Tapılan ümumi test sayı : 28
1)
Aşağıdakı misralar "Aygün" poemasındakı hansı obrazı səciyyələndirir?
O dedi ki: Mən nə dahi, nə qəhrəmanam,
Qoy bəşərin dərdlərini onlar düşünsün.
Məni adi bir insancıq doğmuşdur anam
Ki, dünyada dövran sürüb, kef çəkim beş gün.
Xəta bildir
A)
Aygünü
B)
Əmirxanı
C)
Şəfiqəni
D)
Elyarı
E)
Ne`məti
2)
"Nəsrəddin şah", "Dönüş", "Solğun çiçəklər" pyeslərinin müəllifi kimdir?
Xəta bildir
A)
S.S.Axundov
B)
İ.Əfəndiyev
C)
Ə.Haqverdiyev
D)
M.İbrahimov
E)
C.Cabbarlı
3)
Göstərilən xüsusiyyətlərdən yalnız biri "Danabaş kəndinin əhvalatları" əsərindəki Xudayar bəy surətini səciyyələndirir:
Xəta bildir
A)
Ailəcanlıdır, övladlarını sevir.
B)
Dostluqda sədaqətlidir, xəyanətdən uzaq adamdır.
C)
Xain, ikiüzlü, qəddar adamdır, kimsəsizlərin, gücsüzlərin qənimidir.
D)
Fanatikdir, mövhumatçıdır, harama meyl etmir.
E)
Məzlumların, yoxsulların qayğısına qalır.
4)
A. Bakıxanovun "Təbriz əhlinə xitab" satirasında tənqid hədəfi kimlərdir?
Xəta bildir
A)
yalançı kimyagər və münəccimlər
B)
xalqı cəhalətdə saxlayan hakimlər
C)
savadsız müəllimlər, din xadimləri
D)
xalqı soyan, talayan mülkədarlar
E)
xalqın cəhalətinə səbəb olan xanlar və ruhanilər
A)
"Müsyö Jordon və dərviş Məstəli şah"
B)
"Sərgüzəşti-mərdi-xəsis"
C)
""Hekayəti-Molla İbrahimxəlil kimyagər"
D)
"Mürafiə vəkillərinin hekayəti"
E)
"Hekayəti-xırs quldurbasan"
6)
Göstərilən əsərlərdən hansının müəllifi M.V.Vidadidir?
Xəta bildir
A)
"Dəhnamə"
B)
"Bax"
C)
"Şikyətnamə"
D)
"Görmədim"
E)
"Müsibətnamə"
7)
Nizaminin hansı qəhrəmanının adı bütün Yaxın Şərq xalqları içərisində qüdrətli sənətkar, mərdlik, həqiqi aşiq rəmzinə çevrilmişdir?
Xəta bildir
A)
İsgəndər
B)
Bəhram şah
C)
Fərhad
D)
Xosrov
E)
Şapur
8)
Epik növə daxil olmayan ədəbi janr bunlardan hansıdır?
Xəta bildir
A)
nağıl
B)
təmsil
C)
hekayə
D)
qit`ə
E)
povest
9)
Dövr üçün səciyyəvi olan, yazıçı tərəfindən dərk edilən və bədii əsərə gətirilən həyat hadisələri necə adlanır?
Xəta bildir
A)
ideya
B)
mövzu
C)
kompozisiya
D)
ekspozisiya
E)
zavyazka
10)
Məsəllər haqqında fikirlərdən hansı yanlışdır?
Xəta bildir
A)
Məsəllər atalar sözlərindən bir sıra xüsusiyyətlərinə görə fərqlənir.
B)
Məsəllər müəyyən rəvayətlə, hadisə ilə əlaqədar yaranır.
C)
Məsəllər xalq müdrikliyini ifadə edir, böyük tərbiyəvi əhəmiyyətə malikdir.
D)
Məsəllər yığcamlığı, sadəliyi, mə`na dərinliyi e`tibarilə atalar sözlərinə çox yaxındır.
