Tapılan ümumi test sayı : 32

Biri azaltma dərəcəsini əmələ gətirən şəkilçi kimi götürülə bilməz.
A) -ca
B) -ımtraq
C) -ımsov
D) -sov
E) -ımtıl
Aşağıdakı sifətlərdən hansını insan haqqında işlətmək olmaz?
A) sarımtraq
B) qaraşın
C) kürən
D) sarışın
E) yaşlı
Adi dərəcədə işlənmiş sifəti göstərin:
A) sarışın
B) xırdaca
C) qupquru
D) zorbaca
E) kiçik
Çoxaltma dərəcəli sifətlərin sırasını göstərin.
A) gömgöy, qapqara, açıq-sarı
B) sapsarı, yaşıl, bozumtul
C) uzunsov, ağımtraq, qırmızımtıl
D) dümağ, yamyaşıl, ağımtıl
E) ağappaq, tərtəmiz, yaxşıca
Biri azaltma dərəcəli sifət deyil:(defis işarəsi buraxılıb)
A) açıq sarı
B) açıq qırmızı
C) açıq aşkar
D) açıq yaşıl
E) açıq qəhvəyi
Çoxaltma dərəcəsində olan sözü göstərin.
A) Sarışın
B) Kiçik
C) Qapqara
D) Kəmşirin
E) Qaraşın
Nəyə görə şirin və şəkər sözlərini sinonim kimi götürmək olmaz?
A) şirin sifətdir ,şəkər isə isimdir.
B) şəkər sinonim deyil.
C) şəkər sözünün sinonimi yoxdur.
D) götürülə bilər.
E) şirin sinonim kimi götürülə bilməz.
Hansı dərəcədə sifət morfoloji və sintaktik üsul ilə yaranır?
A) çoxaltma
B) üstünlətmə
C) adi
D) heç biri
E) azaltma və çoxaltma
Sifətin çoxaltma dərəcəsində olan hansı sözün yazılışı səhvdir?
A) olduqca mərd
B) ağappaq
C) düm ağ
D) tünd-qırmızı
E) körpəcə
Sintaktik üsulla azaltma dərəcəli sifətlər yaradan sözlərdən biri kimi verilə bilməz
A) Ala
B) Az
C) Açıq
D) Daha
E) Kəm
Sifətin azaltma dərəcəsi neçə üsulla düzəlir?
A) 3
B) 2
C) 1
D) 5
E) 4
Sifətin adi dərəcəsi  nə  bildirir?
A) Əlamətin olmadığını bildirir.
B) Morfoloji üsulla yarandığını bildirir.
C) Adi dərəcə əlamətin adi haldan çox olduğunu bildirir.
D) Adi dərəcə əlamətin adi halda olduğunu bildirir.
E) Əlamətin adi haldan az olduğunu bildirir.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top