Tapılan ümumi test sayı : 29

Hansı sözdə vurğu birinci hecaya düşür?
A) opera
B) işarə
C) Sabir
D) uzun
E) tədbir
Hansı sıradakı sözlərdə qalın saitlərin hamısı iştirak edir?
A) qoyun, arı
B) quzu, qoç
C) ana, qohum
D) qatıq, gül
E) otaq, qapı
H.Cavidin hansı əsərində insanları məhv edən bəlaların rəmzinə çevrilmiş əfsanəvi obraz yaradılmışdır?
A) "Maral"
B) "İblis"
C) "Ana"
D) "Səyavuş"
E) "Şeyda"
Repressiya qurbanı olan sənətkarları göstərin:
1. H.Cavid
2. C.Cabbarlı
3. C. Məmmədquluzadə
4. M.Müşfiq
5. Ə.Cavad
A) 1,4,5
B) 2,4,5
C) 2,3,4
D) 1,2,3
E) 3,4,5
C.Məmmədquluzadənin Azərbaycan kəndlisinin ağır həyatından, qadın hüquqsuzluğundan bəhs edən nəsr əsəri:
A) "Ölülər"
B) "Anamın kitabı"
C) "Danabaş kəndinin əhvalatları"
D) "Çay dəstgahı"
E) "Poçt qutusu"
Aşıq Ələsgərin lirikasının əsas qolunu nə təşkil edir?
A) məhəbbət lirikası
B) təbiət lirikası
C) maarifçi şerlər
D) ictimai-siyasi lirika
E) ictimai-siyasi, təbiət mövzusunda şerlər
"Bu məlun həmişə öz tərəfdarlarını başa salır ki, hörmətli alimlər, ruhanilər avam xalqı aldadırlar... Həmişə öz xeyirləri üçün biçarə xalqı soyub incidirlər." M.F.Axundovun "Aldanmış kəvakib" əsərinin qəhrəmanı Yusif Sərrac haqqında bu sözləri hansı obraz deyir?
A) Sərdar Zaman xan
B) Mövlana Cəmaləddin
C) Mollabaşı axund Səməd
D) Müstövfi Mirzə Yəhya
E) Şah Abbas
M.P.Vaqifin hansı şerində elin, obanın, kəndli qadınlarının yoxsul həyatı real şəkildə təsvir olunur?
A) "Hayıf ki, yoxdur"
B) "Pəri"
C) "Görmədim"
D) "Bayram oldu"
E) "Durnalar"
Nizaminin hansı qəhrəmanını öz dövrünün ictimai münasibətlərinə boyun əymək istəməyən, mənəvi əsarətdən qurtarmağa can atan aşiq kimi səciyyələndirmək olar?
A) Fərhadı
B) Bəhramı
C) Şirini
D) Məcnunu
E) Xosrovu
"... gəldi, söy söylədi, nəsihət verdi, bu oğuznaməyi düzdü, qoşdu. Son verək, xanım!
Qarlı dağların yıxılmasın! Kölgəli böyük ocağın kəsilməsin! Axan mübarək suyun qurumasın!" Nöqtələrin yerinə "Kitabi-Dədə Qorqud" dastalarının hansı qəhrəmanının adı yazılmalıdır?
A) Qaraca Çoban
B) Burla xatun
C) Qazan xan
D) Uruz
E) Dədə-Qorqud
"Gözəl qamət, gözəl gərdan, gözəl üz,
Gözəl olmaz sən tək olsa gözəl yüz."
Bu misralarda hansı bədii ifadə vasitəsi işlənmişdir?
A) litota
B) metonimiya
C) bədii sual
D) metafora
E) təkrir
"Səba məndən söylə o gülizarə,
Bülbül gülüstanə gəlsin, gəlməsin?
Bu hicran düşkünü, illər xəstəsi,
Qapına dərmanə gəlsin, gəlməsin?"
Şerin janrını müəyyənləşdirin:
A) rübai
B) qoşma
C) bayatı
D) gəraylı
E) müxəmməs
Cümlələrdən biri tabesiz mürəkkəb cümlədir:
A) Nə qədər ki dava başlamamışdı, camaat yaxşı dolanırdı.
B) Dolu da ötüşdü, külək də keçdi.
C) Əlim boş olsa da, ürəyim dolu idi.
D) Sultanı hər yerdə arzulayır, gözləyirlər.
E) O, elə danışır ki, şübhə yeri qalmır.
"Uşaqlıqdan arzum bu idi ki, zəngin kitabxanam olsun" cümləsində budaq cümlənin növünü göstərin:
A) tamamlıq budaq cümləsi
B) xəbər budaq cümləsi
C) zərflik budaq cümləsi
D) mübtəda budaq cümləsi
E) təyin budaq cümləsi
Feli bağlama tərkibləri hansı cümlə üzvü vəzifəsində çıxış edir?
A) xəbər
B) mübtəda
C) təyin
D) zərflik
E) tamamlıq
I növ ismi birləşmələrdən ibarət olan sıranı göstərin:
A) yaxşı iş,kənd yolu
B) telefon zəngi, daş hasar
C) rəngli televizor, dadlı meyvə
D) oxuyan uşaq, saatın əqrəbi
E) qızlar bulağı, qızıl saat
Tərzi-hərəkət zərflərini göstərin:
A) irəli, geri
B) qorxudan, istidən
C) az, çox
D) yavaşca, həvəslə
E) indi, sonra
"Sarı, tərəf, doğru" qoşmalarınn məna növünü göstərin:
A) zaman
B) bənzətmə
C) istiqamət
D) fərqlənmə
E) məsafə
Feli sifətlər yazılmış cərgəni göstərin:
A) oxuyan, yazdığım
B) uçuq, sönük
C) kəskin, coşqun
D) düzgün, çaşqın
E) qırıcı, kəsici
Hansı cərgədə xəbər formasında olan fel verilmişdir?
A) görür
B) alası imiş
C) gəlməli idi
D) alsa
E) gərək ala idi
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top