Tapılan ümumi test sayı : 28

Hansı fikir S.Rəhimovun "Mehman" əsərindəki Murtuz Murtuzov obrazının səciyyəsinə uyğundur?
A) Fağır, kimsəsiz, xeyirxah qoca qılafına girir, nəvazişlə danışır.
B) Mütilik və yaltaqlıq maskası taxır, təlxəklik edir, məqam gəldikdə qəddarlığını biruzə verir.
C) Mehmana gənc prokuror kimi hörmət bəsləyir.
D) Öz ləyaqətini gözləyir, ədalətsizliyə yol vermir.
E) Namuslu hüquq işçisidir.
S.Vurğunun aşağıdakı əsərlərindən biri  müharibə mövzusunda deyil:
A) "Mənə belə söylədilər..."
B) "Şəfqət bacısı"
C) "Qızıl şahinlər"
D) "Zəncinin arzuları"
E) "Ananın öyüdü"
M.Ə.Sabirin Azərbaycanda, Yaxın və Orta Şərq ölkələrində əməlpərvər, qüdrətli  xalq şairi kimi şöhrət qazanmasında hansı mətbuat orqanının xüsusi rolu olmuşdur?
A) "Füyuzat"
B) "Molla Nəsrəddin"
C) "Həyat"
D) "Dəbistan"
E) "Şərqi-Rus"
M.F.Axundovun bizə gəlib çatan nəzm əsərləri içərisində tarix etibarilə ilk yazılanı hansıdır?
A) "A.S.Puşkinin ölümü haqqında Şərq poeması"
B) "Əlifba haqqında mənzumə
C) "Zakirə məktub"
D) "Zəmanədən şikayət"
E) Bu, məlum deyil.
A.Bakıxanov fars dilinin qrammatikasından bəhs edən əsəri:
A) "Təhzibi-əxlaq"
B) "Qanuni-Qüdsi"
C) "əsrarül - mələküt"
D) "Gülüstani-İrəm"
E) "Mişkatül - ənvar"
M.Füzulinin hansı əsərində XVI əsrin feodal-patriarxal münasibətləri, insan təbiətinə, azad məhəbbətə zidd olan adət-ənənələr, qadın hüquqsuzluğu tənqid olunur?
A) "Şikayətnamə"
B) "Leyli və Məcnun"
C) "Padişahi-mülk"
D) "Söz"
E) "Məni candan usandırdı"
Nizami bu fikri hansı obraz haqqında deyir?
İndi o ədalət, o insaf hanı?!
Verə öz oğluna belə cəzanı.
İndi yüz yoxsulun tökülsə qanı,
Nahaq qan tökənə bir cəza hanı?
A) İsgəndər
B) Hörmüz
C) Məhinbanu
D) Bəhram
E) Xosrov
Bədii əsərin sonunda verilən və onun yekunu olan kiçik hissə necə adlanır?
A) epiqraf
B) proloq
C) portret
D) epiloq
E) peyzaj
Remarkadan hansı ədəbi növdə istifadə olunur?
A) lirik, epik
B) epik, dramatik
C) dramatik
D) epik
E) lirik
Epik növün hansı janrında yumor daha güclüdür?
A) lətifə
B) nağıl
C) əfsanə
D) dastan
E) atalar sözü
"Mən bilirəm ki, çəkilən əmək itmir" - cümləsi tabeli mürəkkəb cümlənin hansı növünə aiddir?
A) tamamlıq budaq cümləsi
B) mübtəda budaq cümləsi
C) xəbər budaq cümləsi
D) təyin budaq cümləsi
E) səbəb budaq cümləsi
Verilmiş cümlədə xitab nə ilə ifadə olunmuşdur?
"Möhtərəm dostlar, mən həmişə öz nəğmələrimlə insanları sevindirmişəm"
A) feli sifətlə
B) I növ ismi birləşmə ilə
C) II növ ismi birləşmə ilə
D) mürəkkəb adla
E) isimlə
Cüttərkibli müxtəsər cümlə hansıdır?
A) Yüz dəfə ölç, bir dəfə biç.
B) Gedənin dalınca danışmazlar.
C) Cavid mənalı-mənalı gülümsünürdü.
D) Yıxılana gülməzlər.
E) Bu, Müşkinazın xatirələrindəndir.
Nümunələrdən biri adlıq cümlədir:
A) Döyüşçü qorxmaz olmalıdır.
B) Yaz günü. Yol üstü. Ağac kölgəsi.
C) El hara, sən də ora.
D) Üç oğlu. İki nəvəsi alimdir.
E) Yeni uğurlar qazanaq.
Aşağıdakı nümunədə xəbər nə ilə ifadə olunmuşdur?
Hər irəliləyişin və qurtuluşun anası azadlıqdır.
A) məsdərlə
B) sifətlə
C) isimlə
D) feli sifətlə
E) sayla
Sifətdən düzəlmiş isimlər hansı cərgədədir?
A) birlik, gündəlik, həkimlik
B) dostluq, tanışlıq, qardaşlıq
C) şadlıq, təmizlik, zəiflik
D) yüzlük, onluq, çoxluq
E) dərzilik, ustalıq, mühəndislik
"İndi növbə sizindir" cümləsində "indi" hansı nitq hissəsidir?
A) isim
B) say
C) sifət
D) fel
E) zərf
Verilmiş sözlərdən neçəsi feldən düzələn sifətdir?
tutqun, uçuq, kütləvi, bənövşəyi, böyük, azyaşlı, yoldakı, əzik
A) altı
B) beş
C) iki
D) dörd
E) üç
Qoşmalar ismin hansı hallarında olan sözlərə qoşulur?
A) yiyəlik, yönlük, çıxışlıq
B) yönlük, yerlik, çıxışlıq
C) çıxışlıq, təsirlik, yönlük
D) təsirlik, çıxışlıq, adlıq
E) adlıq, təsirlik, yerlik
Feli bağlama şəkilçiləri hansıdır?
A) -dı4, -çı4, -lıq4
B) -acaq4, -maq2, -dan2
C) -ır4, -dan2, -malı2
D) -sız4, -an2, -ar2
E) -araq2, -ıb4, -anda2, -madan2
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top