Tapılan ümumi test sayı : 25

Aşağıdakı şe'r nümunələrinin hansında epitetdən istifadə edilmişdir ?
A) Vuruşur döyüşdə qılınclarımız.
B) Meşələr ağlayır dərddən, kədərdən.
C) Yanır dənizlərin buz kimi suyu.
D) Quş kimi uçurdu göylərdə insan.
E) Quşqonmaz zirvələr görünür aydın.
Əruz vəzninin hansı bəhri dəvənin ləngərli yerişinə bənzədilir ?
A) rəcəz
B) həcəz
C) xəfif
D) rəməl
E) mütəqarib
"Çərşənbə günündə, çeşmə başında
Gözüm bir alagöz xanıma düşdü.
Atdı müjgan oxun, keçdi sinəmdən,
Cadu qəmzələri canıma düşdü" - nümunəsində misralar hansı qayda ilə bölgülərə ayrılmalıdır ?
A) 5+6
B) 6+5
C) 4+3+4
D) 3+4+4
E) 4+4+3
"... olardı on-on iki yaşında ki, atası Hacı Rza vəfat elədi. İki il keçməmişdi anası öldü. Yaxşı dövlət qalmışdı mərhum atasından: neçə zəmilər, neçə ilxılar, nə qədər fərş, çoxluca pul. Amma çox heyf! Elə ki, Hacı Rza və övrəti öldülər, ... qaldı başsız-paraxsız. Əmiləri dövləti bir ilin içində dağıtdılar, axırda bir barmaq hesanı göstərdilər".
Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" əsərindən götürülmüş bu parçada nöqtələrin yerinə hansı surətin adı yazılmalıdır ?
A) Vəliqulu
B) Xudayar bəy
C) Məhəmmədhəsən əmi
D) Şərəf
E) Zeynəb
S.Rəhimovun "Mehman" povestində hüquq sistemində çalışan mənfi surət kimdir ?
A) Cabbarov
B) Vahidov
C) Murtuzov
D) Kamilov
E) Məmmədxan
Məhəmməd Füzuli "Padşahi-mülk..." qit'əsində kimləri qarşılaşdırır ?
A)
 
Padşahı pəhləvanla
B) Padşahı söz sənətkarı ilə
C) Bir padşahla başqa bir hökmdarı
D) Söz sənətkarını pəhləvanla
E) Padşahla ordu başçısını
M.F.Axundovun "Hacı Qara" komediyasında hadisələrin düyününün açıldığı  (razvyazka) hissəni göstərin:
A) Heydər bəyin naçalnikin qarşısında e'tirafı
B) Hacı Qara və bəylərin həbs olunması, Kərəməlinin həbs olunduğunu görən Hacı Qaranın özündən getməsi
C) Bəylərin və Hacı Qaranın zaminə buraxılması
D) Qaçaq mal alverinə vedə lərin Təbrizdən qayıtması
E) Hacı Qaranın Xəlil yüzbaşı tərəfindən tutulub naçalnikə verilməsi
Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasından verilən şe'r parçasında hansı surət haqqında danışılır ?
"Böyük dağ gövdəli, o dağlar yaran
Gələndə camaat qalmışdı heyran.
Görkəmli böyük bir filmə oxşardı.
Onda iki filin qüvvəti vardı."
A) Xosrov
B) Fərhad
C) Bəhram Çubin
D) Şiruyə
E) Şapur
"Kitabi-Dədə Qorqud" dastanı neçə boydan ibarətdir ?
A) 12
B) 2
C) 17
D) 16
E) 6
Verilmiş tabeli mürəkkəb cümlənin ikinci tərəfi nədir ?
"Təranə özünü nə qədər şən göstərməyə çalışırdısa da, pərtliyi hiss olunurdu".
A) məqsəd budaq cümləsi
B) şərt budaq cümləsi
C) kəmiyyət budaq cümləsi
D) qarşılıq-güzəşt budaq cümləsi
E) baş cümlə
Vasitəsiz tamamlıq ismin hansı halında olur ?
A) çıxışlıq halında
B) yerlik halında
C) tə'sirlik halında
D) yiyəlik halında
E) yönlük halında
Hansı cümlənin mübtədası məsdər tərkibi ilə ifadə olunmuşdur ?
A) Kafər ağlar bizim əhvali-pərişanimizə.
B) Lalə tək qızarmaq üz qaydasıdır.
C) Aşiqlik işi qıza nə layiq?!
D) Xəyalından çıxmaz hərgiz xəyalın.
E) Hər gələn qəmli gedər, şad gəlib yanımıza.
Nidalar verilən cərgəni göstərin:
A) ox, ay, of, ah, oho
B) ya, ay, bəli, of, paho
C) bəs, -mı4, ox, bəh-bəh
D) ay, bəh-bəh, oho, bəs
E) vah, ah, vay, gurultu, di
Tərkibində miqdar zərfi olan cümləni göstərin:
A) Biz bu haqda xeyli danışdıq.
B) Qonaqlar dünəndən gəliblər.
C) Bazardan xeyli meyvə aldıq.
D) Dünən maraqlı filmə baxdıq.
E) Biz qonaqları mehribancasına qarşıladıq.
Yalnız fe'li bağlamalardan ibarət olan sıranı göstərin:
A) yazdıqda, qarşılamaq, danışmayan
B) saxlayaraq, yaşamaqda, öyrənən
C) işləməli, oxumadan, gözləyəndə
D) göstərmək, qurduqda, aparanda
E) təmizləyəndə, yanaşaraq, öyrəndikdə
Hansı cərgədə yalnız məchul növdə olan fe'llər verilmişdir ?
A) çatdırdı, inandırdı, çaldı, aldı
B) çəkildi, qalandı, çalındı, sürüldü
C) oturdu, güldürtdü, sildirdi, vuruşdu
D) çəkildi, yazdırdı, geyindi, açıldı
E) görüşdü, mələşdi, gülüşdü, bildirdi
Hansı cümlədə qeyri-qəti gələcək zamanda olan fe'l işlənmişdir ?
A) Zimistanın novbaharı gələydi.
B) Hər tərəf yumşaq qarla örtülmüşdür.
C) Qalmaz belə, qalmaz dünya.
D) Gələcəkdir babam mənim yanıma.
E) Bu atı Murad sürəcəkmiş.
Verilmiş cümlələrdə "o" əvəzliyindən sonra qoyulmuş vergül işarəsi hansı halda doğrudur ?
A) O, ağacları məktəblilər əkmişlər.
B) O, məktəb yarışda qalib gəldi.
C) O, ağaclara qulluq etməyi çox sevir.
D) O, hadisədən sonra çox sarsılmışam.
E) O, şagird hamının sevimlisidir.
"Dənizin sahilində ikimərtəbəli binanın bünövrəsi qoyulur" - cümləsindəki mənsubiyyət şəkilçili isimlərin sayını müəyyənləşdirin:
A) 5
B) 3
C) 1
D) 2
E) 4
Yalnız sözdüzəldici şəkilçilər olan sıranı göstərin:
A) -imiz, -ış, -un, -lar
B) -sız, -lik, -çı, -dəki
C) -lar, -lı, -çi, -lük
D) -in, -çu, -im, -lər
E) -dən, -li, -süz, -da
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top