Tapılan ümumi test sayı : 27

İki müxtəlif mənalı sözün birləşməsi ilə yaranan mürəkkəb sözü göstərin:
A) tez-tez
B) gec-tez
C) ayaqqabı
D) oğul-uşaq
E) yorğan-döşək
Sözlərdən hansı çoxmənalıdır?
A) dəniz
B) köynək
C) ağız
D) divar
E) neft
Sinonim sözlərin cərgəsini göstərin:
A) girdə, yumru, balaca
B) balaca, dolğun, sısqa
C) gödək, qısa, alçaq
D) gödək, alçaq, girdə
E) girdə, gödək, gövdəli
Hansı say yazılışından fərqli tələffüz edilir?
A) on iki
B) altı
C) bir
D) beş
E) doqquz
Yazılışında səhvə yol verilmiş sözü götərin:
A) onun taleyi
B) çayın mənbəsi
C) qumbaranın qəlpəsi
D) hakimin mövqeyi
E) xalqın mənafesi
Hansı sıradakı bütün sözlərdə vurğu ilk hecanın üzərinə düşür?
A) yalnız, yalqız, sapsarı
B) qalstuk, bomboz, sarımtıl
C) kimya, tarix, ədəbiyyat
D) traktor, orden, medal
E) opera, gömgöy, qapqara
Qalın saitli sözlərin cərgəsini göstərin:
A) baba, quzu, qış
B) üzüm, qoşun, sakit
C) tütək, ağac, əmi
D) sərin, süzmə, görüş
E) dərin, maşın, oyun
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top