Tapılan ümumi test sayı : 28

"Xəmsə"ni və müxəmməsi birləşdirən ümjmi cəhət nədir ?
A) Hər ikisi beş rəqəmi ilə bağlıdır.
B) "Xəmsə" müxəmməs janrında yazılmışdır.
C) Hər ikisi yalnız Azərbaycan ədəbiyyatına xasdır.
D) Hər ikisinə yalnız Nizami yaradıcılığında təsadüf edilir.
E) Hər ikisi şe'r janrıdır.
S.Vurğun Nizami Gəncəvinin hansı poemasını Azərbaycan dilinə tərcümə etmişdir ?
A) "Sirlər xəzinəsi"
B) "Yeddi gözəl"
C) "Xosrov və Şirin"
D) "Leyli və Məcnun"
E) "İsgəndərnamə"
Verilmiş şe'r parçası əruz vəzninin hansı bəhrindədir:
Millət necə tarac olur olsun, nə işim var ?
Düşmənlərə möhtac olur olsun, nə kşim var ?  (M.Ə.Sabir)
A) səri
B) rəməl
C) həcəz
D) xəfif
E) rəcəz
Verilmiş şe'r parçasında misralar hansı qayda ilə bölgülərə ayrılmalıdır ?
Yaxşı gündə yarı yoldaş çox olur,
Yaman gündə heç bulunmaz, yox olur.
Yad ellərin tə'nə sözü ox olur,
Bir gün olur "vətən" deyib ağlarsan.   (Vidadi)
A) 5+6
B) 4+3+4
C) 6+5
D) 4+4+3
E) 3+4+4
"Ustad dərin, kamal dərin, söz dərin;
Birin boşa, birin boşla, birin sat" - misralarında işlənmiş bədii ifadə vasitəsi hansıdır ?
A) mübaliğə
B) təkrir
C) təzad
D) bədii sual
E) litota
"Məndə sığar iki cahan..." qəzəlində Nəsimi nəyi göstərmək istəmişdir ?
A) insan duyğularının saflığını
B) insan elminin gücünü
C) ədalətin qələbə çalmasını 
D) eşqin ucalığını
E) insanın böyüklüyünü
C. Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" əsərindən götürülmüş aşağıdakı parçada nöqtələrin yerinə hansı surətin adı yazılmalıdır ?
"... ortabab, qara və arıq övrətdi. Yaşı olar qırx, bəlkədə bir az artıq.
... Xudayar bəyə gələn vaxtlarda atası Xudayar bəyin atasından heç bir cəhətdə əskik deyil idi. Amma ruzigar belə gətirdi ki, atası öldü, sonra anası öldü, iki qardaşı öldü, qaldı tək Xudayarın ümidinə. Xudayar bəy də axır vaxtda oldu katda, yə'ni hörməti artdı və övrətinə nisbətən özü oldu ağa, övrəti oldu qaravaş".
A) İzzət
B) Zeynəb
C) Fizzə
D) Ziba
E) Şərəf
On yaşa girəndə bu nadir cavan
Otuz yaşlıları qoyurdu heyran.
Şirlər pəncəsinə pəncə verərdi,
Qılıncla sütunu yerə sərərdi.
Beytlərdə Nizaminin "Xosrov və Şirin" poemasının hansı qəhrəmanı təsvir edilir ?
 
A) Şirin
B) Xosrov
C) Şapur
D) Şiruyə
E) Fərhad
Yalnız məhəbbət dastanları verilmiş cərgəni göstərin:
A) "Aşıq Qərib", "Abbas və Gülgəz"
B) "Dastani-Əhməd Harami", "Koroğlu"
C) "Şah İsmayıl", "Qaçaq Nəbi"
D) "Kitabi-Dədə Qorqud", "Qaçaq Nəbi"
E) "Koroğlu", "Aşıq Qərib"
Azərbaycan dilində rübai yazan şair kimdir ? 
