Tapılan ümumi test sayı : 30

"Bizim hər birimiz xalqın mənafeyini  öz mənafeyimizdən üstün tutmalıyıq" - cümləsində mənsubiyyət şəkilçili neçə söz var ?
A) 4
B) 5
C) 2
D) 3
E) 1
Mücərrəd mə`na bildirən düzəltmə isimlərin cərgəsini göstərin.
A) arzu, xəyal, ruh
B) başçı, əkinçi, şeytan
C) ağıl, vətəndaş, meydança
D) gurultu, səadət, atlı
E) xoşbəxtlik, sevgi, yaxşılıq
Ancaq düzəltmə sözlərdən ibarət olan cərgəni göstərin.
A) kitabın, evdə, birbaşa
B) qələm, nar, hadisə
C) böyük, savadlı, belləmək
D) topdağıtmaz, ikimərtəbəli, üç-üç
E) qıpqırmızı, ədəbiyyat, mirzə
Yalnız frazeoloji birləşmələrdən ibarət olan sıranı müəyyənləşdirin:
A) qulaq asmaq, su gətirmək, dilə düşmək
B) yola getmək, aman vermək, əldən düşmək
C) dilə gəlmək, həll etmək, yaxşı olmaq
D) hərəkət etmək, əlindən almaq, qanı qaralmaq
E) təhsil almaq, sahilə çıxmaq, yola düşmək
Hansı sırada bütün sözlər ümumişləkdir ?
A) metodika, ampula, qan, münaqişə
B) ocaq, avtobus, körpü, yorğan
C) gülbəsər, həri, bağır, məlaikə
D) kərənti, xaliq, məccani, mə`zun
E) kainat, ziyafət, morfologiya, gözəl
Hansı sözün yazılışı düzgündür ?
I. ə`la     II. Rə`na     III. mə`cul
A) I və III
B) hamısının
C) II və III
D) I
E) I və II
Gəlməlidirlər sözündə vurğu neçənci hecaya düşür ?
A) II
B) III
C) IV
D) V
E) I
Yalnız cingiltili samitlərdən ibarət olan sıranı göstərin.
A) s, r, j, h, n
B) ş, d, l, h, b
C) b, ğ, d, j, c
D) q, t, s, m, n
E) ş, ç, k, s, p
"Kimə e`tibar edirsinizsə, o adamları göndərin" - cümləsində budaq cümlənin növünü göstərin.
A) tamamlıq
B) tə`yin
C) qrşılıq-birgəlik
D) mübtəda
E) şərt
Əzizləmə və kiçiltmə mə`nası verən düzəltmə isimlərin şəkilçilərini göstərin:
A) -cığaz4, -ça2, -cıq4
B) -lı4, -sız4, -la2
C) -dı4, -ça2, -ır4
D) -dır4, -ma2, -lıq4
E) -maq2, -lar2, -çı4
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top