Tapılan ümumi test sayı : 28

"Xəmsə"ni və müxəmməsi birləşdirən ümjmi cəhət nədir ?
A) Hər ikisi şe'r janrıdır.
B) "Xəmsə" müxəmməs janrında yazılmışdır.
C) Hər ikisi beş rəqəmi ilə bağlıdır.
D) Hər ikisinə yalnız Nizami yaradıcılığında təsadüf edilir.
E) Hər ikisi yalnız Azərbaycan ədəbiyyatına xasdır.
S.Vurğun Nizami Gəncəvinin hansı poemasını Azərbaycan dilinə tərcümə etmişdir ?
A) "İsgəndərnamə"
B) "Xosrov və Şirin"
C) "Leyli və Məcnun"
D) "Sirlər xəzinəsi"
E) "Yeddi gözəl"
Verilmiş şe'r parçası əruz vəzninin hansı bəhrindədir:
Millət necə tarac olur olsun, nə işim var ?
Düşmənlərə möhtac olur olsun, nə kşim var ?  (M.Ə.Sabir)
A) rəcəz
B) səri
C) həcəz
D) xəfif
E) rəməl
Verilmiş şe'r parçasında misralar hansı qayda ilə bölgülərə ayrılmalıdır ?
Yaxşı gündə yarı yoldaş çox olur,
Yaman gündə heç bulunmaz, yox olur.
Yad ellərin tə'nə sözü ox olur,
Bir gün olur "vətən" deyib ağlarsan.   (Vidadi)
A) 4+4+3
B) 5+6
C) 4+3+4
D) 6+5
E) 3+4+4
"Ustad dərin, kamal dərin, söz dərin;
Birin boşa, birin boşla, birin sat" - misralarında işlənmiş bədii ifadə vasitəsi hansıdır ?
A) təzad
B) litota
C) təkrir
D) bədii sual
E) mübaliğə
"Məndə sığar iki cahan..." qəzəlində Nəsimi nəyi göstərmək istəmişdir ?
A) insan elminin gücünü
B) ədalətin qələbə çalmasını 
C) insan duyğularının saflığını
D) eşqin ucalığını
E) insanın böyüklüyünü
C. Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" əsərindən götürülmüş aşağıdakı parçada nöqtələrin yerinə hansı surətin adı yazılmalıdır ?
"... ortabab, qara və arıq övrətdi. Yaşı olar qırx, bəlkədə bir az artıq.
... Xudayar bəyə gələn vaxtlarda atası Xudayar bəyin atasından heç bir cəhətdə əskik deyil idi. Amma ruzigar belə gətirdi ki, atası öldü, sonra anası öldü, iki qardaşı öldü, qaldı tək Xudayarın ümidinə. Xudayar bəy də axır vaxtda oldu katda, yə'ni hörməti artdı və övrətinə nisbətən özü oldu ağa, övrəti oldu qaravaş".
A) Fizzə
B) Şərəf
C) Zeynəb
D) İzzət
E) Ziba
On yaşa girəndə bu nadir cavan
Otuz yaşlıları qoyurdu heyran.
Şirlər pəncəsinə pəncə verərdi,
Qılıncla sütunu yerə sərərdi.
Beytlərdə Nizaminin "Xosrov və Şirin" poemasının hansı qəhrəmanı təsvir edilir ?
 
A) Şapur
B) Şirin
C) Xosrov
D) Fərhad
E) Şiruyə
Yalnız məhəbbət dastanları verilmiş cərgəni göstərin:
A) "Kitabi-Dədə Qorqud", "Qaçaq Nəbi"
B) "Koroğlu", "Aşıq Qərib"
C) "Şah İsmayıl", "Qaçaq Nəbi"
D) "Aşıq Qərib", "Abbas və Gülgəz"
E) "Dastani-Əhməd Harami", "Koroğlu"
Azərbaycan dilində rübai yazan şair kimdir ? 
