Tapılan ümumi test sayı : 25

Aşağıdakı şe'r nümunələrinin hansında epitetdən istifadə edilmişdir ?
A) Yanır dənizlərin buz kimi suyu.
B) Meşələr ağlayır dərddən, kədərdən.
C) Quş kimi uçurdu göylərdə insan.
D) Vuruşur döyüşdə qılınclarımız.
E) Quşqonmaz zirvələr görünür aydın.
Əruz vəzninin hansı bəhri dəvənin ləngərli yerişinə bənzədilir ?
A) mütəqarib
B) rəməl
C) həcəz
D) xəfif
E) rəcəz
"Çərşənbə günündə, çeşmə başında
Gözüm bir alagöz xanıma düşdü.
Atdı müjgan oxun, keçdi sinəmdən,
Cadu qəmzələri canıma düşdü" - nümunəsində misralar hansı qayda ilə bölgülərə ayrılmalıdır ?
A) 5+6
B) 3+4+4
C) 6+5
D) 4+4+3
E) 4+3+4
"... olardı on-on iki yaşında ki, atası Hacı Rza vəfat elədi. İki il keçməmişdi anası öldü. Yaxşı dövlət qalmışdı mərhum atasından: neçə zəmilər, neçə ilxılar, nə qədər fərş, çoxluca pul. Amma çox heyf! Elə ki, Hacı Rza və övrəti öldülər, ... qaldı başsız-paraxsız. Əmiləri dövləti bir ilin içində dağıtdılar, axırda bir barmaq hesanı göstərdilər".
Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" əsərindən götürülmüş bu parçada nöqtələrin yerinə hansı surətin adı yazılmalıdır ?
A) Zeynəb
B) Vəliqulu
C) Məhəmmədhəsən əmi
D) Xudayar bəy
E) Şərəf
S.Rəhimovun "Mehman" povestində hüquq sistemində çalışan mənfi surət kimdir ?
A) Cabbarov
B) Kamilov
C) Vahidov
D) Məmmədxan
E) Murtuzov
Məhəmməd Füzuli "Padşahi-mülk..." qit'əsində kimləri qarşılaşdırır ?
A) Padşahı söz sənətkarı ilə
B) Padşahla ordu başçısını
C) Söz sənətkarını pəhləvanla
D) Bir padşahla başqa bir hökmdarı
E)
 
Padşahı pəhləvanla
M.F.Axundovun "Hacı Qara" komediyasında hadisələrin düyününün açıldığı  (razvyazka) hissəni göstərin:
A) Hacı Qara və bəylərin həbs olunması, Kərəməlinin həbs olunduğunu görən Hacı Qaranın özündən getməsi
B) Hacı Qaranın Xəlil yüzbaşı tərəfindən tutulub naçalnikə verilməsi
C) Qaçaq mal alverinə vedə lərin Təbrizdən qayıtması
D) Heydər bəyin naçalnikin qarşısında e'tirafı
E) Bəylərin və Hacı Qaranın zaminə buraxılması
Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasından verilən şe'r parçasında hansı surət haqqında danışılır ?
"Böyük dağ gövdəli, o dağlar yaran
Gələndə camaat qalmışdı heyran.
Görkəmli böyük bir filmə oxşardı.
Onda iki filin qüvvəti vardı."
A) Fərhad
B) Bəhram Çubin
C) Şiruyə
D) Şapur
E) Xosrov
"Kitabi-Dədə Qorqud" dastanı neçə boydan ibarətdir ?
A) 2
B) 16
C) 17
D) 12
E) 6
Verilmiş tabeli mürəkkəb cümlənin ikinci tərəfi nədir ?
"Təranə özünü nə qədər şən göstərməyə çalışırdısa da, pərtliyi hiss olunurdu".
A) kəmiyyət budaq cümləsi
B) qarşılıq-güzəşt budaq cümləsi
C) məqsəd budaq cümləsi
D) şərt budaq cümləsi
E) baş cümlə
Vasitəsiz tamamlıq ismin hansı halında olur ?
A) tə'sirlik halında
B) çıxışlıq halında
C) yerlik halında
D) yiyəlik halında
E) yönlük halında
Hansı cümlənin mübtədası məsdər tərkibi ilə ifadə olunmuşdur ?
A) Lalə tək qızarmaq üz qaydasıdır.
B) Hər gələn qəmli gedər, şad gəlib yanımıza.
C) Xəyalından çıxmaz hərgiz xəyalın.
D) Aşiqlik işi qıza nə layiq?!
E) Kafər ağlar bizim əhvali-pərişanimizə.
Nidalar verilən cərgəni göstərin:
A) vah, ah, vay, gurultu, di
B) bəs, -mı4, ox, bəh-bəh
C) ay, bəh-bəh, oho, bəs
D) ya, ay, bəli, of, paho
E) ox, ay, of, ah, oho
Tərkibində miqdar zərfi olan cümləni göstərin:
A) Biz qonaqları mehribancasına qarşıladıq.
B) Qonaqlar dünəndən gəliblər.
C) Dünən maraqlı filmə baxdıq.
D) Bazardan xeyli meyvə aldıq.
E) Biz bu haqda xeyli danışdıq.
Yalnız fe'li bağlamalardan ibarət olan sıranı göstərin:
A) göstərmək, qurduqda, aparanda
B) işləməli, oxumadan, gözləyəndə
C) yazdıqda, qarşılamaq, danışmayan
D) təmizləyəndə, yanaşaraq, öyrəndikdə
E) saxlayaraq, yaşamaqda, öyrənən
Hansı cərgədə yalnız məchul növdə olan fe'llər verilmişdir ?
A) görüşdü, mələşdi, gülüşdü, bildirdi
B) çatdırdı, inandırdı, çaldı, aldı
C) çəkildi, qalandı, çalındı, sürüldü
D) çəkildi, yazdırdı, geyindi, açıldı
E) oturdu, güldürtdü, sildirdi, vuruşdu
Hansı cümlədə qeyri-qəti gələcək zamanda olan fe'l işlənmişdir ?
A) Zimistanın novbaharı gələydi.
B) Bu atı Murad sürəcəkmiş.
C) Qalmaz belə, qalmaz dünya.
D) Hər tərəf yumşaq qarla örtülmüşdür.
E) Gələcəkdir babam mənim yanıma.
Verilmiş cümlələrdə "o" əvəzliyindən sonra qoyulmuş vergül işarəsi hansı halda doğrudur ?
A) O, hadisədən sonra çox sarsılmışam.
B) O, ağacları məktəblilər əkmişlər.
C) O, məktəb yarışda qalib gəldi.
D) O, ağaclara qulluq etməyi çox sevir.
E) O, şagird hamının sevimlisidir.
"Dənizin sahilində ikimərtəbəli binanın bünövrəsi qoyulur" - cümləsindəki mənsubiyyət şəkilçili isimlərin sayını müəyyənləşdirin:
A) 5
B) 4
C) 1
D) 3
E) 2
Yalnız sözdüzəldici şəkilçilər olan sıranı göstərin:
A) -imiz, -ış, -un, -lar
B) -sız, -lik, -çı, -dəki
C) -lar, -lı, -çi, -lük
D) -dən, -li, -süz, -da
E) -in, -çu, -im, -lər
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top