Tapılan ümumi test sayı : 28

"Oxuyan şagird bilik yarışında qalib gəlir."
nümunəsində altından xətt çəkilmiş söz morfoloji baxımdan necə adlanmalıdır?
A) sifət
B) fe`li sifət
C) isim
D) məsdər
E) fe`li bağlama
Düzəltmə sözlərdən ibarət olan sıranı göstərin:
A) yataq, səliqə, təmiz
B) əzik, azğın, ağıllı
C) tufan, çovğun, təpə
D) kənd, qoruq, bulaq
E) gözə, qəşəng, yaraşıqlı
Sinonim sözlərin cərgəsini göstərin:
A) girdə, gödək, gövdəli
B) gödək, qısa, alçaq
C) girdə, yumru, balaca
D) gödək, alçaq, girdə
E) balaca, dolğun, sısqa
"Güz", "sayru", "ayıtmaq" sözləri aşağıdakı söz qruplarından hansına aiddir?
A) alınma sözlər
B) yeni sözlər
C) ixtisas sözləri
D) dialekt sözləri
E) köhnəlmiş sözlər
Hansı sıradakı bütün sözlərdə vurğu ilk hecanın üzərinə düşür?
A) qalstuk, bomboz, sarımtıl
B) opera, gömgöy, qapqara
C) traktor, orden, medal
D) kimya, tarix, ədəbiyyat
E) yalnız, yalqız, sapsarı
Səhv yazılmış sözü göstərin:
A) santimetr
B) kosmonavt
C) sümbül
D) abzas
E) aerovağzal
Sözlərdən birinin tələffüz şəkli düzgün göstərilməmişdir:
A) [təbi:]
B) [sa:t]
C) [Nailə]
D) [sa:dət]
E) [zəyif]
Tərkibində yalnnız dodaqlanan qalın saitlər işlənən sözü göstərin:
A) qoşun
B) uşaq
C) kino
D) piyalə
E) könül
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top