Tapılan ümumi test sayı : 28

Təsirli fellərdən ibarət cərgəni göstərin.
A) yatmaq, gülmək, getmək
B) oturmaq, durmaq, gəlmək
C) yazmaq, geymək, güldürmək
D) görüşmək, görünmək, sevinmək
E) yaşamaq, yatmaq, oynamaq
Yaxın mənalı sözlərin  birləşməsi ilə yaranan mürəkkəb ismi göstərin:
A) üzüyumşaq
B) yavaş-yavaş
C) uzunsaç
D) acıdil
E) dost-tanış
Antonim sözlərin cərgəsini göstərin:
A) əziz-hörmətli, nikbin-bədbin, tünd-açıq
B) sevinc-kədər, qəm-qüssə, az-çox
C) ağ-qara, tez-gec, axşam-səhər
D) xeyir-şər, oğul-uşaq, sülh-müharibə
E) el-oba, yurd-yuva, dərə-təpə
Köhnəlmiş sözlərin cərgəsini göstərin?
A) dəsmal, döşəmə, tavan
B) qapı, qarmaq, qonur
C) yanacaq, çırpı, odun
D) sürü, qoyun, quzu
E) girvənkə, ayıtmaq, güz
Verilmiş saylardan biri yazılışından fərqli tələffüz edilir:
A) beş
B) on iki
C) səkkiz
D) altı
E) qırx
Nümunələrdən birinin yazılışında səhvə yol verilmişdir:
A) olduqca acıqlı
B) açıq - yaşıl
C) ən nümunəvi
D) tünd bənövşəyi
E) göyümtül
Hansı sözdə vurğu birinci hecaya düşür?
A) opera
B) tədbir
C) işarə
D) uzun
E) Sabir
 Hansı sıradakı sözlərdə qalın saitlərin hamısı iştirak edir?
A) otaq, qapı
B) qoyun, arı
C) qatıq, gül
D) ana, qohum
E) quzu, qoç
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top