Tapılan ümumi test sayı : 30
1) | Fitnə surəti Nizami Gəncəvinin hansı poemasındandır ? | Xəta bildir |
A) | "Xosrov və Şirin" |
B) | "Yeddi gözəl" |
C) | "Sirlər xəzinəsi" |
D) | "Leyli və Məcnun" |
E) | "İsgəndərnamə" |
2) |
"Əzizim kətan sarı,
Ağ sarı, kətan sarı.
Çıxaydım şah dağına,
Baxaydım vətən sarı" - şe'rinin nanrını göstərin:
|
Xəta bildir |
A) | rübai |
B) | mürəbbe |
C) | qoşma |
D) | bayatı |
E) | gəraylı |
3) |
Aşağıdakı şe'r parçası S.Vurğunun hansı əsərindəndir ?
Fəqət səndən gen düşəndə,
Ayrılıq məndən düşəndə,
Saçlarıma dən düşəndə
Boğar aylar, illər məni,
Qınamasın ellər məni.
|
Xəta bildir |
A) | "Azərbaycan" |
B) | "Aygün" |
C) | "Muğan" |
D) | "Dağlar" |
E) | "Ceyran" |
4) |
"Od tutub qırmızı atəşlə yandı üfüq,
Şəfəqin qırmızı rəngilə işıqlandı üfüq" - misralarının müəllifi kimdir ?
|
Xəta bildir |
A) | Abdulla Şaiq |
B) | Mikayıl Müşfiq |
C) | Abbas Səhhət |
D) | Mirzə Ələkbər Sabir |
E) | Hüseyn Cavid |
5) | Ana dilimizin saflığının qorunması problemi C.Məmmədquluzadənin hansı əsərinin ideyasını təşkil edir ? | Xəta bildir |
A) | "Anamın kitabı" |
B) | "Çay dəstgahı" |
C) | "Qurbanəli bəy" |
D) | "Poçt qutusu" |
E) | "Danabaş kəndinin əhvalatları |
6) | Hansı xüsusiyyət nağıl janrına aid edilə bilməz ? | Xəta bildir |
A) | xalq müdrikliyinin ifadəsi |
B) | epiklik |
C) | hadisələrin təsvirində rəvayət üslubu |
D) | mövzu və məzmuna görə müxtəliflik |
E) | nəzmlə nəsrin üzvi vəhdət təşkil etməsi |
7) | Vaqifin "Pəri" şe'ri lirik növün hansı janrındadır ? | Xəta bildir |
A) | müxəmməs |
B) | qəsidə |
C) | qoşma |
D) | gəraylı |
E) | qəzəl |
8) | Göstərilən əsərlərdən hansı Füzulinin nəsrinə daxildir ? | Xəta bildir |
A) | "Şikayətnamə" |
B) | "Leyli və Məcnun" |
C) | "Söz" |
D) | "Padşahi-mülk..." |
E) | "Məni candan usandırdı..." |
9) |
Aşağıdakı dialoqda hansı bədii ifadə vasitəsindən istifadə olunmuşdur ?
-Vaqif, ey sərvərim,ey tacidarım!
-Nə var ? Nə deyirsən, vəfalı yarım ?
(S. Vurğun. "Vaqif")
I. mübaliğə
II. bədii sual
III. kinayə
|
Xəta bildir |
A) | II və III |
B) | III |
C) | I |
D) | I və II |
E) | II |
10) |
"Yenə qılıncını çəkdi üstümə
Qurbanı olduğum o ala gözlər" - misralarında hansı bədii təsvir vasitələrindən istifadə olunmuşdur ?
I. epitet (bədii tə'yjn)
II. təşbeh (bənzətmə)
III. istiarə (metafora)
|
Xəta bildir |
A) | I və II |
B) | I |
C) | I və III |
D) | III |
E) | II |
11) | Xitab işlənmiş cümləni göstərin: | Xəta bildir |
A) | Şair, hökmdarın hüzurundasan! |
B) | Məncə, dostum bu gün bizə gələcək |
C) | Şair əsrin səsi, xalqın səsidir |
D) | Mən, şair və münəccim hökmdarın hüzuruna gətirildik |
E) | Dostum Səməd çox mehribandır |
12) | İsmi xəbər nə ilə ifadə oluna bilmir ? | Xəta bildir |
A) | II və III növ ismi söz birləşmələri ilə |
B) | fe'li bağlama və fe'li bağlama tərkibi ilə |
C) | isim, sifət, say, əvəzlik və zərflə |
D) | fe'li sifət və məsdərlə |
E) | fe'li sifət və məsdər tərkibləri ilə |
13) | Mübtəda hansı cümlədə əvəzliklə ifadə olunmuşdur ? | Xəta bildir |
A) | O, Şamxalı tutub saxladı, əl-qol atmağa imkan vermədi. |
B) | Sahildə bir xeyli vurnuxan Çərkəz əlacsız qalıb geri qayıtdı. |
C) | Əvvəlcə ölçüb-biçmək lazımdır. |
D) | Güləsər gözünün qabağında duranda əti çimçəşirdi. |
E) | Şamxal soyuqdan titrəyən qızın yalvarışına məhəl qoymadı. |
14) | İkinci növ ismi birləşmə olan sıranı göstərin: | Xəta bildir |
A) | vətənin torpaqları |
B) | mədəniyyət evi |
C) | tələbələrdən biri |
D) | ürəyin arzusu |
E) | mərd insan |
15) | Sual ədatları olan sıranı göstərin: | Xəta bildir |
A) | elə, məhz |
B) | kim, nə, hara |
C) | ki, axı, hətta |
D) | bəs, məgər, -mı4 |
E) | yalnız, təkcə, bircə |
16) | Tərzi-hərəkət zərflərindən ibarət olan cərgəni müəyyənləşdirin: | Xəta bildir |
A) | yuxarı, içəri, geri |
B) | indi, dünən, sabah |
C) | əsə-əsə, güclü, qaçaraq |
D) | qorxudan, səs-küydən, qəsdən |
E) | pis, əlüstü, güclə |
17) | Hansı cümlədə fe'lin arzu forması işlənməmişdir ? | Xəta bildir |
A) | Lazımdı ki, qərib kınlün alasan |
B) | Arif ola, eyham ilə söz qana |
C) | Alırsan canımı al, incimərəm |
D) | İnsan payız ölə, yazda dirilə |
E) | Bəlkə, canım bu əzabı çəkməyə |
18) | Fe`lin qayıdış növündə işlənmiş sözləri əhatə edən cərgəni müəyyənləşdirin: | Xəta bildir |
A) | qaçışmaq, tutuşmaq, baxışmaq, gülüşmək |
B) | döyüldü, açıldı, soyuldu, düzüldü |
C) | geyinmək, daranmaq, bəzənmək |
D) | doğratmaq, danlatmaq, bükdürmək, boyatmaq |
E) | böyümək, ərimək, pörtmək, dözmək |
19) | Yalnız tə`sirli fe`llər verilən cərgəni göstərin. | Xəta bildir |
A) | yemək, açmaq, oxumaq |
B) | oturmaq, işləmək, yazmaq |
C) | oxunmaq, geyinmək, oturmaq |
D) | gəlmək, içmək, görüşmək |
E) | yatmaq, gəlmək, durmaq |
20) | İsimdən sifət düzəldən şəkilçilər hansılardır ? | Xəta bildir |
A) | -ıq4, -ar2 |
B) | -sız4, -lı4 |
C) | -lı4, -ıcı4 |
D) | -lı4, -maz2 |
E) | -cıl4, -ıcı4 |
Yoxlamadan sonra nəticə burada göstəriləcək
|