Tapılan ümumi test sayı : 29

İki düzəltmə sifətdən əmələ gələn mürəkəb sifəti göstərin:
A) soyuqqanlı
B) alagözlü
C) qarbuğdayı
D) üçtelli
E) qaraqaşlı
"Mənim tanrım gözəllikdirsevgidir" cümləsində altından xətt çəkilmiş sözlər ismin hansı məna növündədir?
A) mücərrəd
B) məkan
C) cansız əşya
D) peşə və sənət
E) əzizləmə
Yalnız düzəltmə sözlər olan sıranı göstərin:
A) böyük, çökək, daraq
B) şirin, gəmi, əkin
C) işıq, kəsik, açıq
D) saçaq, uşaq, qaçaq
E) oxu, çəki, yazı
Verilmiş sözlərdən neçəsinin antonimi var?
isti, almaq, cavan, çay, sifət, az, parta
A) üç
B) bir
C) dörd
D) iki
E) beş
"Lovğa" sözünün sinonimi hansıdır?
A) təkəbbürlü
B) sakit
C) əsəbi
D) bacarıqlı
E) hirsli
Sözlərdən birinin tələffüz şəkli düzgün göstərilməmişdir:
A) [ailə]
B) [ma:ş]
C) [əlbətdə]
D) [şö:lə]
E) [səlis]
Neçə sözü sətirdən-sətrə keçirmək olmaz:
oba, dünya, baba, əla, süni, qəhrəman
A) 5
B) 2
C) 1
D) 4
E) 3
"Nöqsan" sözünün fonetik təhlilində səhv hansı mərhələdə buraxılmışdır?
A) Vurğu 2-ci hecaya düşür.
B) 6 səsdən və 6 hərfdən ibarətdir.
C) İki hecalıdır (nöq-san).
D) [ö] incə, dodalanan; [a] qalın, dodaqlanmayan saitdir.
E) [n] və [q] cingiltili, [s] kar samitdir.
Yalnız dodaqlanan saitərdən ibarət olan cərəni göstərin:
A) ə, i, ö, ü
B) a, ı, ə, i
C) ə, ü, ö, e, i
D) a, ı, o, u
E) o, u, ö, ü
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top