Tapılan ümumi test sayı : 29

İki düzəltmə sifətdən əmələ gələn mürəkəb sifəti göstərin:
A) qarbuğdayı
B) qaraqaşlı
C) alagözlü
D) üçtelli
E) soyuqqanlı
"Mənim tanrım gözəllikdirsevgidir" cümləsində altından xətt çəkilmiş sözlər ismin hansı məna növündədir?
A) əzizləmə
B) mücərrəd
C) cansız əşya
D) peşə və sənət
E) məkan
Yalnız düzəltmə sözlər olan sıranı göstərin:
A) şirin, gəmi, əkin
B) işıq, kəsik, açıq
C) böyük, çökək, daraq
D) oxu, çəki, yazı
E) saçaq, uşaq, qaçaq
Verilmiş sözlərdən neçəsinin antonimi var?
isti, almaq, cavan, çay, sifət, az, parta
A) üç
B) iki
C) bir
D) beş
E) dörd
"Lovğa" sözünün sinonimi hansıdır?
A) əsəbi
B) hirsli
C) təkəbbürlü
D) bacarıqlı
E) sakit
Sözlərdən birinin tələffüz şəkli düzgün göstərilməmişdir:
A) [səlis]
B) [əlbətdə]
C) [ailə]
D) [ma:ş]
E) [şö:lə]
Neçə sözü sətirdən-sətrə keçirmək olmaz:
oba, dünya, baba, əla, süni, qəhrəman
A) 1
B) 4
C) 5
D) 2
E) 3
"Nöqsan" sözünün fonetik təhlilində səhv hansı mərhələdə buraxılmışdır?
A) [ö] incə, dodalanan; [a] qalın, dodaqlanmayan saitdir.
B) Vurğu 2-ci hecaya düşür.
C) [n] və [q] cingiltili, [s] kar samitdir.
D) İki hecalıdır (nöq-san).
E) 6 səsdən və 6 hərfdən ibarətdir.
Yalnız dodaqlanan saitərdən ibarət olan cərəni göstərin:
A) a, ı, ə, i
B) o, u, ö, ü
C) ə, i, ö, ü
D) a, ı, o, u
E) ə, ü, ö, e, i
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top