Tapılan ümumi test sayı : 28

Yalnız tə`sirsiz fe`llər verilən cərgəni göstərin:
A) düş, bağla, get
B) bax, çalış, fərəhlən
C) gör, eşit, dinlə
D) oxu, çim, yu
E) gəz, aç, gəl
İsimdən düzələn sifətlərin cərgəsini göstərin:
A) evdar, qırıcı, kəsik
B) təmiz, çalışqan, maraqlı
C) duzlu, zarafatcıl, elmsiz
D) qabaqcıl, ötkün, əzik
E) qaçqın, əzik, sulu
-i şəkilçisi hansı cümlədə mənsubiyyət bildirir ?
A) Bu mətni Afət yazdı
B) Adam yaxşını qoyub pisi götürməz
C) Evi dağılmış, ocağı söndürülmüşdü
D) Cümlə şərti işarələrlə göstərilmişdir
E) Sizi çoxdan arzulayırdıq
Yalnız mürəkkəb sözlərdən ibarət cərgəni göstərin:
A) cəfakeş, üzümçü, kağız-kuğuz
B) bisavad, toyuq-cücə, topa-topa
C) savadlı, el-oba, çör-çöp
D) əlüzyuyan, qoyun-quzu, günorta
E) mer-meyvə, qeyri-dəqiq, narazı
Hansı cümlədə "vermək" sözü frozoloji birləşmə əmələ gətirmişdir ?
A) Hakim qaliblərə mükafat verdi
B) Mən dostuma qəti söz verdim
C) Ev sahibi qonaqlara çay verdi
D) Qoca bağban Qaraca qıza meyvə verdi
E) O, kitabı mənə verdi
Dialekt sözləri olan cərgəni göstərin:
A) becid, peyğəmbəri, nimdər, doqqaz
B) helium, solo, mişar, doqquz
C) rəndə, isgənə, balta,toqqa
D) kvadrat, oksigen, burğu, dəniz
E) arqon, igid, nimçə, ördək
Ara cümlələr yazıda əsas cümlənin üzvlərindən hansı durğu işarələri ilə ayrılır ?
A) vergül, tire, dırnaq
B) nöqtə, mö`tərizə, dırnaq
C) nöqtə, vergül, tire
D) tire, mö`tərizə, vergül
E) mö`tərizə, tire, nöqtə
"Ailəmizdir" sözündə vurğu hansı hecaya düşür ?
A) V
B) II
C) I
D) III
E) IV
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top