E)
Atalar sözündən fərqli əsas cəhəti məsəllərdəki fikrin müstəqil işlənə bilməsidir.
A)
Yıxılana gülməzlər.
B)
Gedənin dalınca danışmazlar.
C)
Yüz dəfə ölç, bir dəfə biç.
D)
Bu , Müşkinazın xatirələrindədir.
E)
Cavid mə`nalı-mə`nalı gülümsünürdü.
12)
Nümunələrdən ikisi tabeli mürəkkəb cümlədir:
1. Sarvanın məqsədi bu idi ki, yarışda qalib gəlsin.
2. Gün çıxdı, ağacın şehli yarpaqları parıldadı.
3. Burada mənim dişim - dişimə dəyir, amma Bakıda bürküdən nəfəs almaq olmur.
4. Mən bir sönməz ulduzam ki, daim işıq saçıram.
5. Fasilə başladı və Ədilə ayağa qalxıb zadan çıxdı.
Xəta bildir
A)
4, 5
B)
1, 2
C)
2, 4
D)
1, 4
E)
3, 5
A)
R.Rza - ədəbi gəncliyin bu xeyirxah hamısı hamının sevimlisi idi.
B)
Ağac barı, insan yaxşılığı ilə qiymətlidir.
C)
Nizainin əsərləri dünya ədəbiyyatı xəzinəsinin nadir incilərindəndir.
D)
Qazanc dövlət artırar, insaf şöhrət.
E)
Ağac bar gətirəndə başını aşağı dikər.
14)
Cümlələrdən birində ara söz işlədilmişdir:
Xəta bildir
A)
Görəsən, Eldarın işi düzəldimi?
B)
Bu işləri vaxtında görərsən
C)
Elə görərdin ki, hey oxuyur, kitabdan ayrılmır.
D)
Çox iste`dadlı uşaqdır, onun gələciyini görərsən.
E)
Bir onun səliqəsini görəsən!
15)
Cümlələrdən birində xəbər sifətə ifadə olunmuşdur:
Xəta bildir
A)
Eldar hansınızdır?
B)
Bu dağların sərin havası gözəldir.
C)
O, xalqın qəlbində yaşayan sənətkardır.
D)
Qılınc döyüşündə məharətin var!
E)
Bu dağlar mülkünün çələngi sənsən!
16)
Şəkilçilərdən biri qeyri-qəti gələcək zamanın şəkilçisidir:
Xəta bildir
A)
-lar2
B)
-acaq2
C)
-ır4
D)
-ar2
E)
-ıl4
A)
Onlar bazardan xeyli meyvə aldılar.
B)
Sevil bu barədə düşündü.
C)
Tək əldən səs çıxmaz.
D)
Az danışsan, yaxşı olar.
E)
Gecə şiddətli külək əsdi.
18)
Tə`sirli fe`llərdən ibarət cərgəni göstərin.
Xəta bildir
A)
görüşmək, görünmək, sevinmək
B)
yazmaq, geymək, güldürmək
C)
yaşamaq, yatmaq, oynamaq
D)
yatmaq, gülmək, getmək
E)
yatmaq, gülmək, getmək
A)
Tez gəl, gecikirik.
B)
Arif, kitabı yerinə qoy!
C)
Sən də, Sevda da növbətçisiniz.
D)
Sevil təkcə gəldi.
E)
Qoy sözünü desin.
20)
Sifətdən düzəlmiş isimlər hansı cərgədədir?
Xəta bildir
A)
dərzilik, ustalıq, mühəndislik
B)
şadlıq, təmizlik, zəiflik
C)
yüzlük, onluq, çoxluq
D)
dostluq, tanışlıq, qardaşlıq
E)
birlik, gündəlik, həkimlik
Cavabların yoxlanılması üçün ən azı bir testə cavab verilməlidir
Düzgün cavabların sayı : 0
Yalnış cavabların sayı : 0
Cavab verilməmiş sulların sayı : 0
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Cavabları yoxla
Səhifəni yenilə
Sizin seçdiyiniz cavab
Doğru cavab