Tapılan ümumi test sayı : 27

"Nəsrəddin şah", "Dönüş", "Solğun çiçəklər" pyeslərinin müəllifi kimdir?
A) İ.Əfəndiyev
B) C.Cabbarlı
C) M.İbrahimov
D) Ə.Haqverdiyev
E) S.S.Axundov
H.Cavidin tarixi mövzuda yazdığı pyes:
A) "Ana"
B) "Maral"
C) "Topal Teymur"
D) "İblis"
E) "İblisin intiqamı"
Göstərilən xüsusiyyətlərdən yalnız biri "Danabaş kəndinin əhvalatları" əsərindəki Xudayar bəy surətini səciyyələnirir:
A) Dostluqda sədaqətlidir, xəyanətdən uzaq adamdır.
B) Xain, ikiüzlü, qəddar adamdır, kimsəsizlərin, gücsüzlərin qənimidir.
C) Ailəcanlıdır, övladlarını sevir.
D) Fanatikdir, mövhumatçıdır, harama meyl etmir.
E) Məzlumların, yoxsulların qayğısına qalır.
M.F.Axundovun ilk dram əsəri:
A) "Müsyö Jordon və dərviş Məstəli şah"
B) "Mürafiə vəkillərinin hekayəti"
C) "Sərgüzəştli-mərdi-xəsis"
D) "Hekayəti-xırs quldurbasan"
E) "Hekayəti-Molla İbrahimxəlil kimyagər"
A.Bakıxnovun "Təbriz əhlinə xitab" satirasında tənqid hədəfi kimlərdir?
A) savadsız məllimlər, din xadimləri
B) xalqı cəhalətdə saxlayan hakimlər
C) yalançı kimyagər və münəccimlər
D) xalqı soyan, talayan mülkədarlar
E) xalqın cəhalətinə səbəb olan xanlar və ruhanilər
Hansı əsər Xaqaninin deyil?
A) "Töhvətül-İraqeyn"
B) "Qəsideyi-şirniyyə"
C) "Həbsiyyə"
D) "Şikayətnamə"
E) "Mədain xərabələri"
"Yüz fəsadü fitnə təhrikilə bir kişvər alır
Ol dəxi əsari-əmnü  istiqamətdən bəri.
Göstərən saətdə dövrani fələk bir inqilab
Həm özü fani olur, həm ləşkəri, həm kişvəri"
misraları M.Füzulinin hansı əsərindəndir?
A) "Söz"
B) "Leyli və Məcnun"
C) "Şikayətnamə"
D) "Məni candan usandırdı"
E) "Padişahi-mülk..."
Epik növə daxil olmayan əbədi janr:
A) povest
B) təmsil
C) hekayə
D) nağıl
E) qitə
Bədii əsərin əvvəlində verilən və bütün əsər üçün ümumi giriş rolunu oynayan hissə necə adlanır?
A) epiloq
B) peyzaj
C) proloq
D) portret
E) epiqraf
Şifahi xalq ədəbiyyatının hansı janrında həm nəzm, həm də nəsr hissəsi olur?
A) lətifə
B) dastan
C) nağıl
D) bayatı
E) əfsanə
Nümunələrdən ikisi tabeli mürəkkəb cümlədir:
1. Sarvanın məqsədi bu idi ki, yarışda qalib gəlsin.
2. Gün çıxdı, ağacın şehli yarpaqları parıldadı.
3. Burada mənim dişim-dişimə dəyir, amma Bakıda bürküdən nəfəs almaq olmur.
4. Mən bir sönməz ulduzam ki, daim işıq saçıram.
5. Fasilə başladı və Ədilə ayağa qalxıb zaldan çıxdı.
A) 1, 2
B) 1, 4
C) 4, 5
D) 2, 4
E) 3, 5
Cümlələrdən birində ara söz işlədilmişir:
A) Elə görərdin ki, hey oxuyur, kitabdan ayrılmır.
B) Görəsən, Eldarın işi düzəldimi?
C) Çox istedadlı uşaqdır, onun gələcəyini görərsən.
D) Bu işləri vaxtında görərsən.
E) Bir onun səliqəsini görəsən!
Şəxssiz cümləni göstərin:
A) Bahar fəslini hamı sevir.
B) Çox oxuyan çox bilər.
C) Səlimin məsələsinə baxıldı.
D) El bilir ki, sən mənimsən.
E) Poçtalyon bir söz demədi.
"Var olsun şerimin bayraqdarları!" misrasında mübtəda nə ilə ifadə olunmuşdur?
A) sifətlə
B) feli sifətlə
C) isimlə
D) II növ ismi birləşmə ilə
E) III növ ismi birləşmə ilə
Saydan düzəlmiş mücərrəd mənalı ismi göstərin:
A) birgə
B) birləşmək
C) birlik
D) çoxlu
E) birdən
Sifətdən düzəlmiş feli tapın:
A) ağıllanmaq
B) çoxalmaq
C) kəsilmək
D) gözəlləşmək
E) bağlamaq
Hansı ümlədə "O" əvəzliyindən sonra vergül qoyulmamalıdır?
A) O yaxşı ad azanıb.
B) O uşaq bağçasında işləyir.
C) Bu gün o da şəhərə yol düşür.
D) O gözəl sənətkar kimi ümumxalq şöhrəti qazanıb.
E) O mahir ovçudur.
"Tahir ona zəhmət verdiyinə görə əvvəlcədən üzr istədi" cümləsində "görə" qoşması hansı mənanı ifadə edir?
A) məsafə
B) fərqlənmə
C) bənzətmə
D) səbəb
E) birgəlik
Yer zərfi olan cümləni göstərin:
A) Qağayılar ləpələrin üstündə uçuşurdular.
B) Gəmi limandan aralandı.
C) Biz dəniz kənarına getdik.
D) Ağacların kölgəsində uşaqlar oynayırdılar.
E) Biz geri döndük.
Şəkilçilərdən biri qeyri-qəti gələcək zamanın şəkilçisidir?
A) -lar2
B) -ar2
C) -ır4
D) -acaq2
E) -ıl4
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top