərfləri olan sıranı göstərin :
A) dünən, xeyli, əlüstü
B) həmişə, indi, çoxdan
C) asta, bu gün, qəfildən
D) bərkdən, sonra, yavaşca
E) yuxarı, istidən, axşam
Öz, hər, bütün sözləri əvəzliyin hansı növünə aidddir ?
A) işarə əvəzliyi
B) tə`yini əvəzliklər
C) qayıdış əvəzliyi
D) qeyri-müəyyən əvəzlik
E) sual əvəzliyi
Hansı sıradakı fe`llər qarşılıq-birgəlik növdədir ?
A) süzmək, basıb-bağlamaq, boşalmaq
B) gəzdirtmək, kəsdirmək, qaldırtmaq
C) sevişmək,atışmaq, yazışmaq
D) şadlanmaq, qızınmaq, öyünmək
E) yazdırılmaq, yoxlanılmaq, oxudulmaq
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top