Tapılan ümumi test sayı : 32

Biri azaltma dərəcəsini əmələ gətirən şəkilçi kimi götürülə bilməz.
A) -ımtraq
B) -ımtıl
C) -sov
D) -ca
E) -ımsov
Aşağıdakı sifətlərdən hansını insan haqqında işlətmək olmaz?
A) kürən
B) yaşlı
C) qaraşın
D) sarışın
E) sarımtraq
Adi dərəcədə işlənmiş sifəti göstərin:
A) sarışın
B) kiçik
C) xırdaca
D) zorbaca
E) qupquru
Çoxaltma dərəcəli sifətlərin sırasını göstərin.
A) uzunsov, ağımtraq, qırmızımtıl
B) sapsarı, yaşıl, bozumtul
C) gömgöy, qapqara, açıq-sarı
D) dümağ, yamyaşıl, ağımtıl
E) ağappaq, tərtəmiz, yaxşıca
Biri azaltma dərəcəli sifət deyil:(defis işarəsi buraxılıb)
A) açıq aşkar
B) açıq qəhvəyi
C) açıq sarı
D) açıq yaşıl
E) açıq qırmızı
Çoxaltma dərəcəsində olan sözü göstərin.
A) Kəmşirin
B) Kiçik
C) Qaraşın
D) Sarışın
E) Qapqara
Nəyə görə şirin və şəkər sözlərini sinonim kimi götürmək olmaz?
A) götürülə bilər.
B) şəkər sözünün sinonimi yoxdur.
C) şəkər sinonim deyil.
D) şirin sifətdir ,şəkər isə isimdir.
E) şirin sinonim kimi götürülə bilməz.
Hansı dərəcədə sifət morfoloji və sintaktik üsul ilə yaranır?
A) çoxaltma
B) adi
C) üstünlətmə
D) heç biri
E) azaltma və çoxaltma
Sifətin çoxaltma dərəcəsində olan hansı sözün yazılışı səhvdir?
A) düm ağ
B) olduqca mərd
C) körpəcə
D) ağappaq
E) tünd-qırmızı
Sintaktik üsulla azaltma dərəcəli sifətlər yaradan sözlərdən biri kimi verilə bilməz
A) Daha
B) Ala
C) Kəm
D) Az
E) Açıq
Sifətin azaltma dərəcəsi neçə üsulla düzəlir?
A) 4
B) 5
C) 3
D) 2
E) 1
Sifətin adi dərəcəsi  nə  bildirir?
A) Morfoloji üsulla yarandığını bildirir.
B) Adi dərəcə əlamətin adi haldan çox olduğunu bildirir.
C) Əlamətin olmadığını bildirir.
D) Əlamətin adi haldan az olduğunu bildirir.
E) Adi dərəcə əlamətin adi halda olduğunu bildirir.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top