Tapılan ümumi test sayı : 25

Hansı cümlədə mənsubiyyət şəkilçisi qəbul etmiş iki söz işlənmişdir:
I. Vaqifin qardaşı kitabını bizdən götürdü.
II. Vaqifin qardaşı bizi kitabxanaya ötürdü.
III. Vaqifin qardaşı fəxrimizdir.
A) I və II
B) I və III
C) II
D) III
E) I
Hansı cərgə eyniköklü sözlərdən ibarətdir?
A) baş, başçı, başdan
B) göz, gözlük, gözəl
C) gül, güldan, gülüş
D) bağ, bağça, bağır
E) ov, ovçu, ovuc
"Deyildim mən sənə mail, sən etdin əqlimi zail,
Mənə tən eyləyən qafil, səni görcək utanmazmı?" - beytində alınma sözlərin sayını göstərin.
A) 5
B) 6
C) 4
D) 3
E) 7
"Yola salmaq" frazeloji birləşməsinin antonimi hansıdır?
A) yol salmaq
B) ötürmək
C) başa salmaq
D) yola getmək
E) qarşılamaq
Hansı cərgədəki isimlərdə vurğu sonuncu hecaya düşür?
A) ağac, ağacfələn, çəmənlik
B) göyçək, qırmızı, hündür
C) tələbədir, boyunbağı, həkimsiniz
D) tutmuşdu, gələcək, yoxdur
E) Ağdam, Ağdaş, Göyçay, İsmayıllı
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top