A) İmadəddin Nəsimi
B) Qətran Təbrizi
C) Əfzələddin Xaqani
D) Məhsəti Gəncəvi
E) Nizami Gəncəvi
Verilmiş tabeli mürəkkəb cümlənin birinci tərəfi nədir:
Biz sahildən yenicə aralanmışdıq ki, duman çökməyə başladı.
A) səbəb budaq cümləsi
B) yer budaq cümləsi
C) zaman budaq cümləsi
D) mübtəda budaq cümləsi
E) baş cümlə
"Biz hamımız qarşıdakı imtahanlara ciddi hazlrlaşırıq" - nümunəsində cümlə üzvlərinin düzümünü göstərin:
A) mübtəda - tamamlıq - tə'yin - zərflik - xəbər
B) mübtəda - tə'yin - tamamlıq - zərflik - xəbər
C) mübtəda - zərflik - tamamlıq -xəbər
D) tə'yin - mübtəda - zərflik - xəbər
E) mübtəda - tamamlıq - tə'yin - xəbər
"Azərbaycan tanımışdır vaxtsız qapı döyənləri" - cümləsində tamamlıq nə ilə ifadə olunmuşdur ?
A) fe'llə
B) fe'li sifətlə
C) sifətlə
D) fe'li sifət tərkibi ilə
E) ismi birləşmə ilə
Hansı cümlədə mübtəda fe'li sifətlə ifadə olunmuşdur ?
A) Ata nə qədər ciddi və tələbkar olarsa, oğul bir o qədər tərbiyəli və intizamlı olar.
B) Sizin sözünüzün kəsəri azdır.
C) Söz var, gələr keçər, söz var, dələr keçər.
D) Dünyanın hər bir bucağına səpələnən soydaşlarımızın əsas dərdi vətən dərdidir.
E) Oxuyan bülbüldür, dinləyən qazdır.
Aşağıdakı cümlədə II növ ismi birləşməni (tə'yini söz birləşməsini) göstərin:
Mənim yaxın dostum Faiq də şahmat yarışında iştirak etmək istəyir.
A) şahmat yarışında
B) mənim dostum
C) dostum Faiq
D) iştirak etmək
E) yaxın dostum
Yalnız təqlidi sözlərdən ibarət olan cərgəni göstərin:
A) yumru-yumru, yastı-yastı, miyoltu, xorultu
B) şırıltı, gurultu, civilti, nərilti
C) zarıltı, tapıntı, çıxıntı, mələmək
D) mışıltı, sıxıntı, çöküntü, göyümtül
E) hey, vay, paho, axıntı
Tərkibində zaman zərfi olan cümləni göstərin:
A) İstidən nəfəsi tutulurdu.
B) Axşam güclü yağış yağdı.
C) Ordumuz cəsarətlə irəliləyirdi.
D) Firidun cəld ayağa durdu.
E) Samirə içəri daxil oldu.
Hansı cümlədə məsdər vardır ?
A) Dadaş qardaşına kömək etdi.
B) Demək, evi tapmadınız ?
C) Əmək insanı ucaldar.
D) Burada çimmək qadağandır.
E) Yemək dostundan uzaq ol.
Cümlələrin hansında nəqli keçmiş zamana aid nümunə yoxdur:
A) İşarət eylədim, dərdimi bildi.
B) Bir qaməti əlif bağrımı dəlib.
C) Neçə şair yola salıb.
D) İlahim veribdi dərdi bol mana.
E) Gözəl, səndə bir nişanə görmüşəm.
Yalnız məchul növdə olan fe'llərin verildiyi cərgəni göstərin:
A) Vurulmaq, yorulmaq, evlənmək.
B) Yedirtmək, gəzdirmək, daşıtmaq.
C) Qucaqlaşmaq, toplaşmaq, oynaşmaq.
D) Verilmək, atılmaq, yazılmaq.
E) Yazışmaq, gəzişmək, qaçışmaq.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top