A) Nizami Gəncəvi
B) Əfzələddin Xaqani
C) Məhsəti Gəncəvi
D) İmadəddin Nəsimi
E) Qətran Təbrizi
Verilmiş tabeli mürəkkəb cümlənin birinci tərəfi nədir:
Biz sahildən yenicə aralanmışdıq ki, duman çökməyə başladı.
A) mübtəda budaq cümləsi
B) baş cümlə
C) səbəb budaq cümləsi
D) yer budaq cümləsi
E) zaman budaq cümləsi
"Biz hamımız qarşıdakı imtahanlara ciddi hazlrlaşırıq" - nümunəsində cümlə üzvlərinin düzümünü göstərin:
A) mübtəda - zərflik - tamamlıq -xəbər
B) mübtəda - tamamlıq - tə'yin - zərflik - xəbər
C) mübtəda - tə'yin - tamamlıq - zərflik - xəbər
D) mübtəda - tamamlıq - tə'yin - xəbər
E) tə'yin - mübtəda - zərflik - xəbər
"Azərbaycan tanımışdır vaxtsız qapı döyənləri" - cümləsində tamamlıq nə ilə ifadə olunmuşdur ?
A) ismi birləşmə ilə
B) sifətlə
C) fe'llə
D) fe'li sifətlə
E) fe'li sifət tərkibi ilə
Hansı cümlədə mübtəda fe'li sifətlə ifadə olunmuşdur ?
A) Dünyanın hər bir bucağına səpələnən soydaşlarımızın əsas dərdi vətən dərdidir.
B) Sizin sözünüzün kəsəri azdır.
C) Ata nə qədər ciddi və tələbkar olarsa, oğul bir o qədər tərbiyəli və intizamlı olar.
D) Söz var, gələr keçər, söz var, dələr keçər.
E) Oxuyan bülbüldür, dinləyən qazdır.
Aşağıdakı cümlədə II növ ismi birləşməni (tə'yini söz birləşməsini) göstərin:
Mənim yaxın dostum Faiq də şahmat yarışında iştirak etmək istəyir.
A) mənim dostum
B) iştirak etmək
C) şahmat yarışında
D) dostum Faiq
E) yaxın dostum
Yalnız təqlidi sözlərdən ibarət olan cərgəni göstərin:
A) yumru-yumru, yastı-yastı, miyoltu, xorultu
B) zarıltı, tapıntı, çıxıntı, mələmək
C) hey, vay, paho, axıntı
D) mışıltı, sıxıntı, çöküntü, göyümtül
E) şırıltı, gurultu, civilti, nərilti
Tərkibində zaman zərfi olan cümləni göstərin:
A) İstidən nəfəsi tutulurdu.
B) Axşam güclü yağış yağdı.
C) Ordumuz cəsarətlə irəliləyirdi.
D) Firidun cəld ayağa durdu.
E) Samirə içəri daxil oldu.
Hansı cümlədə məsdər vardır ?
A) Yemək dostundan uzaq ol.
B) Əmək insanı ucaldar.
C) Dadaş qardaşına kömək etdi.
D) Demək, evi tapmadınız ?
E) Burada çimmək qadağandır.
Cümlələrin hansında nəqli keçmiş zamana aid nümunə yoxdur:
A) İlahim veribdi dərdi bol mana.
B) Neçə şair yola salıb.
C) İşarət eylədim, dərdimi bildi.
D) Gözəl, səndə bir nişanə görmüşəm.
E) Bir qaməti əlif bağrımı dəlib.
Yalnız məchul növdə olan fe'llərin verildiyi cərgəni göstərin:
A) Yazışmaq, gəzişmək, qaçışmaq.
B) Yedirtmək, gəzdirmək, daşıtmaq.
C) Verilmək, atılmaq, yazılmaq.
D) Vurulmaq, yorulmaq, evlənmək.
E) Qucaqlaşmaq, toplaşmaq, oynaşmaq.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top