Tapılan ümumi test sayı : 30

Fitnə surəti Nizami Gəncəvinin hansı poemasındandır ?
A) "Sirlər xəzinəsi"
B) "Leyli və Məcnun"
C) "Yeddi gözəl"
D) "İsgəndərnamə"
E) "Xosrov və Şirin"
"Əzizim kətan sarı,
Ağ sarı, kətan sarı.
Çıxaydım şah dağına,
Baxaydım vətən sarı" - şe'rinin nanrını göstərin:
A) mürəbbe
B) rübai
C) qoşma
D) gəraylı
E) bayatı
Aşağıdakı şe'r parçası S.Vurğunun hansı əsərindəndir ?
Fəqət səndən gen düşəndə,
Ayrılıq məndən düşəndə,
Saçlarıma dən düşəndə
Boğar aylar, illər məni,
Qınamasın ellər məni.
A) "Muğan"
B) "Dağlar"
C) "Ceyran"
D) "Aygün"
E) "Azərbaycan"
"Od tutub qırmızı atəşlə yandı üfüq,
Şəfəqin qırmızı rəngilə işıqlandı üfüq" - misralarının müəllifi kimdir ?
A) Mirzə Ələkbər Sabir
B) Abbas Səhhət
C) Hüseyn Cavid
D) Abdulla Şaiq
E) Mikayıl Müşfiq
Ana dilimizin saflığının qorunması problemi C.Məmmədquluzadənin hansı əsərinin ideyasını təşkil edir ?
A) "Qurbanəli bəy"
B) "Poçt qutusu"
C) "Anamın kitabı"
D) "Danabaş kəndinin əhvalatları
E) "Çay dəstgahı"
Hansı xüsusiyyət nağıl janrına aid edilə bilməz ?
A) hadisələrin təsvirində rəvayət üslubu
B) mövzu və məzmuna görə müxtəliflik
C) nəzmlə nəsrin üzvi vəhdət təşkil etməsi
D) epiklik
E) xalq müdrikliyinin ifadəsi 
Vaqifin "Pəri" şe'ri lirik növün hansı janrındadır ?
A) qəzəl
B) gəraylı
C) qəsidə
D) qoşma
E) müxəmməs
Göstərilən əsərlərdən hansı Füzulinin nəsrinə daxildir ?
A) "Leyli və Məcnun"
B) "Şikayətnamə"
C) "Padşahi-mülk..."
D) "Söz"
E) "Məni candan usandırdı..."
Aşağıdakı dialoqda hansı bədii ifadə vasitəsindən istifadə olunmuşdur ?
-Vaqif, ey sərvərim,ey tacidarım!
-Nə var ? Nə deyirsən, vəfalı yarım ?
(S. Vurğun. "Vaqif")
I. mübaliğə
II. bədii sual
III. kinayə
A) II
B) III
C) I və II
D) II və III
E) I
"Yenə qılıncını çəkdi üstümə
Qurbanı olduğum o ala gözlər" - misralarında hansı bədii təsvir vasitələrindən istifadə olunmuşdur ?
I. epitet (bədii tə'yjn)
II. təşbeh (bənzətmə)
III. istiarə (metafora)
A) I və III
B) II
C) III
D) I və II
E) I
Xitab işlənmiş cümləni  göstərin:
A) Şair, hökmdarın hüzurundasan!
B) Dostum Səməd çox mehribandır
C) Mən, şair və münəccim hökmdarın hüzuruna gətirildik
D) Şair əsrin səsi, xalqın səsidir
E) Məncə, dostum bu gün bizə gələcək
İsmi xəbər nə ilə ifadə oluna bilmir ?
A) fe'li bağlama və fe'li bağlama tərkibi ilə
B) fe'li sifət və məsdər tərkibləri ilə
C) II və III növ ismi söz birləşmələri ilə
D) fe'li sifət və məsdərlə
E) isim, sifət, say, əvəzlik və zərflə
Mübtəda hansı cümlədə əvəzliklə ifadə olunmuşdur ? 
A) Güləsər gözünün qabağında duranda əti çimçəşirdi.
B) Sahildə bir xeyli vurnuxan Çərkəz əlacsız qalıb geri qayıtdı.
C) Şamxal soyuqdan titrəyən qızın yalvarışına məhəl qoymadı.
D) O, Şamxalı tutub saxladı, əl-qol atmağa imkan vermədi.
E) Əvvəlcə ölçüb-biçmək lazımdır.
İkinci növ ismi birləşmə olan sıranı göstərin:
A) vətənin torpaqları
B) ürəyin arzusu
C) tələbələrdən biri
D) mərd insan
E) mədəniyyət evi
Sual ədatları olan sıranı göstərin:
A) elə, məhz
B) bəs, məgər, -mı4
C) kim, nə, hara
D) ki, axı, hətta
E) yalnız, təkcə, bircə
Tərzi-hərəkət zərflərindən ibarət olan cərgəni müəyyənləşdirin:
A) əsə-əsə, güclü, qaçaraq
B) yuxarı, içəri, geri
C) pis, əlüstü, güclə
D) qorxudan, səs-küydən, qəsdən
E)  indi, dünən, sabah
Hansı cümlədə fe'lin arzu forması işlənməmişdir  ?
A) Bəlkə, canım bu əzabı çəkməyə
B) Alırsan canımı al, incimərəm
C) Arif ola, eyham ilə söz qana
D) Lazımdı ki, qərib kınlün alasan
E) İnsan payız ölə, yazda dirilə
Fe`lin qayıdış növündə işlənmiş sözləri əhatə edən cərgəni müəyyənləşdirin:
A) döyüldü, açıldı, soyuldu, düzüldü
B) geyinmək, daranmaq, bəzənmək
C) böyümək, ərimək, pörtmək, dözmək
D) qaçışmaq, tutuşmaq, baxışmaq, gülüşmək
E) doğratmaq, danlatmaq, bükdürmək, boyatmaq
Yalnız tə`sirli fe`llər verilən cərgəni göstərin.
A) yatmaq, gəlmək, durmaq
B) gəlmək, içmək, görüşmək
C) oturmaq, işləmək, yazmaq
D) yemək, açmaq, oxumaq
E) oxunmaq, geyinmək, oturmaq
İsimdən sifət düzəldən şəkilçilər hansılardır ?
A) -lı4, -maz2
B) -lı4, -ıcı4
C) -cıl4, -ıcı4
D) -sız4, -lı4
E) -ıq4, -ar2
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top