Tapılan ümumi test sayı : 28

"Nuşirəvan və bayquşların söhbəti" Nizaminin hansı əsərindəndir ?
A) "Xosrov və Şirin"
B) "İsgəndərnamə"
C) "Leyli və Məcnun"
D) "Yeddi gözəl"
E) "Sirlər xəzinəsi"
Məsnəvinin qafiyə quruluşunu göstərin:
A) aa, ba, ab
B) ab, ba, vv
C) av, vv, ba
D) aa, bb, ba
E) aa, bb, vv
Aşıq Ələsgərin hansı şe`rində ilin dörd fəslinin e`cazkar təsviri verilir ?
A) "Düşdü" qoşmasında
B) "Yaylaq" qoşmasında
C) "Çıxıbdı" gəraylısında
D) "Dağlar" qoşmasında
E) "Dağlar" gəraylısında
Şifahi xalq ədəbiyyatının hansı növündə fikir daha yığcam, mə`nalı və müdrik şəkildə ifadə olunur ?
A) rəvayətlərdə
B) dastanlarda
C) nağıllarda
D) atalar sözündə
E) tapmacalarda
Hop-hop imzası kimə məxsusdur ?
A) Mirzə Şəfi Vazehə
B) Seyid Əzim Şirvaniyə
C) Abbas Səhhətə
D) Mirzə Ələkbər Sabirə
E) Cəlil Məmmədquluzadəyə
Azərbaycan dilində çıxan ilk satirik mətbuat orqanını göstərin:
A) "Molla Nəsrəddin"
B) "Zənbur"
C) "Kirpi"
D) "Dəbistan"
E) "Kəşkül"
Seyid Əzim Şirvani hansı ədəbi məclisə başçılıq etmişdir ?
A) "Məclisi-üns"
B) "Məcməüş-şüəra"
C) "Divani-hikmət"
D) "Beytüs-səfa"
E) "Fövcül-füsəha"
İsmayıl bəy Qutqaşınlının əsəri hansıdır ?
A) "Rəşid bəy və Səadət xanım"
B) "Nadir şah"
C) "Müsibəti-Fəxrəddin"
D) "Anamın kitabı"
E) "Hacı Qara"
Molla Pənah Vaqifin əsəri hansıdır?
A) "Məni candan usandırdı..."
B) "Keçdi növbəti-zimistan"
C) "Görmədim"
D) "Neçin gəlməz"
E) "Dağlar"
XII əsrdə yaşayıb-yaratmış və rübailəri ilə şöhrətlənmiş sənətkarı göstərin:
A) Nizami Gəncəvi
B) Əbdülüla Gəncəvi
C) Qətran Təbrizi
D) Məhsəti Gəncəvi
E) Xaqani Şirvani
Yalnız kar samitlərdən ibarət olan cərgəni göstərin :
A) l, m, ş, s, n, d
B) k,z, g, ç, h, j
C) p, f, x, t, q, y
D) x, b, t, v, ş, ğ
E) p, t, ş, s, x, f
Gəlməsələr hədə-qorxu, yada düşməz "Dədə Qorqud" - cümləsində budaq cümlənin növü hansıdır ?
A) şərt
B) xəbər
C) tamamlıq
D) mübtəda
E) qarşılıq-güzəşt
Hansı cümlədə xitab işlənməmişdir ?
A) Dinmə, danışma, yat, bala, sən deyən olmayıb hələ
B) Sözünü o kəslərə de ki, sənə qulaq asmırlar
C) Səbr ilə halva bişər, ey qora, səndən
D) Ey yanağı lalə, ləbləri püstə,
Ağzı nabat, şəkkər zəban, bəri bax
E) Ey könül, min namə yaz, bir gülüzarın eşqinə
Cümlələrdən hansının xəbəri sifətlə ifadə olunmuşdur ?
A) Sel kimi töküldü göydən yağışlar
B) Ay quşcuğazlar, nə yaraşıqlısınız
C) Heydər bəy, yoldaşların bunlardımı?
D) Ən fərəhli yer insanın ev tikəcəyi yerdir
E) Məni görcək hönkürtü ilə ağlaşdılar
Hansı cümlədə mübtəda məsdərlə ifadə olunmuşdur ?
A) Atam isə işləməkdən doymurdu.
B) Yorulmaq bilməmiş insanın əli.
C) O, şəhəri seyr etməkdə idi.
D) Oxumaq yaxşıdır.
E) Sən oxumaq bilmirsən.
"Ana torpaq, əlin açıq, gözün tox,
Bu dünyada nəyim varsa, sənindir" - nümunəsində xitab nə ilə ifadə olunmuşdur ?
A) III növ ismi birləşmə ilə
B) fe`li sifətlə
C) II növ ismi birləşmə ilə
D) isimlə
E) I növ ismi birləşmə ilə
Dəqiqləşdirici ədatların sırasını göstərin:
A) məhz, elə
B) da, ha
C) təki, barı
D) gör, bax
E) bircə, kaş
Ancaq zaman zərfləri olan sıranı göstərin :
A) asta, bu gün, qəfildən
B) dünən, xeyli, əlüstü
C) həmişə, indi, çoxdan
D) bərkdən, sonra, yavaşca
E) yuxarı, istidən, axşam
Öz, hər, bütün sözləri əvəzliyin hansı növünə aidddir ?
A) qeyri-müəyyən əvəzlik
B) qayıdış əvəzliyi
C) işarə əvəzliyi
D) tə`yini əvəzliklər
E) sual əvəzliyi
Hansı sıradakı fe`llər qarşılıq-birgəlik növdədir ?
A) sevişmək,atışmaq, yazışmaq
B) süzmək, basıb-bağlamaq, boşalmaq
C) yazdırılmaq, yoxlanılmaq, oxudulmaq
D) gəzdirtmək, kəsdirmək, qaldırtmaq
E) şadlanmaq, qızınmaq, öyünmək
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top